Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş Prokurorluğun “Instagram”dakı səhifəsində növbəti sual-cavab sessiyası sentyabrın 11-də keçiriləcək

Baş Prokurorluğun “Instagram”dakı səhifəsində növbəti sual-cavab sessiyası sentyabrın 11-də keçiriləcək

03.09.2020 [09:26]

Sentyabrın 11-də saat 09:00-dan 13:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla bağlı növbəti sual-cavab sessiyası keçiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar sessiyada iştirak edərək maraqlandıqları mövzularda suallarla müraciət edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müasir, vətəndaş yönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsi xüsusilə diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır.

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31