/ / Heydər Əliyev Fondunun dəstəyi ilə sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair layihənin icrasına başlanılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair layihənin icrasına başlanılıb
06.09.2018 [09:24]
Sentyabrın 5-də Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair birgə layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir və bu sahədə işlərə may ayından etibarən başlanılıb. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.
Sahibsiz itlərlə bağlı mövcud vəziyyət, problemin təsviri, layihə çərçivəsində görüləcək işlər, təkliflər, atılan addımlar barədə məlumat verən Heydər Əliyev Fondunun layihə koordinatoru Sabiq Abdullayev bildirib ki, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri həyata keçiriləcək. Burada beynəlxalq norma və tələblərə uyğun qəfəslər qurulacaq. Eyni zamanda, mərkəz müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıqlar və preparatlarla təchiz olunacaq.
Layihə müddətində əhalinin məlumatlandırılması məqsədilə təbliğat aksiyalarının keçirilməsi planlaşdırılır. Sosial videoçarxların, animasiya filmlərinin çəkilişi, veb-saytın yaradılması, ictimai tədbirlər, sərgilər və s. keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, problemin həllinə dair əhalinin mövqeyinin öyrənilməsi məqsədilə sosial sorğu da keçiriləcək.
S.Abdullayev sahibsiz itlərin tutulduqdan sonra mərkəzə yerləşdiriləcəyini, burada müəyyən müddət ərzində saxlanılacağını, müayinədən keçiriləcəyini, sterilizasiya və peyvənd olunacağını, onlara mikroçip yerləşdiriləcəyini də diqqətə çatdırıb. Bu mərhələlərin ardınca müəyyən müddət keçdikdən (karantindən) sonra sağlam sahibsiz itlər sərbəst buraxılacaq. Mərkəzin gələcək fəaliyyəti sahibsiz itlərlə bağlı aparılan monitorinqə əsaslanacaq. Gələcəkdə mərkəzə gün ərzində 30-dan 50-dək sahibsiz itlərin tutulub gətirilməsi planlaşdırılır. Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri başlanıldığından hazırda burada olan heyvanlar müvəqqəti olaraq IDEA Heyvanlara Qayğı Mərkəzində saxlanılacaq.
Ağır yaralı, müalicələri mümkün olmayan, əhali üçün aqressiv və təhlükəli olan sahibsiz itlərin isə sivil qaydada zərərsizləşdiriləcəyi nəzərdə tutulur.
“Yeni mərkəzdə sahibsiz itlərin sterilizasiyası və peyvəndlənməsini həyata keçirəcək baytar həkimlər, onların tutulmasını təşkil edəcək xüsusi mütəxəssislər çalışacaqlar. Mərkəzdə sahibsiz itlər üçün təcili tibbi yardım fəaliyyət göstərəcək. Həmçinin küçə itlərinin aşkar edilməsi və onlara müvafiq yardım göstərilməsi məqsədilə “Qaynar xətt” yaradılacaq. Sahibsiz itlərin ovlanması ilə məşğul olan briqada xüsusi avadanlıqlarla təmin ediləcək. Mərkəzdə peyvənd və sterilizasiya olunan itlər üçün xüsusi zonanın yaradılması nəzərdə tutulub. Buradan arzu edən hər kəs onları himayəyə götürə biləcək. Baytar həkimlər heyvanlara qayğı və peyvənd barədə onlara sahiblənən şəxslərə məlumat verəcəklər.
Mərkəzə daxil olan bütün itlərlə bağlı məlumatlar - tutulduğu tarix və ünvan, heyvanın vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil ediləcək. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdiriləcək”, - deyə S.Abdullayev vurğulayıb.
Paytaxtda həyata keçirilən pilot layihənin gələcəkdə regionları da əhatə etməsi nəzərdə tutulur. Üç il müddətində davam etdirilməsi planlaşdırılan layihə çərçivəsində, həmçinin yeni qanunvericilik də hazırlanacaq.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov layihənin əhəmiyyətindən danışıb və bu sahədə öz dəstəklərini əsirgəməyəcəklərini deyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə pilot layihəni yüksək qiymətləndirib. O, sahibsiz itlərlə bağlı problemin humanist üsullarla həllinin vacibliyindən danışıb. Departament direktoru məsələnin həllində məişət tullantılarının idarə olunmasının əhəmiyyətini də vurğulayıb.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28

