/ / Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin hərbçilərə dəstək aksiyasının növbəti ünvanı Xocavənd olub
Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin hərbçilərə dəstək aksiyasının növbəti ünvanı Xocavənd olub
26.12.2020 [09:14]
Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün həyata keçirdikləri dəstək aksiyasını davam etdirirlər. Aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşır.
AZƏRTAC xəbər verir ki, işğaldan azad olunan ərazilərdə Vətənin keşiyini çəkən hərbi qulluqçularımıza dəstək aksiyasının növbəti ünvanı Xocavənd olub.
Dekabrın 25-də səfər etdiyimiz bu ərazilərdə uzun illərdən sonra Azərbaycan əsgəri xidmət aparır. Qalib ordunun qəhrəman əsgərləri indi fəxrlə Vətənin keşiyində dayanıblar. Hərbçilərlə söhbət zamanı bir daha şahid olduq ki, Azərbaycan əsgəri şanlı tarix yazaraq işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə yerinə yetirir. Qoşunlarımızın təminatının yüksək səviyyədə olması ilk baxışdan hiss edilirdi. Əsgərlər də bunu təsdiqlədilər.
Həmsöhbət olduğumuz əsgər Hənifəyev 15 aydır Vətənin keşiyindədir. Deyir ki, bu torpaqlarda xidmət etməkdən qürur duyur: “Qalib ordunun qalib əsgəri kimi xidmət edirəm. 44 günlük döyüş yolu mənə sözlə ifadə edə bilməyəcəyim bir duyğu bəxş edib”.
Əsgər Sadıqzadə də 15 aydır həqiqi hərbi xidmətdədir və daim torpaqlarımızı yağı düşməndən azad etmək eşqi ilə yaşayıb. Onun bu arzusu reallığa çevrilib. İndi o da digər qalib döyüşçülərimiz kimi fəxrlə xidmətini davam etdirir.
Digər əsgər Ağazadə isə Vətən müharibəsinə könüllü gəlib. Deyir ki, bu döyüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt sanır. “Çünki 30 illik həsrətə son qoyan şanlı ordunun sıralarındayam. Döyüş zamanı da hər birimizin əhval-ruhiyyəsi yüksək olub, bu gün də eyni qaydada xidmətimizi davam etdiririk”, - deyə Ağazadə söyləyir.
Müddətdən artıq xidmətçi Quliyev də xidmətini şərəflə davam etdirir: “Mən bir ildir xidmətdəyəm. Mülki həyatda da bu arzu ilə yaşayırdım ki, torpaqlarımızı tezliklə düşmənlərdən azad edək. Bu günü yaşadım, 44 gün döyüşlərdə iştirak etdim. Şanlı ordunun sırasında olmaq mənim üçün ən böyük şərəfdir”.
Leytenant Şahverdiyev isə söyləyir ki, əsgərdən zabitədək hər kəs yüksək əhval-ruhiyyədədir. “Çünki bu döyüş Vətən müharibəsi idi. Vətən uğrunda da təkcə hərbçilər yox, xalqımız döyüşdü. Ordu-xalq birliyi sayəsində düşmənə qısa müddətdə sarsıdıcı zərbələr vurulurdu. Bu gün də şəxsi heyət yüksək əhval-ruhiyə ilə xidmətini davam etdirir”.
Görüş zamanı “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri gətirdikləri bağlamaları hərbi qulluqçularımıza çatdırdı, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə aldılar.
Beləliklə, hərbi qulluqçularımız üçün həyata keçirilən dəstək aksiyası daha bir ünvanda da reallaşdı.
Xəbər lenti
Hamısına baxHadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05

