Birinci Avropa Oyunları Argentina mətbuatının diqqət mərkəzində
20.05.2015 [09:47]
Argentinanın turizm, idman, mədəniyyət üzrə ixtisaslaşmış “Host News Traveller”, “Daily Web”, “Pulso Turistico”, “Norte en Linea” xəbər portallarında, habelə “Telam” milli xəbərlər agentliyinin və “Clarin” qəzetinin müvafiq olaraq idman və turizm bölmələrində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalələr yayılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə birinci Avropa Oyunları, bu Oyunlar çərçivəsində keçiriləcək idman yarışları barədə məlumat verilir. Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Bakıda yaradılmış müasir infrastrukturdan və idman komplekslərindən söhbət açılır.
Diqqətə çatdırılır ki, dünyanın sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycanda turizm sənayesi və nəqliyyat infrastrukturunun inkişafına böyük sərmayələr yatırılıb. Hazırda ölkədə dünyanın bir çox məşhur brend otelləri, çoxlu sayda turizm kompleksləri, istirahət, mədəniyyət, ticarət və əyləncə mərkəzləri, həmçinin Qafqazın ən böyük hava limanı olan Heydər Əliyev Hava Limanı da daxil olmaqla 5 beynəlxalq aeroport fəaliyyət göstərir. Yaradılmış bu infrastrukturun Azərbaycanda keçirilməsi nəzərdə tutulan Formula-1 üzrə Avropa Qran-pri yarışları (2016-cı il), Şahmat Olimpiadası (2016-cı il), İslam Həmrəylik Oyunları (2017-ci il), Futbol üzrə Avropa Çempionatının dörd oyunu (2020-ci il) və digər əhəmiyyətli tədbirlərə də xidmət edəcəyi bildirilir.
Yazılarda Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadəyə istinadən qeyd olunur ki, son illərdə Azərbaycan beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi edir ki, bu da ölkənin hərtərəfli inkişafının göstəricisidir. “Hamını Avropanın sülh, dostluq və idman bayramı olacaq “Bakı-2015” ilk Avropa Oyunlarına tamaşa etmək üçün Azərbaycana dəvət edirik. Bu, həmçinin Şərqin Avropa cazibəsi olan, Avropa ilə Asiyanı qovuşduran, qədimliklə müasirliyi birləşdirən ölkəmizi daha yaxından tanımaq üçün gözəl bir fürsət olacaq”, - deyə səfir vurğulayır.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

