Gürcüstana qarşı “MEGOBARI aktı”
13.07.2024 [10:40]
Yeganə Hacıyeva: Bu sənəd bir ölkənin suveren hüquqlarını qəsb etmək cəhdidir
N.BAYRAMLI
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunması bu ölkənin hökuməti ilə Qərb arasında münasibətlərə mənfi təsir göstərib. Sözügedən qanun Qərb dairələrinin və ölkə müxalifətinin kəskin etirazlarına səbəb olub. Hətta Prezident Zurabaşvilinin sənədə veto qoyması da hökumətin və parlamentin mövqeyinə əngəl ola bilməyib.
Belə bir şəraitdə ABŞ və Avropa İttifaqı Gürcüstan hökuməti ilə əməkdaşlığa yenidən baxılacağı və sanksiyaların tətbiqi ilə hədələyib. Artıq Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsi ilə bağlı danışıqları dayandırıb. Eləcə də, Tbilisiyə bəzi maliyyə yardımlarının kəsildiyi də elan edilib.
ABŞ-da da Gürcüstana qarşı “cəza” tədbirlərinə başlanıb. Hələ bir müddət öncə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Birləşmiş Ştatların Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının rəhbər şəxslərinə və onların ailə üzvlərinə, eləcə də bəzi şəxslərə viza sanksiyaları tətbiq etdiyini açıqlamışdı. Bildirilmişdi ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və buraya Gürcüstanın hakim partiyasının üzvləri, deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir: “Biz ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”.
Bugünlərdə isə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI aktı”nı qəbul edib. Konqresin Xarici əlaqələr komitəsində keçirilən səsvermədə 41 konqresmen sənədi dəstəkləyib, 6-sı isə əleyhinə səs verib. Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, “MEGOBARI aktı”nın təşəbbüskarı ABŞ Qanunvericilik Assambleyasının aşağı palatasının üzvü, respublikaçı konqresmen Co Vilsondur: “İlk öncə onu qeyd edim ki, sənədin adı “MEGOBARI” gürcü dilindən dostluq kimi səslənsə də, “Gürcüstanın Hesabatlılıq, Dayanıqlıq və Müstəqilliyin Yaradılması üçün Seçimlərin Mobililəşməsi və Artırılması Aktı”dır. ABŞ qanunverici orqanlarında bu akt hesabatlılığı, davamlılığı və müstəqilliyi gücləndirmək üçün Gürcüstanı səfərbər etmək haqqında akt kimi təqdim olunur”.
Politoloqun fikrincə, bu təşəbbüs özlüyündə çox təzadlıdır, çünki bir tərəfdən akta əsasən, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu və ya mümkün icrasına cavabdeh olan şəxsləri məsuliyyətə çəkmək nəzərdə tutulur, digər tərəfdən isə güya demokratik Gürcüstan daha da güclənərsə, ölkəyə daha çox dəstək vəd edir. Burada demokratik Gürcüstanın güclənməsi Qərb kursu əsasında irəliləməsi ilə əlaqələndirilir”.
Y.Hacıyeva qeyd edib ki, Konqresin Nümayəndələr Palatasının bu tipli sənədlər qəbul etmək təcrübəsi var. Qurum müəyyən dövlətlərin Qərb kurusunu dəyişdiyi zaman belə aktlar qəbul edir və onlara təzyiqlər göstərilir. “Sözügedən aktda isə Gürcüstanın suveren hüquqlarını həyata keçirən dövlət məmurlarına sanksiyalar nəzərdə tutulub. Əslində, bu, ABŞ öz daxili qanunverciliyini bütün dünyada qəbul etdirmək cəhdlərindən biridir. Bu da qəbuledilməzdir. Çünki bu akt ABŞ-ın Gürcüstanın konstitusiya şərtlərini həyata keçirən məmurlarına qarşı təzyiq formalaşdırmaq və bir ölkənin suveren hüquqlarını qəsb etməsi deməkdir”,-deyə həmsöhbətimiz vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52

