Tramp Ukrayna böhranını həll edə biləcəkmi?
27.07.2024 [11:00]
O, Zelenski ilə telefon söhbətində tərəfləri sülhə çağırıb
Son günlər Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün sülh danışıqlarına başlamaq çağırışları artıb. Xüsusilə, bu çağırışlar ABŞ-da Donald Trampın yenidən dövlət başçısı seçilmək şansının güclənməsi fonunda baş verir. İndiyə kimi Ukraynanın barışmaz mövqeyindən çıxış edən prezident Volodimir Zelenski artıq sülh danışıqlarını istisna etmir. Belə ki, Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünə eyham vurur. O, Ukraynada bu cür danışıqları qadağan edən hazırkı fərmana baxmayaraq, Putinlə dialoqa getməyə razı olduğunu nümayiş etdirib. “Rusiya ikinci sülh sammitinə dair plan haqqında danışmağa hazırdırsa, o zaman biz tərəfdaşlarımız və Rusiyanın nümayəndələri ilə danışmağa hazır olacağıq”, - deyə Zelenski bildirib. O, həmçinin vurğulayıb ki, Putinin özünün və ya başqasının danışıqlar aparmasının fərqi yoxdur, əsas məsələ sülhə nail olmaqdır. Ukrayna xarici işlər nazirinin Çinə səfər etməsi də sülh danışıqları imkanlarının gündəmə gəldiyini deməyə əsas verir.
Tərəflər telefon danışığının nəticəsindən razıdır
Yəqin, ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlmək şansının çox olması rəsmi Kiyevi müəyyən addımlar atmağa vadar edib. Bir neçə gün öncə Trampla Zelenski arasında telefon danışığının gerçəkləşməsi də bu kontekstdə təsadüfi sayıla bilməz. Bu barədə D.Tramp özünün “Truth Social” səhifəsində yazıb. “Prezident Zelenski ilə çox yaxşı telefon danışığı oldu. ABŞ-ın növbəti prezidenti olaraq mən dünyaya sülh gətirəcəyəm. Çoxlu sayda insanın həlak olduğu və saysız-hesabsız günahsız ailənin didərgin düşdüyü bu müharibəyə son qoyacağam. Hər iki tərəf bir araya gələrək zorakılığa son qoyan razılaşmanı müzakirə edə bilər”, - deyə keçmiş dövlət başçısı bildirib. Zelenski isə elefon söhbəti barədə teleqram kanalında yazıb ki, “Trampla ədalətli sülhün əldə olunması və bunun davamlı olması məsələsini müzakirə etdik”.
Daha sonra “Bloomberg” agentliyinə müsahibəsində də ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynadakı müharibə ilə bağlı fikirlərini bildirib və müharibəni bitirmək planı çərçivəsində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının mümkünlüyünü açıqlayıb. Tramp hesab edir ki, sanksiyalar çox vaxt ABŞ-ın təcrid olunmasına gətirib çıxarır və o, sanksiyaların tərəfdarı deyil. İrana qarşı sanksiyaları faydalı hesab etsə də, prezidentliyə namizəd düşünür ki, o vaxt da onların zərurəti mübahisəli idi. Tramp Rusiya prezidenti Vladimir Putinlə münasibətlərini də xatırladıb və vurğulayıb ki, onun prezidentliyi dövründə müharibə təhlükəsi olmayıb və Rusiya heç vaxt Ukraynanı işğal etməyəcəkdi. O, belə bir addımın yolverilməzliyi ilə bağlı Putinə şəxsən xəbərdarlıq etdiyini bildirib.
Tramp Baydeni günahlandırıb...
Trampın fikrincə, Ukrayna münaqişəsi zamanı dünya daha təhlükəli olub və buna görə ABŞ-ın hazırkı prezidenti Co Baydeni günahlandırıb. Tramp hesab edir ki, Bayden öz hərəkətləri ilə Rusiya və Çinin yaxınlaşmasına töhfə verib və hazırda iki ölkə sıx ittifaqda fəaliyyət göstərir. Tramp dəfələrlə bəyan edib ki, dövlət başçısı seçilərsə, 24 saat ərzində və ya andiçmə mərasiminə qədər Ukraynada müharibəni dayandıra bilər. “Bloomberg” isə yazır ki, onun planına Ukraynanı hərbi yardımı kəsmək təhlükəsi altında Moskva ilə danışıqlara məcbur etmək daxildir. Digər tərəfdən, Tramp Ukraynaya silah tədarükünü artıracağı ilə hədələməklə Rusiyanı danışıqlar masasına oturtmaq niyyətindədir. Təsadüfi deyil ki, ABŞ-ın sabiq dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Mayk Pompeo da “The Wall Street Journal” nəşrinə müsahibəsində Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə Kiyevə silah tədarükünü artırmaq üçün 500 milyard dollarlıq Lend-liz proqramını təsdiqləyə biləcəyini deyib. Onun sözlərinə görə, bu proqram Kiyevə Amerika silahlarını əldə etmək üçün lazımi qədər borc almağa imkan verəcək. Eyni zamanda, Donald Trampın Ukrayna ilə bağlı sülh planı həm də Kiyevin ala və istifadə edə biləcəyi silah növlərinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa kömək edəcək. Bu da öz növbəsində Amerikanın müdafiə sənayesinin güclənməsinə gətirib çıxaracaq.
Kiyevin başqa çıxış yolu varmı?
Qeyd edək ki, II Dünya müharibəsi illərində ABŞ-ın qəbul etdiyi Lend-liz aktı Vaşinqtona müttəfiqlərini pulsuz silah-sursat, avadanlıq, ərzaq, tibbi ləvazimatlar və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməyə icazə verib. Hazırda bu məsələnin yenidən gündəmə gəlməsi isə Trampın Ukrayna ilə planları ilə bağlıdır. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə TCH telekanalına müsahibəsində deyib ki, Rusiya ilə sülh danışıqlarının aparılması məsələsində heç kim Ukraynaya təzyiq göstərə bilməz: “Heç kim bizi danışıqlara məcbur edə bilməyəcək və bu, mümkün deyil. Hər hansı qərarı biz özümüz qəbul edəcəyik”. Onun sözlərinə görə, Ukraynaya silah və maliyyə yardımı edən Qərb tərəfdaşları da Kiyevə bu məsələdə təzyiq göstərmirlər. Onlar həmişə açıq şəkildə deyirlər ki, kiminlə, nə vaxt və hansı formatda danışıqlar aparacağına Ukrayna özü qərar verəcək. Lakin Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın Kiyevə silah yardımını dayandırması isə Ukraynanın qısa müddətdə məğlubiyyəti ilə nəticələnə bilər. Bu, Ukraynanın XİN başçısına da yaxşı məlumdur. Ona görə də, Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Kiyev ABŞ-ın sülh planını qəbul etməli olacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

