/ / Təhmasib Novruzov: Həmin təxribatçı ünsürlər tam tərkibdə müəyyən edilməli və layiqli cəzalarını almalıdırlar
Təhmasib Novruzov: Həmin təxribatçı ünsürlər tam tərkibdə müəyyən edilməli və layiqli cəzalarını almalıdırlar
16.07.2020 [09:22]
Məlum olduğu kimi, iyulun 14-dən 15-ə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə Şəhidlər xiyabanının qarşısında keçirilən aksiya zamanı bir qrup şəxs Milli Məclisin binasına girərək vandallıq aktı törədib, polislərə qarşı güc tətbiq edib və şəhərin küçələrində iğtişaş yaratmağa cəhd göstərib. Qeyd edək ki, bəzi qrupların, şəxslərin bu cür hərc-mərclik yaratmaq cəhdləri cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələri tərəfindən qəti şəkildə pislənilir.
Öz növbəsində “Yeni Azərbaycan” qəzetinə açıqlama verən “Azadlıq Hərəkatçılar Birliyi”nin sədri Təhmasib Novruzov ilk növbədə onu deyib ki, koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi şəraitində vətəndaşların sağlamlığı və təhlükəsizliyi baxımından istənilən kütləvi aksiya ciddi təhdiddir: “Nəzərə almaq lazımdır ki, həmin kütləvi aksiyada iştirak edən on nəfər virusdaşıyıcı yüzlərlə insana virus yoluxdura, bu da daha ağır fəsadlara gətirib çıxara bilər. Bununla belə, hər cür problemi göz önünə alıb ordumuza, dövlətimizə dəstək məqsədilə meydana toplaşan insanların vətənpərvərlik hissini nümayiş etdirməsi təqdirəlayiqdir. Xalqın minlərlə nümayəndəsinin indiki məqamda Azərbaycan Ordusu və Ali Baş Komandana dəstək göstərməsini yalnız alqışlamaq lazımdır. Ancaq xalqın Orduya dəstək aksiyasından öz qaranlıq məqsədləri naminə yararlanmaq istəyən bir qrup şəxsin ölkədə təxribat törətmək cəhdləri qətiyyən yolverilməzdir”.
Bu təxribatın arxasında dayanan qüvvələrin kimliyinə toxunan T.Novruzov deyib ki, xaricdən aldıqları dəstəklə Azərbaycanı hər məqamda problemə sürükləməyə çalışan içimizdəki antimilli qüvvələr yenə də iş başındadır: “Karl Marksın bir fikri var: “Bir xalqın ərazisini əlindən almaq istəyirsənsə, əvvəl o xalqın içində xaos yarat, o zaman istəyinə asanlıqla nail olarsan”. Bizim düşmənimiz çox məkrli və hiyləgər düşməndir. Cəbhədə təxribatla yanaşı, ölkəmizin daxilində xaos yaratmaq üçün dezinformasiyalar yayırlar. Bu məkrli düşmən Tovuzda planlaşdırdığı təxribatın bütün elementlərini informasiya cəhbəsində də həyata keçirir. Məhz erməni lobbisinin əli ilə yaradılan belə qruplar hər zaman məqam gözləyir və lazım gələn anda fürsəti fövtə vermədən fəaliyyətə keçirlər. Ötən gecə baş verənləri də məhz həmin qüvvələrin planlı təxribatı hesab edirəm”.
Baş verən iğtişaş cəhdini Azərbaycan xalqına, dövlətimizə, cəbhədə düşmənlə üz-üzə olan Ordumuza xəyanət kimi dəyərləndirən QHT sədri deyib ki, həmin vandalizm aktlarının, polisə güc tətbiq etmək cəhdlərinin iştrakçıları mütləq cəzalandırılmalıdırlar: “Düşmən dəyirmanına su tökən içimizdəki təxribatçılar mənfur erməni diversantları qədər qorxuludurlar və xalqımıza daha çox zərər verə bilərlər. Ona görə də həmin təxribatçı ünsürlər tam tərkibdə müəyyən edilməli və layiqli cəzalarını almalıdırlar”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

