Azərbaycan Milli Elmlər Akademiyası İtaliyanın elmi qurumları ilə əlaqələrini genişləndirir
11.03.2020 [09:26]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ilə görüşüb.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasındakı münasibətlərin uzun tarixi dövrü əhatə etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda İtaliyaya səfərini xatırladan AMEA-nın prezidenti ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini və bütün sahələrdə qarşılıqlı əlaqələrin bu gün uğurla inkişaf etdiyini vurğulayıb. Akademik Ramiz Mehdiyev ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, elm sahəsində də mövcud əlaqələri yüksək dəyərləndirərək yeni elmi layihələrin işlənib hazırlanmasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. İtaliyanın elmi qurumları ilə AMEA arasında əlaqələrin miqyasının artırılmasının vacibliyini xüsusi qeyd edən akademik Ramiz Mehdiyev hazırlıq ərəfəsində olan əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən danışıb. Bu günlərdə İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin rəhbəri ilə görüşü xatırladan Akademiya rəhbəri italyan dilinə tərcümə edilərək yayılacaq kitabların İtaliya oxucularında Azərbaycanın siyasi həyatı ilə yanaşı, elmi və ədəbiyyatı haqqında da geniş təəssürat yaradacağını diqqətə çatdırıb.
Səfir Auqusto Massari səmimi qəbula görə AMEA-nın prezidentinə minnətdarlığını bildirərək iki ölkə arasında mövcud münasibətlərin tarixindən ətraflı bəhs edib. Azərbaycanın elmi-tədqiqat qurumları ilə qarşılıqlı əlaqələrin genişləndiriləcəyinə böyük inamını ifadə edən səfir elmi əməkdaşlıq haqqında nəzərdə tutulan protokolun əhəmiyyətindən danışıb, sənədin detallarını diqqətə çatdırıb.
AMEA Rəyasət Heyətinin Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva Azərbaycan ilə İtaliya arasında imzalanacaq elmi əməkdaşlıq haqqında protokolun yekun mərhələsində olduğunu diqqətə çatdırıb, ölkələrimizin elmi müəssisələri arasındakı mövcud layihələr barədə ətraflı məlumat verib.
Rəyasət Heyətində keçirilən görüşdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30

