Avropa vahid mövqeyə dəvət olunur
21.06.2022 [10:38]
Britaniyanın hərbi çağırışları qarşıdurmanı daha da alovlandıra bilər
PƏRVİZ
İyunun son ongünlüyünə təsadüf edəcək G7 ölkələri başçılarının zirvə toplantısı və NATO-nun sammiti Avropanın Rusiyaya qarşı mübarizəsində yeni mərhələnin başlanğıcını qoya bilər. Hər iki tədbir öncəsi Şimal Alyansı ölkələrindən verilən mesajlar bunu təsdiqləyir. Məsələn, köhnə qitədə ABŞ-ın ən yaxın müttəfiqi sayılan Britaniya artıq müharibə sədalarını səsləndirir. Belə ki, Britaniya Silahlı Qüvvələri Baş Qərargahının yeni rəhbəri, general Patrik Sanders ölkəsini Avropada müharibəyə hazırlamağa və Rusiyanı məğlub etməyə qadir ordu yaratmağa çağırıb. Bu barədə “The Independent” qəzeti məlumat yayıb. Patrik Sanders bildirib ki, indi müttəfiqlərimizlə birlikdə savaşa və döyüşdə Rusiyaya qalib gələ biləcək bir ordu yaratmaq mütləqdir. Sandersin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun əsas məqsədini - “quruda döyüşməyə və müharibələrə qalib gəlməyə hazır olmaqla Böyük Britaniyanı qorumaq” məqsədini önə çəkir. “Biz ordunu yenidən Avropada müharibəyə hazırlamalı olan nəsilik”, - o əlavə edib. O xatırladıb ki, 1941-ci ildən Avropada qitənin iştirak etdiyi müharibə fonunda orduya komandanlıq edən ilk baş qərargah rəisidir.
Britaniya mətbuatı hələ 2021-ci ildə London hökumətinin nizami ordunu 2025-ci ilə qədər 82 000 nəfərdən 72 500-ə endirəcəyi ilə bağlı ixtisar planlarını dərc etmişdi. Həmin vaxt Böyük Britaniyanın nizami ordusunun şəxsi heyəti 76,5 min nəfərə yaxın idi.
Mərkəzçi avropalıların mövqeyi anqlo sanksonları razı salmır
Sandersin bu açıqlaması strateji baxımdan bir zamanlar aktuallıq daşıyan “Avropa ordusu” məsələsini xatırlatsa da, mahiyyət fərqlidir. Hələ müzakirələr aparılan dövrdə bu təklifə qarşı qəti etirazını bildirən Britaniya “daha az ordu” və ya “silahsızlandırma” kimi fikirlərlə yadda qalmışdı. Baş nazirlər Toni Bleyer, Qordon Braun daha çox bu tezislərə əsaslansalar da, Devid Kemeron və Tereze Meyin hökumət başçısı olduqları dövrdə dövlətin əsas mövqeyi “NATO varsa, Avropa ordusuna ehtiyac yoxdur” şəklində formalaşmışdı. Hətta 2016-cı ildə Brtitaniya ilə Avropanın fikir ayrılıqlarının daha açıq şəkildə ortaya çıxdığı zaman bu məsələ də aradakı ziddiyyətlərin siyahısında ən əsas sıralarda qərarlaşırdı. Bu mənada, Britaniya Silahlı Qüvvələri Baş Qərargahının yeni rəhbəri, general Patrik Sandersin fikirlərini NATO-nun gücləndirilməsinə “töhfə” saymaq mümkündür. Diqqət yetirilsə, britaniyalı general ölkəsinin Rusiya ilə müharibəyə hazırlaşması ilə bağlı çağırış etsə də, döyüşə “müttəfiqlərlə” birgə girmək arzusunda oldğunu deyir. Yəni, Rusiyaya qarşı müharibə hər bir halda koalision birliyin döyüşü olacaq. Sadəcə olaraq, Mərkəzçi Avropanı (avrosentristləri) heç bir halda və heç bir zaman siyasi-hərbi müttəfiqi saymayan Britaniya bu məqamda ABŞ-ı nəzərdə tutur və bu da sirr deyil. Nəzərə alınmalıdır ki, ABŞ da Ukraynaya yönəlik silah-sursat təminatını, dəstəyini məhz Britaniyanın əli ilə həyata keçirir. Bu baxımdan, ABŞ-Britaniya tandeminin NATO sammitində yeni strateji planla çıxış edəcəyi istisna oluna bilməz.
Hədəf Rusiyaya qarşı hərbi güclərin təmərküzləşməsinə nail olmaqdır
Bu fakt Avropanın da açıq seçim qarşısında qaldığını göstərir. Britaniyalı generalın çağırışı sonuncu Kiyev səfərində Rusiyaya qarşı qəti mövqe nümayiş etdirməyən Fransa və Almaniya rəhbərliyi üçün də limitin bitdiyinin anonsudur. Avropada müharibə təhlükəsinin real olduğunu açıq şəkildə ortaya qoyan bu açıqlamadan “götürüləcək dərslər” də var:
- Avrosentristlər təcili olaraq Rusiya ilə bütün ikitərəfli əlaqələrinə son verməli, hətta enerji mübadiləsi məsələsində də vahid platformadan çıxış etməlidirlər;
- Avqust ayı üçün nəzərdə tutulan sonuncu sanksiyalar məsələsində fərqli fikir nümayiş olunmamalıdır. Əks halda həmin dövlətlər də Anqlo-Sakson İttifaqı tərəfindən “Rusiyanın dostu” elan ediləcək;
- Son olaraq, real müharibə təhlükəsinin daha çox Mərkəzi Avropa kontingenti üçün iqtisadi-siyasi, hətta hərbi faciələrə yol açacağını indidən izah etmək məsələsi aktuallaşır. Çox güman ki, Avropanın ümumi təhlükəsizlik konsepsiyasının regional sərhəd amili ilə əlaqələndirilməsi fikri arxa plana keçiriləcək. Hədəf Rusiyaya qarşı hərbi güclərin təmərküzləşməsinə nail olmaqdır.
Belə olan halda isə, “Avropa Ordusu”na komandanlıq da məhz Britaniyanın əlində olacaq. Baxmayaraq ki, rəsmi London artıq Aİ ilə heç bir bağa malik deyil, Rusiyaya qarşı mübarizənin önündə qlobal liderlərin yer alacağı ən real gözləntidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

