/ / “Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
21.12.2018 [09:34]
Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin həmkarlar ittifaqının dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VIII Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və onların mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV-lərin və ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətindəki abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra iştirakçılar müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi dekabrın 25-dək davam edəcək.
Mərasimdə bildirilib ki, müsabiqə Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub.
Sentyabrın 25-də start verilən müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi olub.
Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 149 yanğın və qəza-xilasetmə texnikasının modeli və 215 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Birinci yerə 29 nəfər, ikinci yerə 38, üçüncü yerə 38 nəfər layiq görülüb, 43 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib.
Sonra müsabiqədə ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin bütün iştirakçılara həvəsləndirici mükafatlar verilib.
Mükafatları fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və digərləri təqdim ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45

