Prezident İlham Əliyevin Şamaxıya səfəri ilə əlaqədar rayon fəallarının yığıncağı keçirilib
04.09.2018 [08:48]
Prezident İlham Əliyevin Şamaxıya tarixi səfəri zamanı rayonun sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyətə malik olan istehsal və xidmət obyektlərinin açılışı, səfərdən sonra imzaladığı sərəncamlar rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Şamaxıya son səfəri zamanı verdiyi tövsiyə və tapşırıqlardan irəli gələn vəzifələrə həsr edilən fəallar yığıncağında səsləndirilib.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Prezident İlham Əliyevin Şamaxıya tarixi səfərinin yekunları barədə danışıb, bu səfərin rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb. İcra hakimiyyətinin başçısı Prezidentin səfər zamanı verdiyi tapşırıq və tövsiyələri, imzaladığı sərəncamları diqqətə çatdıraraq, bununla əlaqədar qısa müddətdə müxtəlif istiqamətlər üzrə hazırlanan fəaliyyət proqramlarından və planlardan söz açıb. Qeyd edib ki, artıq bir sıra kəndlərə qaz xəttinin çəkilişi, istehsal, sosial və təhsil obyektlərinin, yolların tikintisi ilə bağlı ilkin layihə işlərinə başlanılıb.
Fəallar yığıncağında qeyd olunub ki, avqustun 25-26-da Şamaxıya səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra obyektlərin, o cümlədən Meysəri kəndində tam orta məktəb üçün yeni binanın, “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin, Dəmirçi kəndində arxeologiya muzeyinin və yeni Dəmirçi-Lahıc avtomobil yolunun açılışlarında iştirak edib, “Şirvan şərabları” MMC-nin kollektivi ilə görüşüb.
Bildirilib ki, dövlətimizin başçısının Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, “ASAN xidmət” mərkəzinin və rayonun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı avqustun 27-də imzaladığı sərəncamlar Şamaxıda sosial-iqtisadi infrastrukturun möhkəmləndirilməsinə güclü təkan verəcək.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, rayonun Dəmirçi bələdiyyəsinin sədri Kərəm Şükürov, Meysəri kənd tam orta məktəbinin direktoru Emil Sayılov, Qaleybuğurd bələdiyyəsinin sədri Qahir Sadıqov və rayon icra hakimiyyəti başçısının Mərzəndiyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfa Səmədov fəallar yığıncağında çıxış edərək, Prezident İlham Əliyevin səfərinin rayon həyatı üçün əlamətdar olduğunu, dövlətimizin başçısının Şamaxı ilə bağlı imzaladığı sərəncamların, tapşırıq və tövsiyələrinin bölgənin inkişafına güclü təkan verəcəyini söyləyiblər.
Yığıncaqda müzakirə olunan məsələ ilə əlaqədar hazırlanan fəaliyyət istiqamətləri geniş müzakirə olunub, bununla əlaqədar hazırlanan proqram və tədbirlər planı təsdiqlənib.
Fəallar yığıncağının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

