Almaniyada yaşayan azərbaycanlılar Berlində etiraz aksiyası keçiriblər
30.10.2014 [09:56]
Almaniyadakı Azərbaycan diasporu oktyabrın 29-da Berlində, Reyxstaqın qarşısında etiraz aksiyası keçirib. Təqribən iki saat davam edən mitinqdə Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş 300-dən artıq soydaşımız iştirak edib.
Əllərində Azərbaycan, Türkiyə bayraqları və müxtəlif plakatlar tutan aksiya iştirakçıları beynəlxalq aləmdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər. Avropada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətini dəstəklədiklərini, Azərbaycan dövləti ilə həmrəy olduqlarını ifadə edən şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə laqeyd yanaşan bəzi siyasi dairələri səmimi olmağa, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına həssaslıq göstərməyə çağırıblar. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın iqtisadi, siyasi və diplomatik sahələrdə əldə etdiyi nailiyyətləri alqışlayan soydaşlarımız insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik təsisatların bərqərar olduğu, söz azadlığının təmin edildiyi ölkəmiz haqqında bəzi siyasi dairələrin qərəzli mövqeyinin onların müəyyən siyasi və iqtisadi maraqlarından qaynaqlandığını vurğulayıblar.
Soydaşlarımız deyiblər ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin, iqtisadi rifahın təmin olunmasında müstəsna rol oynayır. Buna görə də Azərbaycana qarşı mövcud təhlükə və təhdidlər regionun gələcəyini də şübhə altına alır. Aksiya iştirakçıları Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə olduğunu xüsusi vurğulayıblar. Ölkəmizin demokratik inkişaf yolunu seçdiyini, insan hüquqlarının müdafiəsi, söz azadlığının təmin olunması sahəsində mühüm uğurlara imza atdığını qeyd edən aksiya iştirakçıları, bütün bunlara baxmayaraq, bəzi dairələrin tamamilə qeyri-obyektiv mövqe nümayiş etdirməsinin anlaşılmaz olduğunu bildiriblər.
Aksiyaya qatılan soydaşlarımız Azərbaycanın müstəqil və güclü bir dövlət kimi özünü təsdiq etdiyini, bir sıra təşkilatların və bəzi ölkələrin rəsmi şəxslərinin, habelə dövlət qurumlarının açıqlamalarında müstəqil dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin açıq şəkildə müşahidə olunduğunu vurğulayıblar. Qeyd olunub ki, müasir dünyada sabitliyin və qarşılıqlı etimadın ən vacib şərtlərindən biri qarşılıqlı hörmətdir. Aksiyada çıxış edənlər dünya azərbaycanlılarının Azərbaycan dövləti və Prezidenti ətrafında sıx birləşdiklərini, Vətəninin problem və qayğılarına biganə qalmadıqlarını, onun maraqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olduqlarını bildiriblər. Onlar Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ölkənin yeganə və ən düzgün inkişaf yolu olduğuna bütün dünya azərbaycanlılarının dərindən inandığını söyləyiblər.
Bielefelddəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvü Faiq Məmmədov mitinqdə çıxış edərək, azərbaycanlıların Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində tutduğu mövqenin düzgün olduğuna inandıqlarını, bu məsələdə Azərbaycan dövlətinin atacağı hər bir addımı dəstəkləyəcəklərini ifadə edib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova öz torpaqlarında doğmalarının məzarlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Dağlıq Qarabağdakı qondarma rejimin qurduğu oyuncaq məhkəmə prosesindən dərin narahatlıq keçirdiklərini bildirib, bunu beynəlxalq hüquq normalarının kobud pozulması kimi qiymətləndirib və beynəlxalq məhkəmə instansiyalarını, habelə insan hüquqlarının müdafiəsini prioritet vəzifələri kimi təqdim edən qurumları və dövlətləri məsələyə müdaxilə etməyə çağırıb.
Aksiyada çıxış edən Sofiya Məmmədova, Nazilə Bəşirova, Mehparə Baxşəliyeva və digər soydaşlarımız Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulduğunu, nəticədə dinc sakinlərin, o cümlədən qoca, qadın və uşaqların həlak olduğunu bildiriblər. Soydaşlarımız bu faciəli hadisələrə laqeyd qalan təşkilatların müxtəlif siyasi məqsədlərə xidmət edən şəxslər və qurumlarla bağlı qanun çərçivəsində qəti tədbirlər görməmələrinin ciddi suallar yaratdığını qeyd ediblər.
Mitinq zamanı yerli sakinlərə alman və ingilis dillərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin əks olunduğu vərəqələr paylanılıb.
Aksiya Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Berlin Azərbaycan Evi, Bielefelddəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Drezdendəki Alm.Az. Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Mitinqdə Almaniyada yaşayan türklər də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

