ABŞ Çinə qarşı sanksiyaları daha bir il uzadıb
14.07.2022 [10:14]
Buna səbəb isə Honkonqdakı vəziyyətdir
Nardar BAYRAMLI
ABŞ Prezidenti Cozef Bayden Honkonqdakı vəziyyətlə əlaqədar ABŞ-ın Çinə qarşı sanksiyalar rejimini daha bir il uzadıb. Ağ Evin yaydığı bəyanatda qeyd edilir ki, Honkonqdakı vəziyyət, o cümlədən Çinin Honkonqun muxtariyyətini pozmağa yönəlmiş son hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün həddindən artıq təhlükə yaratmağa davam edir. Bu səbəbdən, 14 iyul 2020-ci ildə elan edilmiş milli fövqəladə rejim 14 iyul 2022-ci il tarixindən sonra davam etməlidir.
Xatırladaq ki, 2020-ci ilin yayında Çin Parlamenti Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun qəbul edib. Rəsmi Pekin bəyan edib ki, sənəd terrorizm, separatizm, dövlət hakimiyyətinə zərbə vurmaq, xarici qüvvələrlə sövdələşmə təhlükələrinə qarşı mübarizə məqsədi daşıyır və maksimum cəza kimi ömürlük həbsi nəzərdə tutur. Ağ Ev isə bu qanunvericilik təşəbbüsünü Honkonqun “muxtariyyətinin pozulması” kimi qəbul edir.
Məlumdur ki, Honkonq Çin Xalq Respublikasının tərkibində xüsusi statuslu ərazidir və dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honkonq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir. Asiyanın insanı özünə valeh edən və həyat səviyyəsinə görə dünyada öncül olan, elm, mədəniyyət və maliyyə mərkəzlərindən biri də Honkonqdur. Uzun illər ingilislərin protektoratı altında olan və yalnız ötən əsrin sonlarında Çinə birləşdirilən Honkonq bu gün də xüsusi idarəetmə ərazisi kimi qalmaqda davam edir.
Honkonq - Honkonq, Lantau adası, Koulun yarımadasından, Yeni Ərazidən və irili-xırdalı 260 adadan ibarətdir. Coğrafi baxımdan əlverişli mövqedə yerləşdiyi üçün Honkonq 1841-ci ildə ingilislər tərəfindən işğal edilmişdi. Yalnız 1997-ci ildə ingilislər ada üzərində Çinin suverenliyini bərpa etməsinə razılıq verdilər. Ancaq Londonla Pekin arasında əldə edilən razılığa əsasən, 2047-ci ilə kimi Honkonq xüsusi idarəetmə ərazisi kimi qalmaqda davam edəcək, Çin adanın daxili işlərinə müdaxilə etməyəcək. “Bir ölkə, iki sistem” kursu çərçivəsində Çin yalnız Honkonqun müdafiə və xarici siyasət məsələlərini həll edəcək. Buna paralel olaraq, Honkonq qanunvericilik (parlament), polis gücləri, milli pulu, vergilər, immiqrasiya siyasəti sahəsində müstəqilliyini qoruyub saxlaya bilib. Bundan əlavə, Honkonq beynəlxalq təşkilatlarda öz nümayəndəliklərini saxlayır, BMT səviyyəsində keçirilən bütün tədbirlərdə müstəqil dövlət (xüsusi idarəetmə ərazisi statusu çərçivəsində) kimi iştirak edir.
Bütün bunların fonunda ABŞ-ın Çinə qarşı sanksiyalar tətbiq etməsinin səbəbləri maraq doğurur. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Honkonqla Çin arasında olan münasibətlər kifayət qədər ziddiyyətli xarakter daşıyır. Onun sözlərinə görə, vaxtilə bu ərazinin Böyük Britaniya imperiyası tərəfindən nəzarətə götürülməsi faktiki olaraq icarə xarakterli idi. Lakin buna baxmayaraq, Britaniya icarə müqabilində heç bir vəsait ödəmirdi. Onun sözlərinə görə, Honkonq ilə Çin arasında münasibətlər isə təbii xarakter daşıyır: “ABŞ tərəfindən Çinə qarşı əsas ittihamlar bundan ibarətdir ki, Honkonqun daxili işlərinə qarışmamalıdır. İlk növbədə, onun muxtariyyət olması ilə yanaşı, seçki sistemində də bir sıra problemlər var.
Rəsmi Pekinin qanunvericiliyinə görə, Çinə qarşı öz mənfi mövqeyini ifadə edən istənilən şəxs Honkonqda hər hansı vəzifə tutmaqdan məhrum edilir. Bu da Honkonq tərəfindən daxili işlərə qarışmaq kimi dəyərləndirilir və beynəlxalq birlikdən dəstək istənilir. Honkonqda ingilis və Çin dilləri rəsmi dil hesab olunur. Orada ingilis dilinin qorunması üçün Böyük Britaniya və ABŞ öz dəstəyini ifadə edib. Vaxtaşırı olaraq Honkonq əhalisi tərəfindən rəsmi Pekinə qarşı etiraz aksiyaları keçirilir. Bir sıra xarici ekspertlər hesab edirlər ki, ABŞ bu aksiyalardan Çinə qarşı vasitə kimi istifadə edir. Çinin çox mürəkkəb daxili ictimai-siyasi sistemi var. Lakin Honkonqa münasibətdə “bir dövlət, iki sistem” tətbiq olunur. Gedişat onu göstərir ki, Honkonq illər sonra Çinə inteqrasiya olunacaq. Başqa variantı yoxdur, çünki burada təbii inteqrasiyadan söhbət gedir”.
Politoloq qeyd edib ki, qida məhsulları, dərman vasitələri, infrastruktur Pekin tərəfindən təqdim olunur. Çinin qlobal səviyyədə güclənməsi, iqtisadi qüdrətinin artması, həm də Honkonqun inteqrasiyasını gücləndirir. Hazırda beynəlxalq hüquqda güc faktorunun ön planda olduğunu deyən İ.Hüseynovun fikrincə, Honkonqa münasibətdə Çin güc faktorundan deyil, iqtisadi inteqrasiyanı üstün tutur. “Lakin seçki sistemi ilə bağlı məsələlər Honkonq əhalisinin etirazları ilə qarşılanır. ABŞ da bundan istifadə edir, Çinə qarşı sanksiyalar tətbiq olunur və Çinin təcrid olunması siyasəti inkişaf etdirilir. Sanksiyalar rejiminin müddətinin yenidən uzadılması da bu səbəbdəndir”, - deyə İ.Hüseynov vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

