Anti-Azərbaycan qətnamənin görünməyən tərəfləri
27.09.2014 [10:41]
Tanınmış Qərb ekspertləri Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnamənin arxasındakı səbəbləri şərh edirlər
Anti-Rusiya qətnaməsinin qəbulundan cəmi bir gün sonra Avropa Parlamenti daha bir qətnamə, bu dəfə Azərbaycanla bağlı qətnamə qəbul etdi. Tövsiyə xarakterli sənədin sərt tonu və tezislərin qoyuluşunu ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi də qiymətləndirmək olar.
Bəs görəsən, “Cənub” qaz dəhlizinin əsasının qoyulmasından cəmi bir neçə gün sonra Azərbaycanla Avropa arasında münasibətlərin kəskinləşməsi kimə lazımdır? Hansı qüvvələr bunun üçün çalışır? Qətnamədən açıq-aydın görünür ki, bu qüvvələr cəhdlərini davam etdirəcək və Azərbaycanın Avropa ilə bir çox sahələrdə əməkdaşlıq münasibətlərinə zərər vurmağa çalışacaqlar. Sənədlə ilkin tanışlıqdan belə bir qənaətə gəlmək olur ki, onun müəllifləri bu tonun Azərbaycan və Avropa münasibətlərinə xələl gətirəcəyini bilirlər, elə sənədin də, məhz bunun üçün hazırlandığını aydın qabartmaq istəyiblər.
Rusiya ilə münasibətləri kəskinləşdirən Qərb birdən-birə niyə Azərbaycanla da münasibətlərə xələl gətirəcək bir qətnamə qəbul edir? Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun (AAİYF) müxtəlif ölkələrdən olan ekspertləri “Bizim Yol” qəzetinə müsahibələrində bu qətnamənin mahiyyətini və arxasında dayanan səbəbləri şərh ediblər.
“Bu qətnamə mənə ədalətsiz “Azadlıq haqqında akta 907-ci düzəliş”i xatırladır”
Portuqaliyalı hüquqşünas, beynəlxalq məsələlər üzrə ekspert və jurnalist Hayme Aleksandro Fereyra deyib ki, qəbul olunan qətnamədə Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsinə icazə verilməsi, adətən, elə o mitinqlərin keçirilməsinə sponsorluq edən QHT-lərin dövlət qeydiyyatına alınması prosesinin asanlaşdırılması tövsiyə edilir. Onun sözlərinə görə, Ukraynada dinc aksiyaların bu gün Avropanın özü üçün də problemə çevrilməsi fonunda bu təkliflərin məntiqə uyğun olmasını söyləmək çətindir: “Daha sonra qətnamənin mətnində Avropanın Rusiya ilə münasibətləri tonuna bənzəyən açıq-aydın şantaj tonu hiss edilir. Məsələn, Avropa deputatları Beynəlxalq Olimpiya Komitəsini Azərbaycandan “Avropa Oyunlarının ev sahibi kimi repressiyalara son qoymağı” tələb etməyə çağırırlar. Onlar hətta Azərbaycana qarşı məqsədyönlü sanksiyalar da tətbiq etməyin mümkünlüyündən danışırlar. Oxşar təklif 2018-ci ildə Futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək Rusiyaya qarşı da səslənmişdi. Amma FİFA birmənalı olaraq, bu təklifi rədd etdi.
Əgər Rusiyaya münasibətdə, ukraynalı separatçıları dəstəkləməsinə görə, avropalıların hiddətinin səbəbi bəllidirsə, Azərbaycanla bağlı bəzi avropalı deputatların mövqeyi başadüşülən deyil. Onlara xatırladıram ki, məhz Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub, azərbaycanlılar rəsmi Yerevan tərəfindən dəstəklənən erməni separatizmindən əziyyət çəkirlər. Bu qətnamə mənə ədalətsiz “Azadlıq haqqında akta 907-ci düzəliş”i xatırladır. 1992-ci ildə bu düzəlişin qəbulu aqressiyadan əziyyət çəkən Azərbaycana “Ermənistanın tam deblokadasına və Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlara son qoyana qədər ABŞ hökumətinə Bakıya yardım etməyə qadağa qoyurdu”. Təsəvvür edirsiniz? Erməni aqressiyasından zərər çəkən ölkəni öz torpağına qarşı aqressiyada ittiham edir və ona yardımı da dayandırırlar! Təəssüf ki, Avropanın ikili standartları bu ailəyə inteqrasiya etmək istəyən bir çox ölkələri həvəsdən salır”.
“Bu, ilk növbədə, Avropa Parlamentinin imicinə xələl gətirən şoudur”
Amerikalı politoloq, iqtisadçı-ekspert, AAİYF-nin mütəxəssisi Kosta Maqdalenos isə deyib ki, sözügedən qətnamədə vurğulanır ki, haqqında istintaq araşdırması gedən insanlarla bağlı qanunlar dəyişməli, onların üzərindən ittiham götürülməli və o dəqiqə də azadlığa buraxılmalıdırlar: “Axı sözügedən insanlar haqqında istintaq gedir və məhkəmənin qərarı yoxdur. Bəlkə elə onların günahsızlığı sübut ediləcək. Digər tərəfdən, qətnamənin tonuna baxın: başqa bir dövlətə kimi tutub, kimi buraxmasını necə bu tonda demək olar? Bəlkə, Avropa Parlamentində “suverenlik” və “qanunun aliliyi” kimi terminlər artıq qadağan edilib və işləmir?”
