Görüş yeri dəyişir - Növbəti məkan Brüssel
24.11.2021 [10:22]
Azərbaycan - Ermənistan danışıqlarının Avropa raundu
Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılır. Yayılan məlumata görə, tərəflər dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı sammitində görüşməyə razılaşıblar.
Aİ-nin iki ölkə arasındakı danışıqlarda “yeni vasitəçi” qismində çıxış etmək arzusu müəyyən suallar doğurmaqdadır. Bəlli olduğu kimi, Avropanın digər bir təsisatı - ATƏT uzun illərdir ki, bu missiyanı daşıyır. Bir sıra ekspertlərin fikrincə, indiki halda, Aİ-nin məsələyə daha yaxından təmas istəyi regiona olan maraqdan irəli gəlir. Belə ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni iqtisadi-siyasi situasiya fonunda Aİ bölgənin gələcək inkişafında iştirak etmək arzusundadır. Aktiv şəkildə prosesə müdaxilə etmək arzusu da bundan qaynaqlanır. Digər tərəfdən, bu görüşün hansı nəticələrə yol aça biləcəyi də maraqlıdır. Nəzərə alsaq ki, 2020-ci ilin payızından sonra vasitəçi qismində Rusiya çıxış edib, rəsmi Moskvanın Aİ-nin bu təşəbbüsünü necə qarşılayacağı da maraqlıdır. Ekspertlərin fikrincə, bu, həm də iki qütb arasındakı geosiyasi gərginliyi artıra bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramin Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında qeyd edir ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra bağlanmış üçtərəfli bəyanatda yer alan bir sıra müddəaların icrası ilə bağlı addımların atılması gecikir. Belə ki, Ermənistan iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən kommunikasiyaların açılması ilə bağlı məsələlərdən yayınır, vaxt uzatmağa çalışır. Bu isə yolverilməzdir: “2021-ci ilin yanvarında Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladığı birgə bəyanat da məhz 10 noyabr bəyanatının icrasına həsr olunub. Amma hələ ki, müsbət addımların şahidi olmuruq. Bu baxımdan, dialoqa, görüşlərə ehtiyac var. Digər tərəfdən, postmüharibə dövründə prosesin inkişafından kənarda qalan Avropa, ümumilikdə Qərb, yenidən regiona “qayıtmaq” fikrindədir. Bu mənada da, Brüssel görüşü olduqca mühüm əhəmiyyət daşıyır. Fikrimcə, Aİ yeni iqtisadi mənzərədə yer almaq üçün bütün gücünü səfərbər etmək niyyətindədir”.
Millət vəkilinin sözlərinə görə, Qərbin aktiv şəkildə danışıqlarda vasitəçilik missiyası həyata keçirmək arzusu ilə çıxış etməsi həm də Ermənistanla bağlıdır. Rusiyanın üçtərəfli görüşlərlə bağlı təkliflərindən yayınan Ermənistan dalana dirəndiyinin fərqindədir və Paşinyanın “qərbmeyilli” yön alması Avropanı cürətləndirib. “Rəsmi Moskva Ermənistanın davranışını görür. Artıq Rusiya da üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı açıqlama verib. Brüssel görüşündən öncə Moskvada keçiriləcək üçtərəfli dialoqun nəticələri daha vacib xarakter daşıyacaq”, - deyə R.Məmmədov əlavə edib.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da 15 dekabrda Brüsseldə keçirilməsi planlaşdırılan görüşün mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu görüş Azərbaycan və Ermənistan liderləri arasında müharibədən sonra ikinci görüş olacaq: “Rusiyanın da belə bir görüş keçirəcəyi artıq dəqiqləşib. Fikrimcə, bütün görüşlər və təmaslar əhəmiyyətlidir. İki tərəf arasında müxtəlif məsələlərin müzakirəsi, müxtəlif müqavilələrin sənədlərin imzalanması gündəmdədir. Aİ-nin bu təklifində həm də Rusiya ilə geosiyasi gərginliyin ştrixləri görünür. Qara dəniz ətrafında baş verən hadisələrin miqyasının genişlənəcəyini istisna etmək mümkün deyil. Bu, hətta Qafqaza da siraət edə bilər. Ermənistanın Baş naziri Nikol Paşinyan isə Rusiyanın hərbi-siyasi bloklardakı müttəfiqi olsa da, şəxsi siyasi oriyentasiyasına görə qərbmeyillidir. Bu da iki qütbün çəkişməsində mühüm amillərdən birinə çevrilməkdədir”.
Politoloq bildirib ki, Azərbaycanın Ermənistan qarşısındakı əsas tələbləri məlumdur: Sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması ilə bağlı yekun qərarlar. Ermənistan bu tələblərdən imtinanın qarşılığında Azərbaycanı başqa addımlar atmağa vadar edə bilər. “İnanıram ki, yaxın vaxtlarda razılaşma olacaq. Bu razılaşma Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın nəticəsi olaraq baş verəcək. Brüsseldə təşkil olunan görüşdə isə həm də ABŞ-ın müxtəlif məsələlərlə bağlı təklifləri müzakirə oluna bilər. Bu görüşü rəsmi Vaşinqtonun Cənubi Qafqaza qayıdış arzusu kimi də adlandıra bilərik. Paşinyanın son addımları Qərbi fəal olmağa ürəkləndirib. Bu baxımdan rəsmi Moskva da artıq addımlarını fəallaşdıracaq. Düşünürəm ki, bu “mübarizədə” Ermənistanın maraqları, ümumiyyətlə nəzərə alınmayacaq. Əksinə, qalib və güclü tərəf kimi Azərbaycanın maraqları əsas istiqamətləndirici faktora çevriləcək”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57

