“Yonhap Imazine” jurnalı: Azərbaycan - Prometeyin seçdiyi zəngin torpaq
29.11.2014 [11:35]
Koreya Respublikası Yonhap Xəbər Agentliyinin “Imazine” jurnalının dekabr nömrəsində “Azərbaycan - Prometeyin seçdiyi zəngin torpaq” sərlövhəli məqalə dərc edilib.
Məqalənin müəllifi Yonhap xəbər agentliyinin əməkdaşı Lim Donq Kun Azərbaycan barədə yazı hazırlamaq üçün ölkəmizə bu ilin oktyabrında AzərTAc-ın təşkilatçılığı ilə gəlib. Bu səfər iki agentlik arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşıb.
AzərTAc Lim Donq Kuna materialı hazırlamaqda hərtərəfli dəstək verib, onun Azərbaycanın tarixi məkanlarına, regionlarına səfərini təşkil edib.
Məqalədə ölkəmizin tarixi, paytaxt Bakı şəhəri ilə yanaşı, rayonların sürətli iqtisadi inkişafı, gözəl təbiəti, qədim abidələri barədə ətraflı məlumat verilir.
Müəllif bildirir ki, küləklər şəhəri olan Bakı qədimliklə müasirliyin birləşdiyi bir məkandır. Paytaxt Bakı şəhərində orta əsrlərə aid arxitekturanın qorunub saxlanmasına baxmayaraq, buraya səyahət edərkən müasir göydələnlər də baş gicəlləndirir.
“Azərbaycan koreyalılar üçün naməlum ölkədir. Mən də Azərbaycana ilk dəfə idi ki, səyahət edirdim. Azərbaycan Xəzər dənizi sahilində yerləşən əsrarəngiz ölkədir. Paytaxt şəhərə ilk dəfə ayaq basarkən çox təəccübləndim. Orta əsrlərə aid gözəl qalaları, küçələri ilə tanınan Bakı, həmçinin çoxlu sayda hündür müasir binaları olan əsl Avropa şəhəridir. İnsanlar azad, gülərüz, mehribandırlar və Şərq aləmində məhz bu ölkədə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verilib”, - deyə müəllif qeyd edir.
İçərişəhərdən söhbət açan müəllif bildirir ki, paytaxtın şərqində yerləşən bu ərazidə qədim Şirvanşahlar sarayına, Qız qalasına, digər qədim tikililərə, o cümlədən Karvansaraya, məscidlərə, qüllələrə, hamamlara rast gəlmək olar. İçərişəhərin daş döşənmiş küçələri ilə gəzərkən sanki orta əsrlərə səyahət edirsən.
Müəllif yazır ki, qala divarlarının bir tərəfində qədim İçərişəhər, digər tərəfində müasir Fəvvarələr Meydanı yerləşir. Bu meydan sanki Paris, Frankfurt və ya Berlin küçələri kimi çox müasir və insanların gur olduğu yerdir. Fəvvarələr Meydanına və ətraf küçələrə hamar mərmərlər döşənib. Burada müasir fəvvarələr, yaşıllıqlar, brend mağazalar və restoranlar var.
Fəvvarələr Meydanına açılan Nizami küçəsini paytaxt Seulun Myonqdonq ərazisinə bənzədən müəllif qeyd edir ki, bu küçədə Avropanı xatırladan gözəl binalar, müasir geyim, idman və elektron mallar satılan mağazalar, restoranlar, barlar, çay evləri yerləşir.
Paytaxtdakı dənizkənarı bulvarın insanların asudə vaxtlarını keçirmələri üçün gözəl məkan olduğunu bildirən müəllif buradakı Bayraq Meydanının əzəmətini xüsusi vurğulayır. Qeyd edilir ki, burada təmiz dəniz havası almağa çıxan çoxlu insanları, o cümlədən turistləri görmək olar.
Bakı gecələrinin füsunkarlığına heyran olan müəllif günün bu vaxtında paytaxtın sanki yenidən doğulduğunu bildirir. Gecələr buradakı binalar bərq vuran işıqları ilə göz oxşayır.
Bakıda olarkən Qobustana səyahət etmiş müəllif buradakı qayaların üzərində olan təsvirlərin Azərbaycanın qədim tarixindən xəbər verdiyini xüsusi vurğulayır: Bakıdan 64 kilometr aralıda yerləşən bu ərazi sanki nəhəng qayalıq yerdir. Bu qayaların üzərində 6 mindən çox təsvir var ki, bu da ən qədim insanların buradakı mağaralarda yaşadığını göstərir. Bu ərazi 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.
Azərbaycana səfəri çərçivəsində İsmayıllı və Şəki rayonlarında da olan koreyalı müxbir jurnalın oxucularına ölkəmizin bu əraziləri barədə də geniş məlumat verir. Bildirir ki, Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşən Lahıc qəsəbəsi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradırdı. Lahıcda 2 mindən çox əhali yaşayır. Onların əsas məşğuliyyəti misgərlik və xalçaçılıqdır. Qəsəbədə gəzərkən yol boyu dəmirçi emalatxanalarına rast gəlmək olur.
Azərbaycanın gözəl guşələrindən biri olan Şəkidən söhbət açan müəllif yazır ki, 90 min əhalisi olan bu rayon qədim zamanlarda İpək Yolu ilə səyahət edən tacirlər üçün istirahət məkanı olub. Müəllif Xan Sarayından, onun pəncərələrini bəzəyən şəbəkələrdən bəhs edərək bildirir ki, onların hazırlanması üçün 1000 ədəd şüşə parçasından istifadə edilib.
Şəkidəki Aşağı və Yuxarı karvansaraylardan bəhs edən koreyalı müxbir bildirir ki, XVIII-XIX əsrlərdə tacirlər burada gecələyirdilər. Aşağı Karvansaraydan beş dəqiqəlik məsafədə yerləşən Yuxarı Karvansarayın həyətində hazırda fəvvarə quraşdırılıb və burada 300 qonağı qəbul edə biləcək otaqlar var.
Müəllif məqalədə, həmçinin Şəkidəki Alban məbədinin tarixi barədə məlumat verərək qeyd edir ki, məbədin ətrafında tunc dövrünə aid, üzəri şüşə ilə örtülmüş bir neçə qəbir var.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

