Prokurorluğun gənc əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
25.06.2021 [09:34]
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunda nəzərdə tutulmuş tədbirlər çərçivəsində prokurorluğun gənc əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi minilliklərlə tarixi olan Azərbaycan xalqının hərb salnaməsinə yazılmış ən şanlı qələbədir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də yürütdüyü siyasət Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi 30 ilə yaxın azadlıq həsrəti ilə yanan torpaqlarımızın erməni işğalından azad olunması ilə nəticələndi. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan Qələbə bütün dünyaya Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin iradəsini, əzmini və gücünü nümayiş etdirdi. Şanlı Qələbəmizin təzahürü olan Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin, o cümlədən Ermənistan silahlı qüvvələrinin terror niyyətinin və vəhşiliklərinin bütün dünyaya nümayiş olunması məqsədilə yaradılmış açıq hava muzeyidir.
İyunun 24-də gəzinti zamanı prokurorluğun gənc əməkdaşlarına şanlı Azərbaycan Ordusunun əsgərlərinin qəhrəmanlığı, o cümlədən ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Həmçinin gənc prokurorluq işçiləri düşmənin hərbi texnikalarına məxsus nömrələrdən, eyni zamanda, düşmən qüvvələrinin Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə və sivil əhaliyə hücumunun ağır nəticələrini özündə əks etdirən fotoşəkillərdən ibarət lövhələrlə tanış olublar.
Sonda Baş Prokurorluğun kollektivi xatirə fotoşəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

