Neft və Sənaye Universitetində Fərman Salmanova həsr olunmuş miniatür kitabın təqdimatı olub
15.11.2019 [10:10]
Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “Fərman Salmanov. Məqsədə doğru gedən yol” miniatür kitabının təqdimat mərasimi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, miniatür kitab Əməkdar mədəniyyət işçisi, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova tərəfindən nəşr etdirilib.
Mərasimdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı neftçi, geoloq alim Fərman Salmanovun ömür yolu, onun neft kəşfiyyatı sahəsində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, F.Salmanov hələ gənc yaşlarından bir neftçi kimi çox böyük fədakarlıq göstərib. O, Qərbi Sibirdə, Tümendə və yaxın regionlarda 130-dan artıq nəhəng neft-qaz yatağını kəşf edib və ya onların kəşfində iştirak edib. Bu gün həmin mənbələrdən hasil olunan neft Rusiya Federasiyasının neft hasilatının 46,8 faizini təşkil edir.
M.Babanlı Z.Salahovanın neftçi, geoloq alim F.Salmanov haqqında nəşr etdirdiyi miniatür kitabı çox yüksək dəyərləndirib və bu vəsaitin təkcə universitet üçün yox, hər bir azərbaycanlı üçün dəyərli hədiyyə olduğunu deyib. Rektor vurğulayıb ki, Z.Salahova kimi kitab, elm fədaisinin F.Salmanov kimi neft cəfakeşi haqqında belə bir əsər yaratması gözlənilən idi.
Əməkdar mədəniyyət işçisi Zərifə Salahova Miniatür Kitab Muzeyi, oradakı dəyərli kitablar barədə məlumat verib və neftçi, geoloq alim F.Salmanov haqqında danışıb. Qeyd edilib ki, təqdimatı keçirilən 296 səhifədən ibarət olub, 50x60 millimetr ölçüdədir. Nəşrdə 30 fotoşəkil də yer alıb.
SOCAR-ın Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun direktor müavini, geologiya-mineralogiya üzrə elmlər doktoru Əhməd Salmanov əmisi F.Salmanovun xidmətləri haqqında yazılmış kitaba və təqdimata görə minnətdarlığını bildirib. Qeyd edib ki, Z.Salahovanın geoloq alim F.Salmanov haqqında yazdığı bu kitab onun xidmətinə verilən yüksək dəyərdir.
Sonda Zərifə Salahova geoloq alim Fərman Salmanov haqqında miniatür kitabın bir neçə nüsxəsini və görkəmli azərbaycanlı neftçinin Qərbi Sibirdə neft hasilatındakı fəaliyyəti ilə bağlı daha bir neçə nəşr və vəsaiti ADNSU-ya hədiyyə edib. Həmin kitablar Azİİ Elektron Kitab Evində Fərman Salmanov haqqında kitabların yer aldığı rəflərdə yerləşdirilib.
Azİİ Elektron Kitab Evinin oxucuları kitablarla yaxından tanış olduqdan sonra universitetə hədiyyə edilən həmin nəşrlər Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzində yaradılmış xüsusi guşədə nümayiş etdiriləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

