/ / Azərbaycan və Türkiyə hədəfdə: Doğançı-gülənçi şəbəkənin “qara piar” kampaniyasının arxasında nə durur?
Azərbaycan və Türkiyə hədəfdə: Doğançı-gülənçi şəbəkənin “qara piar” kampaniyasının arxasında nə durur?
03.06.2015 [09:25]
Yaxud türkiyəli iş adamı Aydın Doğanın və ABŞ xüsusi xidmət orqanları tərəfindən idarə olunan gülənçilərin birgə - koordinasiya olunmuş fəaliyyəti nəyə xidmət edir?
Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dərin tarixi köklərə söykənir. Bu iki ölkəni ortaq etnik-mədəni mənşəyə, tarixi keçmişə söykənən mənəvi tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi maraqlar birləşdirir. Bu iki qardaş dövlətin siyasi rəhbərliyinin ölkələrarası dostluq və qardaşlığa sadiqliyinin, ortaq milli maraqlara xidmət edən ardıcıl siyasi xəttinin nəticəsi olaraq hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib.
Azərbaycan-Türkiyə birliyi sarsılmazdır!
Digər tərəfdən, son illər dünyada, o cümlədən, bölgəmizdə baş verən proseslər, belə demək mümkünsə, hər iki ölkə üçün sınaq oldu. Türk dünyasının birliyini istəməyən, bununla da Azərbaycan-Türkiyə qardaşlığı kimi dünyaya örnək ola biləcək münasibətləri pozmağa çalışan qüvvələr hər vəchlə dövlətlərimiz arasında nifaq yaratmağa cəhd göstərdilər. Amma hər iki xalqın birliyi və həmrəyliyi həmin qüvvələrin niyyətlərini puç etdi. Nəticə etibarilə, bu gün Azərbaycan və Türkiyə dostluğu özünün təntənəsini yaşayır.
Sarsılmaz təməllərə söykənən Azərbaycan-Türkiyə münasibətlərini simvolizə edən mühüm nüanslardan biri də hər iki ölkənin beynəlxalq miqyasda vahid cəbhədə - ümumi məqsədə xidmət edən sinxron fəaliyyətidir. Daha dəqiq desək, Azərbaycan-Türkiyə həmrəyliyi sayəsində bəzi dairələrin təxribatlarına qarşı birgə uğurlu mübarizə aparılmaqdadır. Gündən-günə möhkəmlənən Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri həm imperialist dairələrə, həm də antitürk düşüncəli dairələrə mühüm mesajdır.
Qərbdəki müəyyən dairələr Türkiyə və Azərbaycan arasında etimadsızlıq mühiti yaratmağa çalışırlar
Şübhəsiz, dünya üzrə unikal nümunə olan və sarsılmaz əsaslara malik Türkiyə-Azərbaycan birliyi xaricdəki anti-Türkiyə və anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Qeyri-müəyyən geosiyasi maraqlara və korporativ mənafelərə malik olan həmin dairələr Türkiyə və Azərbaycan prezidentlərinin möhkəm dostluq əlaqələrindən, hər iki ölkə başçısının bir-birinə hərtərəfli, qarşılıqlı dəstəyindən narahat olurlar. Məhz buna görə də provokasiya xarakterli addımlar atılır, müxtəlif səviyyəli manipulyasiyalar edilir. Həmin qüvvələrin bütün səyləri dövlət rəhbərləri arasında etimadsızlıq mühiti yaratmağa, iki qardaş ölkənin münasibətlərinə xələl gətirməyə yönəlib. Bu məqsədlə Qərbdəki dairələr tərəfindən idarə olunan “beşinci kolon”un imkanlarından geniş istifadə olunur.
Bu kontekstdə türkiyəli iş adamı Aydın Doğanın və ABŞ xüsusi xidmət orqanları tərəfindən idarə olunan gülənçilərin birgə - koordinasiya olunmuş fəaliyyəti xüsusi yer tutur. Bu qüvvələrin Azərbaycana qarşı kampaniyası təsadüfi xarakter daşımır. Yəni, ölkəmizə qarşı bu kampaniyanın aparılmasının əsas səbəblərindən biri məhz Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyidir.
