Məlahət Sultanova: Vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə xüsusi önəm verməlidirlər
03.07.2020 [08:50]
Son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatlarında əksini tapan məlumatlar dünya üzrə yoluxma sayının artan templə davam etdiyini göstərir. Bu səbəbdən ayrı-ayrı ölkələrdə xüsusi tədbirlər həyata keçirilir, hətta yeni məhdudiyyətlər, qadağalar tətbiq olunur.
Ölkəmizdə isə COVID-19-un geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Atılan addımlar zərurətdən irəli gəlir və insanların sağlamlığının qorunmasına xidmət edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru, ATU Tədris Cərrahiyyə Klinikasının radioloqu Məlahət Sultanova ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı sistemli şəkildə mübarizə aparır. Bu istiqamətdə dövlətimiz üzərinə düşən bütün vəzifələri yerinə yetirməkdədir: “Görülən işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarətindədir. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında koronavirus pandmemiyasına qarşı mübarizə tədbirləri haqqında fikirlərini ifadə edib. Çıxışında dövlətin üzərinə düşdüyü vəzifələrə toxunan dövlətimizin başçısı bir daha qeyd edib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması hər şeydən öndədir”.
“Qısa müddət ərzində Azərbaycanın paytaxtında 2, Sumqayıt şəhərində bir, Abşeron rayonunda bir, Gəncə şəhərində bir modul tipli xəstəxana tikilib istifadəyə verilib. 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı Prezident İlham Əliyev bildirdi ki, yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, əlavə olaraq 2 min çarpayı deməkdir ki, nəticə etibarilə koronaviruslu xəstələrin müalicəsi üçün mühüm imkanlar verir”, - deyə M.Sultanova vurğulayıb.
Bununla belə, bəzi vətəndaşlarının məsuliyyətsizliyinin ciddi narahatlıq doğurduğunu söyləyən radioloqun sözlərinə görə, karantin rejimi yumşaldıldıqdan sonra virusa yoluxma hallarının sayı artıb. Öz təcrübəsindən danışam M.Sultanova deyib: “Bugünlərdə çoxsaylı xəstələrin müayinəsini apardım. Bu amansız virusun ağciyərləri necə zədələdiyini müşahidə etdim. Rentgen filmlərdə bu gün hamının kabusuna çevrilmiş “buzlu şüşə” mənzərəsini görəndə keçirdiyim təəssüf hisslərini heç nə ilə ifadə edə bilmirəm. Əfsuslar olsun ki, xəstələrimiz arasında uşaqlar, gənclər, yaşlılar, o cümlədən gələcəyin anaları da var. İnanın ki, bu xəstələrlə birlikdə onların taleyini biz də yaşayırıq. Bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş yayıla bilər. Ona görə də vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Hər birimiz bu qaydalara əməl etməklə virusa tam qalib gəlməliyik”.
“Belə mürəkkəb şəraitdə birgə mübarizə aparmalıyıq. Hər bir vətəndaş özünü və ətrafındakıları qorumaq üçün tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə etməli, sosial məsafəni gözləməlidir. Bu sadə qaydalara əməl etməklə özümüzü və yaxınlarımızın həyatını təhlükədən xilas etmiş olarıq. Qəhrəman həkimlərimiz xəstəliklə mübarizə aparan vətəndaşlarımıza yardım etməyə çalışırlar. Həkimlərimiz hər gün insanlara evdə qalmağı tövsiyə edirlər. Ona görə də proseslərin ağır nəticələrə aparmasının qarşısını almaq üçün hər kəsi həkimlərin məsləhətlərinə qulaq asmağa, qaydalara əməl etməyə çağırıram”, - deyə mütəxəssis tövsiyə edib.
Cərimələrin tətbiq olunmasının vətəndaşların qaydalara riayət etmələri üçün önəmli olduğunu deyən həkim bildirib: “Təəssüflə qeyd etməliyik ki, xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb. Bunun başlıca səbəbi isə bəzi vətəndaşların məsələyə, necə deyərlər, qeyri-ciddi yanaşmasındadır. Əlbəttə, cərimə məbləğinin artırılması insanların sosial məsuliyyətinin yüksəlməsinə, intizamın artmasına xidmət edir”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10

