“Hərbi ssenari” Yunanıstanın xeyrinə olmayacaq
22.06.2022 [10:22]
Rəsmi Afina regionda təhlükəsizlik seqmentinə zərbə vurmamalıdır
SADİQ
Artıq uzun müddətdir ki, davam edən Türkiyə-Yunanıstan gərginliyi yeni mərhələyə qədəm qoyub. Belə ki, Yunanıstanın özünün Türkiyənin turizm bölgələrinə yaxın olan adalarını militaristləşdirməsi, adaların hərbiləşdirilməsi dövlətlərarası münasibətlərin mənfi tendensiya ilə inkişafını şərtləndirib. Hətta bu gərginliyin lokal müharibəyə çevrilmə ehtimalı da var. Siyasi ekspertlər iki NATO ölkəsi arasında müharibəni real saymasa da, “təhdid atəşlərinin” hər an açıla bilmə ehtimalını irəli sürürlər. Maraqlıdır ki, NATO daxilində müttəfiq olan bu dövlətlərin arasındakı problemlərin həlli məsələsində vasitəçilik etmək istəyən də tapılmır. Tam əksinə, bəzi alyans ölkələri Yunanıstanın tərəfindən çıxış edərək vəziyyətin daha dramatik hal almasını istəyirlər. Bəs, indiki halda belə bir qarşıdurma kimin maraqlarına xidmət edir. Və ya Türkiyənin qlobal aktora çevrilməsi niyə bir sıra gücləri narahat edir?
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi İlyas Hüseynov da Yunanıstan ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinin səbəbinin Qərbin Yunanıstanı silahlandırmasında görür. Onun sözlərinə görə, Türkiyəyə qarşı bu qərəzli münasibət anlaşılan deyil: “Məlumdur ki, Yunanıstanın militarizasiyası, ilk növbədə, Türkiyəyə qarşı yönəlib. Türkiyənin beynəlxalq münasibətlər sistemində qərarlı mövqeyi və müstəqil xarici siyasət yürütməsi isə bir sıra gücləri narahat edir. Rusiya-Ukrayna müharibəsi fonunda balanslı mövqeyi ilə yanaşı, tərəflər arasında sülhə nail olmaq üçün vasitəçilik imkanlarını təqdim edən Türkiyə regional aktordan qlobal aktora çevrilib. Eyni zamanda Türkiyə NATO-dakı ikinci güclü ordusu və potensialı ilə tanınır. İsveçlə Finlandiyanın NATO sıralarına daxil olunmasına qarşı isə rəsmi Ankaranın nümayiş etdirdiyi mövqe diqqətlə izlənməlidir. Türkiyə bu məsələdə də haqlı tələblərini ortaya qoyur və bu istiqamədə tələblərinin yerinə yetirilməsində maraqlıdır”.
Yunanıstan isə hərbi potensialın müqayisəsinə baxanda qat-qat geridə qalır. Buna baxmayaraq, geosiyasi planlarda Türkiyəyə qarşı daha çox Yunanıstan kartından istifadə olunur. “Xüsusilə, 1974-cü ildən bu yana müxtəlif dövrlərdə bununla bağlı siyasi problemlər ortaya çıxıb. Bu problemləri həll etmək istiqamətində əsas balanslaşdırıcı platforma isə məhz Şimali Atlantika Bloku olub. Hər iki dövlətin NATO daxilində formalaşan hərbi strukturu və mexanizmi Vaşinqton və Brüssel tərəfindən tənzimlənir. Güc mərkəzlərinin hər iki dövlətə təzyiqləri və siyasi danışıqlar raundlarına başlaması isə gərginliyin aşağı düşməsinə səbəb olub. Hazırda da Egey dənizində yunan adalarının militarizasiyası həm beynəlxalq hüquqa ziddir, həm də ikitərəfli münasibətlərdə eskalasiya risklərini gücləndirir. Adaların silahlandırılması həm Lozanna müqaviləsinə, həm də Paris razılaşmasına uyğun gəlmir. Rəsmi Ankara da buna qarşı öz mövqeyini ortaya qoyur. Türkiyə prezidentinin sərt çıxışından sonra biz həm də müdafiə naziri Hülusi Akarın yunan həmkarı ilə danışığının şahidi olduq. Bu jestlər də bizə deyir ki, Türkiyə öz mövqeyində qərarlıdır və hadisələrin hərbi ssenari üzrə inkişafı Yunanıstanın xeyrinə olmayacaq”, - deyən İ.Hüseynov onu da əlavə edib ki, məsələləri diplomatik-siyasi zəmində həll etmək zamanıdır. Yunanıstan başqa dövlətlərin maşasına çevrilməməklə regionda təhlükəsizlik seqmentinə zərbə vurmamalıdır. Onun sözlərinə görə, Türkiyənin həm Suriya böhranında miqrantlar üçün qapılarını açması, həm enerji təhlükəsizliyi istiqamətində geostrateji imkanlarından maksimum dərəcədə yararlanmaq potensialı, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin çözülməsindəki təşəbbüsləri diqqətlə nəzərə alınmalıdır: “Türkiyə həm də dünyanın siyasi arxitekturasında mövqeyini getdikcə gücləndirir. Bu cür ölkəyə qarşı isə hər zaman məkrli niyyətlər olacaq. Yunanıstan planı da məhz onun tərkib hissəsidir. Türkiyə demək olar ki, hər tərəfdən hədələrlə, təhdidlərlə doludur. Bununla belə, rəsmi Ankaranın geostrateji addımları, dünyanın təhlükəsizlik arxitekturasında oynadığı rol getdikcə güclənir. Düşünürəm ki, yaxın zamanda problemin siyasi yollarla həllinin şahidi ola biləcəyik”.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