Aydın Doğanın Azərbaycana qarşı radikal kampaniyasının əsasında nə durur?
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan öz müstəqilliyinə yeni qovuşanda ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən də neft sektorunda mövqe əldə etmək istəyən çoxsaylı işbazlardan biri də A.Doğan olub. Lakin həmin dövrdə onun niyyətlərinin reallaşmasına imkan verilməməsi Doğanın Azərbaycana qarşı davamlı şəkildə radikal kampaniya təşkil etməsinin səbəblərindən biridir. Hazırda isə neft yataqlarının istismarı, neft emalı və satışı ilə məşğul olan Aydın Doğan SOCAR-ın Türkiyədə və regionda aktiv fəaliyyətini həzm edə bilmir.
Ümumiyyətlə, müşahidələr belə deməyə əsas verir ki, hal-hazırda Türkiyədə Azərbaycanın əleyhinə təbliğat aparan və bu istiqamətdə fəaliyyətləri uzlaşan iki media quruluşu var. Bunlardan biri Türkiyədəki erməni mətbuatı, digəri isə Doğana məxsus KİV-lərdir.
Erməni mənşəli, korrupsioner iş adamı Aydın Doğan Qərbin “piyada”sı rolunda...
Məsələ ondadır ki, bu kampaniyanı aparan tərəflərdən biri qismində çıxış edən - Qərbdəki müəyyən dairələrin direktivlərini yerinə yetirən Aydın Doğan Türkiyə tarixində ən qalmaqallı, korrupsioner iş adamı kimi tanınır. Onun Türkiyənin biznes həyatında ildırım sürəti ilə yüksəlişi və ölkə daxilində ictimai-siyasi proseslərə təsir gücü erməni mənşəli olması, həmçinin, xarici anti-Türkiyə qüvvələrə xidmət etməsi ilə izah olunur.
Digər tərəfdən, bu şəxsin qeyri-qanuni əməlləri ictimaiyyətə yaxşı bəllidir. Aydın Doğanın dövlətə məxsus neft şirkəti “Petrol Ofisi”ni fırıldaqçı üsulla necə ələ keçirdiyini Türkiyədə yaxşı xatırlayırlar. Onun Türkiyə ordusunun generaliteti ilə korrupsiya əlaqələri sayəsində, tenderdə uduzduğu halda, xüsusi əmrlə necə qalib elan edildiyi də heç kimə sirr deyil. 2001-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ehtiyacı üçün 450 min ton yanacağın alınmasına dair keçirilən tenderdə Aydın Doğanın “Petrol Ofisi” şirkəti korrupsiya sövdələşməsi sayəsində qalib elan edilib.
A.Doğanın media qurumları siyasi manipulyasiya vasitəsi kimi...
Bunlarla yanaşı, A.Doğan həm də “Kanal D”, “CNN Türk”, “Hürriyyət”, “Radikal” kimi çoxsaylı media qurumlarının təmsil olunduğu “media patronu” kimi tanınır. Onun öz biznes dairəsini genişləndirmək, siyasi proseslərdə iştirak etmək niyyətlərini reallaşdırmaqda bir vasitə kimi sahibi olduğu media qurumlarının imkanlarından geniş istifadə etdiyi bəllidir.
O da qeyd edilməlidir ki, bu media qurumlarından həm də A.Doğanın çirkin əməllərini ifşa edən hakimiyyət orqanlarına qarşı çirkin kampaniya təşkil edilməsində fəal istifadə olunur. Məlumat üçün vurğulayaq ki, 2009-cu ildə Türkiyənin Maliyyə Nazirliyi Aydın Doğanın holdinqini rekord məbləğdə - 2,5 milyard dollar vergi ödəməyə məhkum edib. Nazirliyin müfəttişlərinin iki ildən çox davam edən araşdırmaları nəticəsində məlum olmuşdu ki, “Doğan Group”un rəhbərləri 2006-cı ilin dekabr ayında holdinqə daxil olan şirkətlərin səhmlərini üç həftə ərzində bir şirkətdən digərinə satıb, bu zaman milyardlarla dolları vergidən gizlədib.
