/ / Pandemiya şəraitində polisin əsas məqsədi vətəndaşların təhlükəsizliyini və sağlamlığını təmin etməkdir
Pandemiya şəraitində polisin əsas məqsədi vətəndaşların təhlükəsizliyini və sağlamlığını təmin etməkdir
12.06.2020 [09:18]
Vüqar Seyidov: Milli birlik və yüksək məsuliyyət xüsusi karantin rejiminin tətbiq edildiyi indiki dövrün əsas tələbidir
“Məlum olduğu kimi, artıq bir neçə aydır ki, dünya yeni təhlükə ilə qarşı-qarşıya qalıb. Hazırda “gözəgörünməz düşmən” adlandırılan yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə dünya ölkələrinin əsas gündəmini təşkil edir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qəzetimizə açıqlamasında deyib.
V.Seyidovun sözlərinə görə, dünyada vəziyyətin o qədər də ürəkaçan olmamasına baxmayaraq, dövlətimiz tərəfindən bu infeksiyanın geniş yayılmasının qarşısının alınması üçün bütün təxirəsalınmaz işlər görülüb və görülməkdədir: “İnfeksiyaya ilk yoluxma qeydə alındığı vaxtdan etibarən ölkəmizdə Prezident İlham Əliyevin müvafiq qərarları, tapşırıq və göstərişlərinə uyğun olaraq lazımi addımlar atılıb. Xüsusi karantin müddətində evdə qalan vətəndaşlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişləri əsasında lazımi sosial dəstəklə təmin olunublar”.
YAP Suraxanı rayon təşkilatının sədri bildirib ki, Azərbaycan sosialyönümlü dövlət olduğunu pandemiya dövründə də sübut edib: “Ölkəmiz bir çox sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində də böyük uğurlar qazandığını bu ağır günlərdə bir daha nümayiş etdirib. İşləyən vətəndaşların əməkhaqqı ödənilməklə növbədənkənar məzuniyyətə buraxılması, 600 min işsiz vətəndaşa iki aylıq 190 manat məbləğində birdəfəlik ödənişlərin verilməsi, sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi, ödənilmiş vergilərin bir qisminin geri qaytarılması postpandemiya dövründə vətəndaşların yenidən öz normal həyatlarına qayıtması üçün dövlətin atdığı mühüm addımlardandır”.
V.Seyidov deyib ki, bu günlər hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik: “İki aylıq xüsusi karantin rejimindən az itki ilə çıxsaq da, vətəndaşlarımızdan bəziləri yumşaldılma dövrünə keçiddən sonra bütün xəbərdarlıqlara rəğmən, karantin qaydalarına, sosial məsafə saxlama və qoruyucu tibb vasitələrdən istifadə məsələsinə laqeyd yanaşırlar. Dövlət başçısının Özü qapalı yerlərdə tibbi maska taxaraq nümunə olmasına baxmayaraq, bəzi insanlar həm öz səhhətlərini, həm də cəmiyyətin sağlamlığını təhlükəyə atırlar”.
“İkigünlük sərtləşdirilmiş karantin rejimi də göstərdi ki, bəziləri Azərbaycan cəmiyyətinin birliyinə, həmrəyliyinə kölgə salmağa cəhd edir, böyük fədakarlıqlarla xalqımıza xidmət edən polislərə qarşı təhlükəli addımlara yol verirlər” deyən Vüqar Seyidov həmçinin bildirib ki, ölkədə ictimai asayişi, insanların təhlükəsizliyini təmin edən qüvvə Azərbaycan polisidir: “Heç kimə imkan vermək olmaz ki, Azərbaycan Respublikasının dövlətçilik atributlarını öz şərəfli formalarında daşıyan polislərə qarşı qanunazidd addımlar atsın. Unutmaq olmaz ki, karantin dövründə polisin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığını təmin etməkdir. Ona görə də cəmiyyət bu bəladan xilas olana qədər bir-birimizin qayğısına qalmalıyıq”, - deyə o bildirib.
Vüqar Seyidov sonda onu da əlavə edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli birliyin, dövlət-vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin nə qədər güclü təməllərə malik olduğunu karantin günlərində xalqımız bir daha nümayiş etdirib: “Hər bir vətəndaş öz hüquqlarını bildiyi kimi, vəzifələrinin də fərqinə varıb, dövlətinin və rəhbərinin ətrafında sıx, möhkəm və monolit şəkildə birləşib. Azərbaycan xalqı müdrik xalqdır və indiyə qədər bir çox bəladan məğrur çıxmağı bacarıb. Xalq başa düşür ki, milli birlik və yüksək məsuliyyət xüsusi karantin rejiminin tətbiq olunduğu indiki dövrün əsas tələbidir”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19

