Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

01.04.2021 [08:49]

Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən videkonfrans formatında Avropa İttifaqında Dürüstlük İşçi Qrupunun “Dürüstlük və anti-korrupsiya standartları” üzrə alt-işçi qrupunun ikinci iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqının 11 üzv dövlətinin nümayəndələrinin də qatıldıqları tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil edib.
Alt-işçi qrupunun ikinci iclasında iştirakçı ölkələrin nümayəndələri tərəfindən korrupsiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edən dövlət idarəetməsində dürüstlük və etik davranış sahələrində əldə edilmiş müsbət təcrübə mübadiləsi keçirilib. Eyni zamanda, dürüstlük və anti-korrupsiya standartları üzrə hazırlanmış metodik tövsiyələrin layihə mətnləri ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan Prokurorluğunun nümayəndəsi çıxış edərək ölkəmizdə həyata keçirilən, dövlət qulluqçularının fəaliyyətində hesabatlılıq və dürüstlüyün təmin edilməsinə istiqamətlənmiş islahatlardan danışıb. Bundan başqa, o, son dövrdə Azərbaycanda Respublika Prokurorluğunun işində və prokurorların fəaliyyətində dürüstlüyün təmin edilməsi üçün görülmüş tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
İclasın sonunda iştırakçı ölkələrin nümayəndələri tərəfindən dürüstlük və anti-korrupsiya standartları üzrə hazırlanmış metodiki tövsiyələrin layihə mətnlərində bir sıra dəyişiklik edilərək, tövsiyələrin EPAC/EACN-in növbəti illik Peşəkar Konfransı və Baş Assambleyasında təqdim edilməsi barədə qərar qəbul olunub.

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31