“Doğan Media Qrupu” erməni maraqlarından çıxış edir
“Doğan Media Qrupu”nda erməni mənşəli Türkiyə vətəndaşlarının və eyni zamanda, gizli ermənilərin olması, həmçinin Aydın Doğanın mübahisəli etnik kimliyi, erməni mənşəli olması barədə yayılmış məlumatlar da onun anti-Türkiyə və anti-Azərbaycan fəaliyyətini səciyyələndirən amillər sırasında göstərilir. Bu kontekstdə bir çox nümunələri diqqətə çatdırmaq məqsədəmüvafiqdir.
İlk növbədə qeyd edək ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin müzakirəyə çıxarıldığı zaman da Doğan mediası Azərbaycanın kölgəsini qılınclamaqla məşğul olub. Digər tərəfdən, ötən ilin sonlarında Azərbaycan ordusu tərəfindən Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin məhv edilməsi “CNN Türk” efirindən “Azərbaycan Dağlıq Qarabağa aid savaş helikopterini düşürdü” başlığı ilə verilmişdi, bununla da qondarma “Dağlıq Qarabağ rejimi” münaqişədə tərəf kimi təqdim olunmuşdu.
Bunlarla yanaşı, Aydın Doğana məxsus olan “Radikal” qəzeti Türkiyə ermənilərinin ən çox əməkdaşlıq etdiyi qəzetlərdən biridir. “Radikal” qəzetinin erməni əsilli əməkdaşı Arıs Nalçı 2014-cü il 25 oktyabr tarixli “Kobaniyi Qarabağdan anlamaq” başlıqlı köşə yazısında Qarabağın işğal edilməsinə haqq qazandırılır, erməni işğalı “milli-azadlıq mübarizəsi” kimi təqdim edilir. Doğana məxsus “Hürriyyət” qəzeti isə Azərbaycana qarşı davamlı şəkildə “qara piar” kampaniyası həyata keçirən media orqanıdır. Təsadüfi deyil ki, bu qəzetin əməkdaşı, A.Doğana yaxınlığı ilə tanınan jurnalist Tolqa Tanış Qərbin xüsusi xidmət orqanları tərəfindən idarə olunan OCCRP adlı jurnalist qurumunun üzvlərindən biridir. O, bu qurumun Azərbaycana qarşı həyata keçirdiyi “qara piar” kampaniyasında fəal iştirakı ilə seçilir.
Gülənçi-doğançı şəbəkə Azərbaycan-Türkiyə birliyini hədəfə götürməklə öz ermənipərəst simasını göstərir
“Doğan Media Qrupu” Azərbaycanda insan hüquqları, demokratiyanın durumu və digər mövzular haqqında çoxsaylı qeyri-obyektiv və qərəzli materiallar yaymaqla, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini təhrif edərək ictimai rəyi Ermənistanın lehinə yönəltməyə çalışır.
Görünür, bu münasibətin arxasında onun hamıya yaxşı tanış olan Fətullah Gülənin başçılıq etdiyi, Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx bağlı olan nurçular qrupu ilə son zamanlar yaranan müttəfiqliyi də dayanır. Azərbaycanda Türkiyə hakimiyyətinə dəstək məqsədilə gülənçi şəbəkənin ifşa olunması, türk liseylərinin qapadılması hazırda F.Gülən tərəfdarları ilə A.Doğanın birgə şəkildə Azərbaycana qarşı kampaniya həyata keçirməsini şərtləndirir. Əslində isə, gülənçi-doğançı şəbəkə Azərbaycan-Türkiyə birliyini hədəfə götürməklə öz antimilli, ermənipərəst simasını açıq-aydın göstərir.
Belə olduğu halda gülənçi şəbəkə Azərbaycandakı biznesindən, media strukturlarından, Qafqaz Universitetinin fəaliyyətindən narahat olmalıdır. Doğançılar da öz mediasının Azərbaycan ictimai rəyinə təsir imkanlarının itirilməsi, “Azərspace”də onların yayımının dayandırılması təhlükəsi ilə üz-üzə qala bilərlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

