İslam dəyərləri xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsidir
19.05.2020 [13:38]
İnsanın mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Bu dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.
Bu yazıda milli mədəniyyətimizin zənginliyindən, xalqımızın nə qədər qədim köklərə malik olmasından xəbər verən adət və ənənələrdən danışmaq istəyirəm. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Adət və ənənələrin milli mənəvi dəyərlər sistemində oynadığı əvəzsiz rollardan biri hər bir ənənənin müəyyən əxlaqi məna daşıması ilə bağlıdır. Belə ki, adət və ənənələrimiz hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.
Əgər biz adət və ənələrimizə nəzər salsaq, görərik ki, onların arasında əxlaqa, tərbiyəyə, mədəniyyətə zidd olan, özündə mənfi xüsusiyyətləri ehtiva edən heç bir məqam yoxdur. Böyüyə hörmət, kiçiyə mərhəmət, bayram günlərində qonaq qəbul etmək, hədiyyə vermək, küsənləri barışdırmaq, kədərli və çətin günlərdə dərdi bölüşmək, yardımlaşmaq və s. kimi humanist dəyərlərlə zəngin olan xalqımız ta qədimdən bu dəyərləri nəsildən nəslə ötürərək qoruyub saxlamışlar.
Azərbaycan özünün milli adət-ənənələrini qorumaqla yanaşı əxlaqi dəyərlərə söykənən bir sıra digər mədəniyyətlərə də qucaq açmış, zaman-zaman onları özününkiləşdirmiş, daha dəqiq desək milliləşdirmişdir. Belə ənənələrdən biri İslam sivilizasiyasında xüsusi hörmətlə qarşılanan, özündə böyük bir mədəniyyətin bütün incəliklərini əks etdirən Ramazan ayı və bu ayda oruc ibadətinin həyata keçirilməsidir.
Müqəddəs Ramazan ayında müsəlmanlar Allah qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Ramazan ayı insanların ruhən təmizləndiyi, Uca Yaradana yaxınlaşdığı, birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin yaşandığı aydır. Ölkəmizdə İslam mədəniyyətinin yayıldığı dövrlərdən bugünədək böyük şövqlə qeyd edilən Ramazan ayı Çar Rusiyası və SSRİ dövründə xalqımıza unutdurulmağa çalışılsa da Azərbaycan müstəqillik əldə etdikdən sonra dini bayramlar yenidən heç bir qadağalar olmadan böyük şövqlə qeyd edilməyə başladı. Milli-mənəvi dəyərlərimizin qoruyucusu ümummilli lider Heydər Əliyev məscidlərdə keçirilən Ramazan bayramı tədbirlərində özü şəxsən iştirak edir və geniş nitq söyləyirdi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Ümummilli Liderimizin milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın ən tolerant ölkəsidir və ölkəmizdə din-dövlət münasibətləri çox yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək deyib: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Bütün həmvətənlərimizin Ramazan bayramı mübarək olsun! Allah tutulan orucları, edilən ibadət və duaları qəbul etsin!
Vüsalə Fətullayeva
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33