Politoloq daha sonra qeyd edib ki, “Cənub” qaz dəhlizinin Azərbaycan hissəsinin təməl qoyuluşu ilə bu qətnamənin qəbul edilməsinin eyni vaxta düşməsini təsadüf hesab edənlər yanılırlar. Bu, təsadüf deyil: “Bu, təzyiq forması olan qətnamənin arxasında erməni lobbisi tərəfindən Azərbaycan barədə verilən həqiqəti əks etdirməyən informasiyalar durur. Avropa Parlamentində erməni lobbisinin təsirində olan deputatlar bu qətnamənin qəbulu üçün əllərindən gələni etdilər.
Bu kontekstdə onu da qeyd etmək yerinə düşər ki, Avropa Parlamentində (Avropa Birliyində qanunverici hakimiyyətin aşağı palatası) bu tipli qətnamənin qəbulu üçün səs çoxluğu belə tələb olunmur. Başqa sözlə desək, Avroparlamentin tövsiyələri hətta o zaman qəbul edilir ki, lehinə 751 deputatdan 50 nəfəri səs versin. Adətən Avropa Parlamentinin bu tipli qətnamələrini iqnor edən Avropa Parlamenti Şurasında (yuxarı palata) isə qərarların qəbulu üçün mütləq səs çoxluğuna nail olmaq lazımdır.
Avroparlamentin və AP Şurasının mövqeyindəki fərqlər lobbi strukturlarının bu qurumlara təsir etmək imkanlarının da göstəricisidir. Avropa Parlamentinin bu tipli qətnamə qəbul etməsi qurumun ikili standartlarla işlədiyinin, erməni lobbisinin təsiri ilə etik və diplomatik prinsiplərə məhəl qoymadığının sübutudur. Adətən, belə qətnamələr iclaslarda az sayda deputatlar iştirak edən zaman qəbul edilir.
Əslində, Azərbaycan belə münasibətlə ilk dəfə deyil ki, rastlaşır: 12 may 2011-ci il və 15 iyun 2013-cü ildə Avropa Parlamenti 750 deputatdan 40-50 nəfərinin iştirak etməsi ilə Azərbaycana qarşı subyektiv və qərəzli sənədlər qəbul etmişdi. Sentyabrın 18-də qəbul edilən qətnamə də bu qəbildəndir. Bu, ilk növbədə, Avropa Parlamentinin imicinə xələl gətirən şoudur. Qətnamədə Azərbaycanı dünya ictimaiyyətinin gözü qarşısında qaralamaq məqsədi güdülür”.
“Ermənilərin “yemlədiyi” bir neçə deputat Avropa Parlamentinə başağrısı yaradıb”
ABŞ-dan olan, insan haqlarının müdafiəsi ilə məşğul olan bir neçə təşkilatın hüquqşünası Solak Cenifer Mişel isə deyib ki, adətən bu tipli bəyanatlardan Azərbaycanla əməkdaşlıq edən digər beynəlxalq təşkilatlara təzyiq üçün istifadə edilir. Qətnamə müəlliflərinin Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı Milli Olimpiya Komitəsinə rəsmi Bakıya təzyiq etmək üçün müraciətləri bunun sübutudur: “Əgər Avropa Parlamentinin deputatları, doğrudan da, demokratiya və insan haqları kimi ümumbəşəri prinsiplərin pozulmasından narahat olsaydılar, rəsmi Yerevana təzyiq edər və qətnaməyə bu ölkənin 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğalda saxlaması faktını salardılar. Bu zaman insan haqları prizmasından 1 milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti və Ermənistan tərəfindən aparılan etnik təmizləmə siyasəti üzərində xüsusi aksent edilməli idi. Bunun əvəzində isə bir neçə avropalı deputat Avropa ilə Azərbaycan arasında inkişaf edən münasibətlərə xələl gətirmək məqsədilə belə bir qətnamə qəbul edirlər”.
Daha sonra ekspert ritorik bir sual ünvanlayır: Azərbaycanı Avropadan qoparmaq kimə sərf edir? Onun sözlərinə görə, bu, cavabı asan tapılan, faktiki olaraq ritorik bir sualdır. İndi Avropa Parlamentinin rəhbərliyi bu qurumla Azərbaycan arasında nifaq yaradan, erməni lobbisi tərəfindən yemlənən bir neçə deputatın yarıtmaz fəaliyyəti nəticəsində əmələ gələn situasiyadan çıxış yolu tapmalıdır: “İllərdir ki, Azərbaycan müstəqil şəkildə, heç bir təzyiqlərə əhəmiyyət verməyərək, Avropaya inteqrasiya yolu ilə gedir. Bu ölkə Avropa prinsiplərinə sadiq olduğunu konkret əməllərdə sübut etmək üçün cəhdlərini dayandırmır. Rəsmi Bakı ilə münasibətlər barədə pozitiv danışan avropalı məmurlar və liderlər bir qrup, ermənilər tərəfindən yemlənən “zəncirli itlər”in, yerləşdikləri mürəkkəb geostrateji vəziyyətə baxmayaraq, onların Avropa yolu ilə gedən müttəfiqinin üzərinə hücumlarının qarşısını necə almaq barədə düşünməlidirlər”.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

