Qafqaz Müsəlmanları İdarəsinin sədri din xadimləri ilə videokonfrans formatında görüşüb
30.07.2020 [10:09]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da qatıldığı videogörüşdə QMİ-nin paytaxt və bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri, habelə xaricdəki nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə, ilk növbədə, Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad edib. Tovuz rayonu istiqamətində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini anıb, Allahdan onlara rəhmət diləyib. Allahşükür Paşazadə bu günlərdə ikinci Fəxri xiyabanda Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, Masallıda mayor Anar Novruzovun məzarlarını ziyarət etdiyini xatırladıb. Bildirib ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olub, dinc sakin qətlə yetirilib. QMİ sədri vurğulayıb ki, Vətəni sevmək imandandır, haqq işimiz yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir.
Sonra bütün şəhidlərimizin ruhu üçün dualar oxunub. Bu yaxınlarda vəfat etmiş QMİ-nin Masallı rayonu üzrə qazısı Mirqiyas Təhməzovun xatirəsi anılıb, Allahdan ona rəhmət dilənib.
Şeyxülislam Allahşükür Paşazadə sərhəddə baş verən düşmən təxribatı ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara etdiyi müraciətə toxunaraq, ölkəmizdəki dini konfessiya rəhbərləri ilə bərabər imzaladığı bu sənədin səfirliklərimiz vasitəsilə bütün dünyaya yayıldığını, hamını iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri davamlı atəşə tutmasına biganə qalmamağa, müvafiq mövqe nümayiş etdirməyə çağırdığını diqqətə çatdırıb. QMİ sədri pandemiya dövründə keçirdiyi və iştirak etdiyi bütün onlayn forumlarda bu həqiqətləri dünyanın nüfuzlu beynəlxalq platformalarında səsləndirdiyini qeyd edib. Dünyada erməni tərəfinin məkrli təbliğat, informasiya savaşı apardığı bir vaxtda bu işlərin xüsusi önəm kəsb etdiyini bildirən QMİ sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səylər arasında Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə 1988-ci ildən apardığı sülhməramlı danışıqlara toxunaraq, bunun sayəsində zamanında münaqişənin dinlərarası müstəviyə keçməsinin qarşısını ala bildikləri barədə məlumat verib. Bildirib ki, erməni tərəfinin istəyi münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verib bütün xristian dünyasının dəstəyinə nail olmaq idi. Bu fitnənin qarşısının alınmasında böyük rolu olmuş Moskva və bütün Rusiya Patriarxı Kirillin son hadisələrlə bağlı narahatlığını ifadə edən bəyanatını yüksək dəyərləndirən Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin də cəmiyyətin bütün təbəqələri kimi haqq işimizin müdafiəsinə hər zaman hazır olduqlarını bəyan edib. Bildirib ki, din xadimləri hər zaman dövlətin yanındadırlar və Ali Baş Komandanımızın qərarına uyğun olaraq Vətəni qorumaq vəzifələrini həyata keçirməyə hazırdırlar.
QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü genişmiqyaslı işlərdən də bəhs edib. Allahşükür Paşazadə Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışıb, həmçinin dövlətimizin 30-dan artıq ölkəyə humanitar yardımlar göstərməsini, dövlətimizin başçısının beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğulayıb. BMT Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu çox əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirib. Xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü sayəsində ölkə daxilində və xaricində pandemiya ilə əlaqədar çoxsaylı humanitar yardım və xeyriyyəçilik aksiyaları keçirilməkdədir.
Qurban bayramı münasibətilə iclas iştirakçılarını təbrik edən QMİ sədri xalqımıza təbrik məktubu ünvanladıqlarına, lakin bu il fətva verilməməsi məsələsinə aydınlıq gətirib. O bildirib ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır və pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınıb. Bu səbəbdən Bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır. Din xadimlərinə bildirilib ki, bu özəllikləri yerlərdə insanlara çatdırsınlar və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilsin.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QMİ-nin qısa zaman müddətində xeyli iş gördüyünü, məkrli düşmənə ideoloji müstəvidə tutarlı cavab verildiyini minnətdarlıqla qeyd edib. M.Qurbanlı rəhbərlik etdiyi qurumla QMİ-nin birgə təşkilatçılığı ilə baş tutan və birlikdə iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dəyərli işlər görüldüyünü təqdirlə vurğulayıb. COVID-19-la mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədrinin fikirləri ilə həmrəy olduğunu bildirən M.Qurbanlı Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü genişmiqyaslı işlərdən bəhs edib və din xadimlərinin bu işlərə dəstək verməsini yüksək dəyərləndirib.
Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, din xadimlərinin mənəvi dəstəyi, müqəddəs dinimizin aşıladığı yüksək dəyərləri insanlara təlqin etməsi, ən çətin anlarında insanların yanında olması, xəstəlik riskini göz önünə alaraq dini vacibatları yerinə yetirməsi minnətdarlıqla qarşılanır. Bunun üçün din xadimlərinə təşəkkürünü bildirən QMİ sədri, xüsusən cəbhəyanı bölgədəki din xadimlərinin fədakar əməyini, şəhidlərimizlə bağlı dini vacibatların yerinə yetirilməsini, onların ailələrinə dəstək verilməsini təqdir edib.
Videokonfransda çıxış edən QMİ sədrinin birinci müavini Müfti Salman Musayev pandemiya dövründə məscidlərin kütləvi ibadətlərə bağlı olması şəraitində din xadimlərinin onlayn yayımlanan moizələri ilə insanlara mənəvi dayaq olmalarını diqqətə çatdırıb və tezliklə xəstəlik təhlükəsinin sovuşmasından sonra minbərlərdən xütbələrin oxunması üçün dualar edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası üzrə qazı Sahib Məmmədov, Sumqayıt şəhəri üzrə qazı Rauf Sərdarov, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə İlham Səlimov, Təzəpir məscidinin imamı Mircəfər Əyyubov, Tovuz rayonu üzrə səlahiyyətli nümayəndə Nəriman İbayev, Qazax bölgəsi üzrə qazı İlham Süleymanov, Tərtər Cümə məscidinin imamı Sadıq Cəfərov, Şəmkir Cümə məscidinin imamı Natiq Şıxəliyev çıxış ediblər. Dini idarənin rəsmiləri olaraq şəhidlərin dəfn və yas mərasimlərində yaxından iştirak edərək öz mənəvi missiyalarının həyata keçirilməsindən şərəf duyduqlarını bildirən din xadimləri vətəndaşlıq borclarını yerinə yetirmək üçün Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını xüsusi vurğulayıblar.
Din xadimləri Uca Allahın köməyi və dövlətimizin gördüyü tədbirlər sayəsində tezliklə virus təhlükəsinin sovuşacağına ümidvar olduqlarını bildiriblər. Öz təkliflərini səsləndirən din xadimləri onları ən çox narahat edən məqamlar sırasında sosial şəbəkələrdə dövlət və din xadimlərinin ünvanına təhqir və qarayaxma kampaniyaları olduğunu birmənalı şəkildə vurğulayıblar. Din xadimləri xarici kəşfiyyat qurumları tərəfindən istiqamətləndirilən simasız şəxslərin belə üzdəniraq, haqsız çıxışlarının dindar kəsimin heysiyyətinə toxunduğunu və bu şəxslərin öz əməllərinə görə qanun qarşısında cəzalandırılmasını tələb etdiklərini diqqətə çatdırıblar.
QMİ-nin Gürcüstandakı nümayəndəsi Əli Əliyev, Dərbənddəki nümayəndəsi Şixabutdin Kərimov, İran İslam Respublikasındakı nümayəndəsi Şamil Rəsulov çıxışlarında Qurban bayramı münasibətilə təbriklərini çatdırıb, habelə təmsil olunduqları ölkələrdə pandemiya ilə bağlı vəziyyət, bayramın keçirilməsinə dair təcrübə və digər məsələlərə toxunublar. Ermənilərin son təxribatı zamanı şəhid olmuş hərbçilərimizin yaxınlarına dərin hüznlə başsağlığı verən QMİ-nin xaricdəki nümayəndələri Azərbaycanın haqq mübarizəsinə Allahdan rəvac diləyiblər.
Videokonfransın sonunda QMİ-nin sədri din xadimlərinə çıxış və moizələrində Vətən sevgisi, torpağa bağlılıq, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi, şəhidlik məqamının uca mahiyyəti barədə insanlarla daha geniş söhbətlər aparmaq, bu dəyərləri daha dərindən aşılamaq barədə tövsiyə və tapşırıqlarını verib. O bildirib ki, inşallah, dövlətimizin apardığı müdrik, düzgün siyasi xətt ərazi bütövlüyümüzün bərpası ilə nəticələnəcəkdir və biz könül xoşluğu ilə əsl bayram ab-havası yaşayacağıq. Yaşadığımız mürəkkəb dövrdə belə dövlətimizin dini-mənəvi dəyərlərə davamlı diqqət və qayğısını təqdir edən Şeyxülislam Allahşükür Paşazadə bunu dövlət-din münasibətlərinin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38

