Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaradağ rayonunda qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb

Qaradağ rayonunda qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb

15.11.2019 [10:02]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin kursun 26 üzvünə, o cümlədən bu təlimlərə cəlb olunmuş azyaşlılara qadağan edilmiş dini ədəbiyyatların tədrisinin həyata keçirildiyi müəyyənləşib.
Qanunsuz dini kursların təsisçiləri Abdullayev Elton Kərəm oğlu və Qurbanov Elsevər Bəxtiyar oğlu barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.
Qeydə alınmış fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 430 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31