Türkiyədən yeni antiterror əməliyyatı anonsu
29.06.2022 [10:06]
Prezident Ərdoğan xəbərdarlıq etdi
SADİQ
İyunun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında yenidən antiterror əməliyyatları ilə bağlı məsələ aktuallaşıb. Son bir neçə ay ərzində Türkiyə sərhədlərinin təhlükəsizliyinin qorunması istiqamətində addımlarını daha da qətiləşdirən rəsmi Ankara yenidən əməliyyat anonsu səsləndirib. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bildirib ki, Suriya ilə sərhədimizdə yaratmağa başladığımız təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq. O qeyd edib ki, Türkiyə həm terrorla mübarizə, həm də regional böhranlarda problemlərin həlli konsepsiyasını uğurla həyata keçirir, dost ölkələrə dəstəyini və prinsipial mövqeyini hər sahədə nümayiş etdirir.
Yeri gəlmişkən, Türkiyənin Daxili İşlər Nazirliyi Suriyanın şimalındakı Cerabulus qəsəbəsinin Əl Humran kəndi yaxınlığında terror təşkilatı üzvləri tərəfindən tərk edilmiş bomba yüklü avtomobilin məhv edildiyini açıqlayıb. Nazirliyin yaydığı məlumata görə, sərhəd xəttində yerləşən Əl Humran kəndi yaxınlığında tərk edilmiş içi bomba dolu yük avtomobili PKK/KCK-nın böyükmiqyaslı terror aktı üçün hazırlanıbmış. Türkiyə təhlükəsizlik orqanları kəşfiyyat məlumatı əsasında bu aktın qarşısını vaxtında ala bilib. Yük maşını müəyyənləşdirilib və bölgəyə bomba zərərsizləşdirmə qrupları göndərilib. Bölgədə lazımi təhlükəsizlik tədbirləri alındıqdan sonra bomba dolu yük maşını idarəli şəkildə məhv edilib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 23-də Nazirlər Kabinetinin iclasında ölkəsinin təhlükəsizliyinin təminatı ilə bağlı məsələyə aydınlıq gətirmişdi. O bildirmişdi ki, Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcək. Türkiyə lideri qeyd etmişdi ki, Türkiyə cənub sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zonasının yaradılması prosesini başa çatdırmaq niyyətindədir: “Türkiyəyə təhdid yaradan terror təşkilatlarına hər cür dəstək verərək onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəksinlər”.
Mayın 26-da isə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunan əsas məsələlərdən biri də məhz cənub sərhədlərinin təhlükəsizliyinin təmini ilə bağlı olmuşdu. Toplantıdan sonra verilən açıqlamada bildirilmişdi ki, iclasda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, ölkənin milli birliyinə və həmrəyliyinə, suverenliyinə qarşı hər cür təhdid və təhlükəyə qarşı qətiyyət, qətiyyət və müvəffəqiyyətlə həyata keçirilən əməliyyatlar və əlavə tədbirlər müzakirə edilib. Bundan başqa, ölkənin cənub sərhədlərinin terror təhlükəsindən təmizlənməsi məqsədilə hazırda həyata keçirilən və ya aparılacaq əməliyyatların heç bir halda qonşuların ərazi bütövlüyü və suverenliyini hədəfə almadığı, milli təhlükəsizliyin zərurət olduğu açıqlanmışdı. Qeyd olunmuşdu ki, bu əməliyyatlar həm də Türkiyənin qonşularının sülh və təhlükəsizliyinə ciddi töhfə verəcək.
İyun ayı ərzində isə Suriya sərhədində hərbi hərəkətlilik daha da intensivləşib. Türkiyə mətbuatının yaydığı məlumatda bildirilirdi ki, türk pilotsuz uçuş aparatları və helikopterlər terrorçuların mövqelərində kəşfiyyat uçuşları həyata keçirir. Hərbi mənbələrin məlumatına görə, Türkiyə ordusu pilotsuz uçuş aparatları ilə terrorçuların həmlələrini fasiləsiz müşahidə edir. Məlumata görə, Türkiyə ordusu ilk olaraq Şanlıurfa ilə sərhəddə yerləşən Hələbin Ayn əl Ərəb bölgəsini terrorçulardan azad edəcəyini planlaşdırır. Növbəti hədəf isə Tel Rifat bölgəsi olacaq. PKK/PYD qruplaşmasının liderləri isə öz xəbər platformaları vasitəsilə dünya ölkələrinə çağırış edərək, Türkiyənin dayandırılmasını istəyiblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

