/ / “Daily Times” qəzetində “Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində” adlı məqalə dərc edilib
“Daily Times” qəzetində “Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində” adlı məqalə dərc edilib
26.08.2015 [10:12]
Pakistanın milyonlarla oxucusu olan nüfuzlu “Daily Times” qəzetinin 2015-ci il 25 avqust tarixli buraxılışında qəzetin İslamabad baş ofisinin rəhbəri, tanınmış jurnalist Dure Nəcəf Zaidinin “Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində” adlı məqaləsi dərc edilib.
Bu barədə AZƏRTAC-a ölkəmizin Pakistandakı səfirliyindən məlumat verilib.
“2015-ci il fevralın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva Pakistanın “Hila-e-Pakistan” ali ordeni ilə təltif edilib. İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülüb” sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi vurğulanır.
Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan mədəniyyətini dünyada təbliğ etdiyi diqqətə çatdırılır.
Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən D.N.Zaidi Fond tərəfindən yüksək standartlara cavab verən Respublika Talassemiya Mərkəzinin, məktəb və xəstəxanaların inşa olunduğunu, insulin və qanköçürmə proqramlarının həyata keçirildiyini qeyd edir. Bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir sıra ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edilib, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün proqramlar həyata keçirilib.
Məqalədə, həmçinin Mehriban Əliyevanın mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışılır, onun dəstəyi ilə inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri, Niaqarada muğam günləri, Qəbələ musiqi festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal sarayında təmir-bərpa işlərinin aparıldığı qeyd olunur.
Yazıda Mehriban xanım Əliyevanın 2004-cü ildə Azərbaycan folkloru və musiqi irsinin inkişafında xidmətlərinə görə UNESCO-nun, 2006-cı ildə isə həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilir.
Pakistanlı jurnalist məqaləsində bütün dinlərin nümayəndələrinin ölkəmizdə mehriban şəraitdə yaşadığını bildirərək vurğulayır ki, Azərbaycanın birinci xanımı dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısıdır. Mehriban Əliyeva “Azərbaycan Tolerantlığın Evidir” proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin icraçısı olub.
Müəllif Fondun diqqət mərkəzində olan idman sahəsinə də xüsusi yer ayıraraq yazır ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan birinci xanım Mehriban Əliyevanın nüfuzu sayəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya çempionatları Bakıda keçirilib. Yazıda, həmçinin Mehriban Əliyevanın bu ilin iyununda Azərbaycanda keçirilmiş birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etdiyi bildirilir, bu tədbirin Azərbaycanın birinci xanımının idmanın inkişafına verdiyi töhfələrin kulminasiyası olduğu qeyd edilir. Oxucunun diqqətinə çatdırılır ki, Azərbaycana təşrif buyurmuş on minlərlə turist və idmançı bu tədbirin ən yüksək səviyyədə təşkil olunmasından heyranlıqla danışıblar.
Yazıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə, həmçinin mədəniyyət, təhsil və səhiyyənin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Heydər Əliyev ali ordeni ilə təltif olunduğu bildirilir.
Pakistanlı jurnalist Azərbaycanın birinci xanımının Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision-2012”nin Bakıda keçirilməsinə rəhbərlik etdiyini də yada salır. Bildirir ki, ölkəmizə gəlmiş on minlərlə xarici qonaq Azərbaycan xalqının qonaqpərvərliyi ilə yanaşı, yüksək səviyyədə təşkil olunmuş müsabiqədən çox razı qalıb.
Dure N.Zaidi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə baş vermiş zəlzələdən sonrakı dövrə təsadüf etdiyini qeyd edərək yazır: 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan dövlət rəsmilərinin təşəbbüsü və qərarı ilə məktəbə Mehriban Əliyevanın adı verilib.
Jurnalist 2012-2015-ci illərdə də Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini bildirərək vurğulayır ki, Edhi Home kimsəsizlər evlərində, Peşavər Akbar Care serebral iflic institutunda, Lakki Marvat uşaq və qadın hospitalında hepatit B virusuna qarşı peyvəndləmə, müayinələr və açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar olunub. Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilib, Xayber Paxtunkva Göz Klinikasının yeni blokunun və gözləmə otaqlarının, həmçinin İslamabad Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardım göstərilib.
Məqalədə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2015-ci illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığından bəhs olunur.
Vurğulanır ki, 2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təchizatı”, 2015-ci ildə isə Qucarxanda “20 Yanvar Şəhidlər su təchizatı” layihələri həyata keçirilib və bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan içməli su ilə təmin olunub.
Mehriban Əliyevanın Pakistandakı fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirən jurnalist qeyd edir ki, Pakistan xalqı və dövləti bütün bunları yüksək qiymətləndirir. Pakistan Prezidenti Məmnun Hüseynin Sərəncamı ilə Mehriban Əliyeva “Hilal-e-Pakistan” ordeni ilə təltif olunub. Bundan əlavə, Azərbaycanın birinci xanımı 2012-ci ildə “2012-ci ilin qadını - Humanizm Simvolu”, 2013-cü ildə isə “Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi” mükafatlarına layiq görülüb.
Məqalədə o da qeyd olunur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə Fransa, Serbiya, Rusiya, Kanada, Polşa və Küveyt dövlətlərinin, Dünya Səhiyyə Təşkilatının orden və medalları ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

