Makron, yoxsa Le Pen...
23.04.2022 [11:22]
Fransızlar kimə səs verəcəklər?
Nardar BAYRAMLI
Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda hazırk? Prezident Emmanuel Makron və ultra sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen mübarizə aparacaq. Xat?rladaq ki, birinci turda səsvermənin nəticələrinə görə, Makron 28,5 faiz, Le Pen isə 24,2 faiz səs toplayıb. İkinci turda seçicilər yekun seçim edəcəklər. Bu turda hansı namizədin qalib gəlmək şansı yüksəkdir?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, E.Makron özünün prezidentliyi müddətində Fransanı Avropanın lider dövlətinə çevirməyə çalışıb: “Makrona dövlət başçısı kimi münasibətdə əhalinin rəyi müəyyən qədər fərqli olub. Yəni müxtəlif vaxtlarda onun reytinqi artıb və ya azalıb. Məsələn, Fransa hökumətinin bir sıra qərarları əhali tərəfindən ciddi narazılıqla qarşılanmışdı və bu iğtişaşlara səbəb olmuşdu. Həmin hadisələr Makronun nüfuzuna mənfi təsir göstərmişdi. Amma Rusiya-Ukrayna müharibəsi başlayanda Makronun ortaya qoyduğu mövqe xalq arasında reytinqini bir qədər yüksəltdi. Hələ Rusiya Ukraynaya hücum etməmişdən əvvəl də Makron tərəflər arasında vasitəçilik edirdi, Rusiyaya səfər edərək Prezident Putinlə görüşmüşdü. Doğrudur, onun təşəbbüsləri müharibənin qarşısını ala bilməsə də, Fransada əhalinin rəğbətini qazanmışdı. E.Makron hazırda da Ukrayna böhranı ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış edir. Onun Fransanı Avropanın lider dövlətinə çevirmək cəhdləri də prezident seçkilərinin ikinci turunda öz təsirini göstərəcək. Birinci turda liderliyi qazanmış Makronun ikinci turda da şansı böyükdür”.
Politoloq qeyd edib ki, seçkilərdə digər namizəd Marin Le Penin isə siyasi kimliyi, fəaliyyəti Qərb üçün uğurlu seçim hesab olunmur: “Çünki Le Pen daha çox qatı sağçı və rusiyapərəst mövqeyi ilə tanınır. O, Rusiya ilə Fransa arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsinin ən məşhur tərəfdarlarından biridir. Avropa Parlamentində Le Penə qarşı irəli sürülən ittihamlar və digər məsələlər onu Avropa üçün arzuedilməz siyasətçiyə çevirib. Bu şəxsin indiyə qədərki fəaliyyəti də bir sıra suallar doğurur. Belə ki, Le Pen, hətta Rusiya ilə strateji tərəfdaşlığın zəruriliyini də bəyan edib. 2014-cü ilin martında isə Marin Le Pen Krımın statusu ilə bağlı referendumun nəticələrinin legitimliyini tanıyıb. Həmin il rusiyalı rəsmi Sergey Narışkinlə görüşündə isə Le Pen Qərb ölkələrinin Rusiyaya qarşı sərt mövqeyini və xüsusilə Avropa Şurası Parlament Assambleyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyasətini pisləmişdi. Hətta Le Pen dəfələrlə fransızların Ukraynanı Aİ-nin bir hissəsi kimi görmək istəmədiklərini də açıq şəkildə bildirib. Onun qənaətinə görə, Ukraynada baş verənlərə görə günah Avropa İttifaqındadır. Digər tərəfdən, öz fikirlərində rasizmə, irqi ayrı-seçkiliyə yönəlik məqamlara böyük yer verən bu siyasətçinin Fransanın dövlət başçısı seçilmək şansı real görünmür. Bunu seçkilərə bir neçə gün qalmış namizədlər arasında keçirilən tele-debatdan da görmək mümkündür. Belə ki, namizədlər arasında Rusiya və hicab müzakirəsi üçsaatlıq müzakirə ilə rekord qırıb. Fransada hicabın ləğv olunmasının tərəfdarı kimi çıxış edən Le Pendən fərqli olaraq Prezident Makron hicabın din məsələsi olduğunu və hər hansı dini simvolun qadağan edilməsinin əleyhinə olduğunu deyib. Le Penin Rusiya Prezidenti Putinlə yaxınlığı da debatda gərgin müzakirələrə səbəb olub. Le Penin Rusiya administrasiyasına yaxın bir bankdan külli miqdarda kredit aldığını xatırladan Makron, “Rusiyadan danışanda başqa ölkələrin idarəçilərindən deyil, bankirinizdən danışırsınız” deyib. Le Pen isə heç bir Fransa bankının ona kredit vermədiyi üçün xaricdən borc götürməli olduğunu iddia edib. Həmin debatı təxminən 16 milyon insan izləyib və izləyicilərin 59 faizi Makrona etimad göstərib. Ölkədə keçirilən digər sorğularda Makronun daha şanslı olduğu görünür. Ona görə də, 24 aprel seçkilərində E.Makronun yenidən Fransanın dövlət başçısı seçiləcəyini demək mümkündür”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

