Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib
25.09.2014 [10:08]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 24-də Nyu Yorkda BMT Baş Məclisinin prezidenti Sam Kutesa ilə nəzakət görüşü keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə BMT Baş Məclisinin 69-cu sessiyası və gündəlikdə duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir fəal üzv dövlət kimi Azərbaycanın 69-cu sessiyada da BMT Baş Məclisi və onun komitələrinin işində fəal iştirak edəcəyini deyib. O, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə bağlı maddənin 69-cu sessiyanın gündəliyində olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin bu münaqişə ilə əlaqədar qəbul etdiyi sənədlərin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Sam Kutesa 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətinin və Afrika qitəsinə aid məsələlərə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini deyib. O, əmin olduğunu bildirib ki, 69-cu sessiya çərçivəsində də Azərbaycan ilə sıx əməkdaşlıq davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

