Dubaya turist axını rekord səviyyəyə çatıb
07.08.2024 [18:14]
2024-cü ilin yanvar-iyun aylarında Dubay 2023-cü ilin birinci yarısında qeydə alınan 8,55 milyon nəfərdən 9 faiz daha çox - 9,31 milyon əcnəbi turist qəbul edib.
Bu barədə AZƏRTAC-a Dubayın İqtisadiyyat və Turizm Departamentindən (DET) məlumat verilib.
Dubayın ötən il 17,15 milyon turisti cəlb etdiyi əvvəlki rekord bu ilin ilk altı ayında şəhərin turizm potensialının daha da gücləndirilməsi üçün zəmin yaradıb. Belə ki, 2024-cü ildə yeni rekordların qeydə alınması gözlənilir. Dubay İqtisadiyyat və Turizm Departamentinin, hökumət və özəl təşkilatların birgə səyləri sayəsində beynəlxalq turizm fəal şəkildə inkişaf edir və bu şəhəri səyahət, yaşamaq və işləmək üçün ideal məkana çevirir. Bu, beynəlxalq tanınma ilə də təsdiqlənir: yanvar ayında Dubay “Tripadvisor Travellers' Choice Awards” mükafatını üç dəfə qazanan ilk şəhər kimi ən yaxşı turizm istiqaməti seçilib. Bundan əlavə, cari ilin birinci yarısında Dubay “World Travel Awards” tərəfindən Yaxın Şərqin aparıcı turizm istiqaməti kimi tanınıb, Dubay Beynəlxalq Hava Limanı və Mina Rəşid Limanı isə 2024-cü ildə bu regionun qabaqcıl hava və kruiz limanları seçilib.
İqtisadiyyat və Turizm Departamentinin 80 ölkədən yerli və qlobal tərəfdaşlarla birgə həyata keçirdiyi məqsədyönlü kampaniyaları sayəsində 2024-cü ilin birinci yarısında əsas bazarlarda əhəmiyyətli artımın olduğu bildirilir. Şəhərin unikal xüsusiyyətlərini, canlı olmasını və əlçatanlığını vurğulayan uyğunlaşdırılmış strategiyalar və tədbirlər vasitəsilə Dubay ənənəvi və inkişaf etməkdə olan bölgələrdən gələn səyahətçilər üçün ən yaxşı məkan olaraq qalır.
2024-cü ilin yanvar-iyun aylarında Körfəz və Yaxın Şərq ölkələri müvafiq olaraq 1,27 milyon (14 faiz) və 1,09 milyon (12 faiz) ziyarətçi qəbul edərək, ümumi turizm axınının 26 faizinə malik olublar. Qərbi Avropa turistlərin 20 faizini - 1,89 milyon nəfəri qəbul edib. Turist axınının artmasına Cənubi Asiya, Şərqi Avropa və MDB ölkələri də töhfə verib. Cənubi Asiyaya 1,62 milyon (17 faiz), MDB və Şərqi Avropaya isə 1,37 milyon (15 faiz) ziyarətçi gəlib. Şimal-Şərqi və Cənub-Şərqi Asiya Çindən gələn turist axınının bərpası sayəsində öz payını ilin əvvəlindəki 8 faizdən 2024-cü ilin birinci yarısının sonuna qədər 10 faizə (896 min) çatdırıb. Amerika, Afrika və Avstraliya kimi digər regionlar da turizm sektorunda müvafiq olaraq 617 min (7 faiz), 404 min (4 faiz) və 154 min (2 faiz) artıma nail olublar.
Bu ilin iyul ayında üçüncü “MICHELIN Guide Dubai” mərkəzinin istifadəyə verilməsi Dubayın dünyanın qastronomik paytaxtı kimi mövqeyini daha da gücləndirir. Yenilənmiş bələdçi 4 iki ulduzlu, 15 bir ulduzlu, 3 yaşıl ulduzlu, 18 “Bib Gourmand” reytinqli və “Michelin” seçilmiş 69 restoran da daxil olmaqla 106 restorandan ibarətdir. Cari ildə dünyanın 50 ən yaxşı restoranı siyahısında yer alan “Trèsind Studio” Yaxın Şərqin ən yaxşı iaşə obyekti olaraq 13-cü, “Orfali Bros Bistro” isə genişləndirilmiş siyahıda 64-cü yerdə qərarlaşıb. Dubay həm də “Time Out”un tərtib etdiyi 2024-cü ildə üçün dünyanın ən yaxşı restoranları olan iyirmi şəhəri siyahısında doqquzuncu yerdə qərarlaşıb.
Kruiz sektorunun inkişafı Dubaya da əhəmiyyətli faydalar gətirir. 2023-2024-cü ilin qış mövsümündə - oktyabrdan martadək olan dövrdə Mina Rəşid və Dubay Harbor limanlarına 132 kruiz gəmisi yanaşıb. Mart aynda Berlində keçirilən ITB sərgisində Dubayın digər regional dənizçilik və turizm nümayəndələri ilə birlikdə Ərəb körfəzini qlobal kruiz gəmisi təyinatı kimi qiymətləndirmək məqsədi daşıyan “Cruise Arabia” strateji ittifaqı da təmsil olunub.
Şəhər biznes, əyləncə və idman xidmətlərinin rəngarəng təqvimi sayəsində çoxlu sayda əcnəbi qonağı cəlb edir. Dubayın Festivallar və Pərakəndə Satış İdarəsi (DFRE) ilin birinci yarısında qış və yay alış-veriş festivalları, Ramazan bayramları və digər böyük tədbirlər keçirib. 2024-cü ilin qarşıdan gələn tədbirlərinə Dubay payız-qış moda mövsümü, “Dubai Fitness Challenge”, “DP World Tour Championship Golf”, “Emirates Dubai 7s” və BƏƏ-in Birləşməsi Günü daxildir. Daha ətraflı məlumatı dubaidet.gov.ae saytından əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22

