Dünya çoxqütblü olmalıdır
10.09.2022 [10:25]
“Rusiyanın hələ istifadə etmədiyi silahlar var?”..
PƏRVİZ
Qlobal Qərb - Kreml qarşıdurmasının proyeksiyası olan Rusiya - Ukrayna müharibəsi bir sıra reallıqları ortaya çıxardıb. Belə ki, Rusiya müharibəyə başlamasını hələ də özünün təhlükəsizliyi ilə əlaqələndirir. Prezident Putin Şərqi İqtisadi Forumun Vladivostokdakı plenar iclasında danışarkən də ölkəsinin Ukraynada müharibəyə başlamasından heç nə itirmədiyini açıqlayıb. O bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir: “Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır. Çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz sürət, inkişaf tempi yığmağa başlayacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib. Və ikinci və ən vacib. Bunu bir daha vurğulamaq istəyirəm. Tez-tez səslənir. Biz hərbi əməliyyatlar nöqteyi-nəzərindən heç nəyə başlamamışıq, ancaq başa çatdırmağa çalışırıq”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bu tip bəyanatların ilk dəfə səsləndirilmədiyini diqqətə çatıdırb. Onun fikrincə, Kreml Ukrayna ilə müharibəni Rusiya-Ukrayna kontekstində təhlil etmir: “Bu addım Rusiyanın milli suverenliyinə qarşı Qərbin müdaxiləsinə cavab kimi qiymətləndirilir. Putin hələ fevral ayında, Ukraynada hərbi əməliyyatlara başlamamışdan öncə də bildiriLdi ki, tələbləri yerinə yetirilməsə, Ukraynada mütləq şəkildə müharibəyə başlayacaq. Bu müharibənin detalları planlaşdırılmışdı və əvvəlcədən də bəlli idi. Çünki müharibədən aylar öncə Böyük Britaniya və ABŞ kəşfiyyatında artıq bununla bağlı məlumatlar vardı. O ki qaldı indiki vəziyyətə, müharibənin gedişi Rusiyanın maraqları və məqsədləri ilə uzlaşmadı. Buna baxmayaraq, Kreml yenə də öz inadını davam etdirir. Rusiya deyir ki, biz ölkəmizə qarşı, suverenliyimizə qarşı təhdidə mütləq şəkildə cavab verəcəyik. Bu konsepsiya onunla bağlıdır ki, Rusiya ABŞ-ın rəhbərliyi ilə təkqütüblü dünya olması ilə razılaşmır. Şimal qonşumuzda bildirilir ki, mütləq şəkildə Rusiya, Çin kimi ölkələrin və inkişaf etməkdə olan digər dövlətlərin maraqları nəzərə alınmalıdır. Dünya çoxqütblü olmalıdır, ABŞ-ın hegemonluğuna son qoyulmalıdır. Bu, Rusiyanın ideoloji bəyanatıdır”.
Z.Məmmədovun sözlərinə görə, bu, həm də Rusiyanın xarici siyasət konsepsiyası ilə bağlı irəli sürdüyü məsələlərdir. “Yaxın aylarda ABŞ ilə Rusiya arasındakı mübarizənin davam edəcəyinin şahidi olacağıq. Okeanın o tərəfindən Rusiyaya qarşı məqsədyönlü plan həyata keçirmək və o planla bağlı məqsədinə çatmaq Vaşinqtonun rahatlığını bir qədər də artıracaq. Unutmayaq ki, hələ 1990-cı illərdə ayrı-ayrı amerikalı ideoloqlar, o cümlədən Bzejinski Rusiyaya qarşı mübarizədə Ukraynaya xüsusi rol verirdilər. Görünən odur ki, onlar addım-addım öz məqsədlərinə çatdılar və nəticə etibarı ilə bu gün Ukrayna ərazisində məhz ABŞ və Rusiya arasında müharibə gedir”, -deyən Z.Məmmədov vurğulayıb ki, suverenlik məsələsində isə Rusiya hələ müharibədən öncə NATO-nun, ondan əvvəl isə Aİ-nin Şərqə doğru genişlənmə planının yolverilməzliyi haqqında danışırdı. Müharibə başlayandan sonra isə Moskva “Aİ” ifadəsini kənara qoydu, “NATO” ifadəsini davam etdirdi. Bildirdi ki, NATO-nun Şərqə doğru genişlənməsi ilə barışmayacaq: “Amma biz faktiki olaraq hazırda görməkdəyik ki, NATO müharibənin başlanması ilə öz genişlənmə planını təxirə salmayıb. Əksinə, 50 ilə yaxın özünün balanslı statusunu qorumuş Finlandiya və İsveç kimi neytral ölkələr bu gün NATO-ya üzv olmaq haqqında qərar verirlər. Müharibəyə qədər Moskva və NATO-nun raketləri arasındakı məsafə çox-çox uzaq idisə, bu gün həmin raketlər arasındakı məsafə 2 min, bəzən min beş yüz kilometrədək qısalıb. Bu gün biz faktiki olaraq NATO və Rusiya raketlərinin üz-üzə start mövqeyində dayandığının şahidi oluruq”.
“Biz hərbi əməliyyatlar nöqteyi-nəzərindən heç nəyə başlamamışıq” ifadəsinə gəlincə isə, politoloqun fikrincə, istənilən dövlət başçısı orduda və xalqda ruh yüksəkliyini qaldırmalıdır. Z.Məmmədov vurğulayıb ki, bu bəyanat da bir neçə dəfə səsləndirilib: “Rusiyanın əlində elə silahlar var ki, onlar hələ də Ukraynaya qarşı istifadə edilməyib. Hazırda bir neçə gündür ki, Ukraynanın kontur-hücumlarının şahidiyik. Bu, artıq onu deməyə əsas verir ki, sentyabr ayında Rusiya əgər həmin imkanlar onda varsa, özünün arsenalında olan sonuncu nəsil və göstərmədiyi silahlardan istifadə edə bilər. Bu gün Ukrayna bütün imkanlarından istifadə edir. Ukrayna ordusu bəlli bir zamandan sonra Krım istiqamətində də hücuma keçə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

