/ / UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında “dəyirmi masa” keçirilib
UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında “dəyirmi masa” keçirilib
05.12.2019 [09:37]
Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının davamlı inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən dövlət idarəçiliyi texnologiyaları” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa” Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər, Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə baş tutub.
“Dəyirmi masa”nı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar sahələrdə uğurlu inkişaf nümayiş etdirdiyini bildirib. Rektor bu uğurların kökündə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu vurğulayıb.
Urxan Ələkbərov deyib ki, Azərbaycan Respublikası 2018-ci ildə bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran ölkədir. Rektor bildirib ki, Azərbaycanın inklüziv inkişaf sahəsində yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da mühüm xidmətləri var. Mehriban xanım Əliyevanın insan potensialının inkişafı, inkişaf proseslərinin inklüzivliyinin təmini sahəsində təşəbbüsləri, onun rəhbərliyi ilə gerçəkləşdirilən iqtisadi, sosial, humanitar və mədəni layihələr Azərbaycanın sosial indikatorlarının yüksək qalmasına, həmçinin gələcək sosial tərəqqiyə imkan yaradıb.
“Dəyirmi masa”da Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycanın inkişafı, bu inkişafın təmin olunmasına yol açan texnologiyalar, dövlətimizin başçısının gerçəkləşdirdiyi islahatlar barədə danışıblar.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

