7 hədəf müəyyənləşdi
11.08.2023 [10:37]
Hakan Fidan: Bu medalı Qarabağda şəhid olmuş dostlarımın adından...
Təxminən 2 aylıq fasilədən sonra Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə növbəti toplantısını keçirib. “Milliyyət” qəzetinin məlumatına görə, iclasda bir sıra diqqətçəkən məqamlar yaşanıb.
“Qarabağda şəhid olmuş dostlarımın adından alıram”
Prezident Ərdoğanın sədrlik etdiyi MTŞ Prezident Külliyesində toplanıb. Dövlət başçısı ilk olaraq MTŞ-nın son toplantısında iştirak edən və avqustun 30-da təqaüdə çıxacaq Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan və MTŞ baş katibinin müavini general Alper Eserə qiymətli hədiyyələr bağışlayıb.
Daha sonra xarici işlər naziri Hakan Fidana MİT-dəki 13 illik fəaliyyətinə görə “Dövlətə üstün xidmət medalı” təqdim edilib. Keçmiş MİT rəhbəri, hazırki ÖBY başçısı medalı qəbul edərkən bu təltifi həm də şəhid olmuş dostlarının adından qəbul etdiyini bildirib: “Bu medalı həm də mənimlə birlikdə xidmət edərkən Qarabağda, Liviyada, Suriyada və İraqda şəhid olmuş dostlarımın adından alıram”.
FETÖ ilə mübarizə əsas prioritetlərdəndir
Milli Təhlükəsizlik Şurasının 3 saata yaxın davam etmiş iclasından sonra 7 bənddən ibarət bəyanat yayılıb. “Milliyyət”in xəbərinə görə bu bəndlər toplantının əsas müzakirə predmetləri olub. Məlumata görə, iclasda Türkiyədə PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatlarının milli birlik və həmrəyliyə qarşı yaratdığı təhdid və təhlükələr müzakirə edilib. Bu təhdidə qarşı həyata keçirilən və müvəffəqiyyətlə nəticələnən qətiyyətli əməliyyatlar barədə Şura üzvlərinə məlumat verilib. Bundan başqa FETÖ ilə mübarizədə əldə olunan nəticələr müzakirə olunub. Türkiyənin xüsusilə təhlükəsizlik və xarici siyasət istiqamətlərindəki hədəflərə qarşı yaradılan bu xəyanətkar şəbəkəyə qarşı mübarizənin daha da kəskinləşdiriləcəyi vurğulanıb.
Regional əməkdaşlığın inkişafı...
Toplantıda, həmçinin 100 il öncə misilsiz fədakarlıqlarla aparılmış və qələbə ilə nəticələnən Milli Mübarizənin sonunda imzalanan Lozanna Sülh Müqaviləsinin yüzillik ildönümün toxunulub. 10 illik tarixin Türkiyə Cümhuriyyəti üçün yaratdığı məsuliyyətin tam yerinə yetirildiyi vurğulanıb. Qeyd olunub ki, ötən bir əsrdə regionumuzda sülhün və sabitliyin əsasını təşkil edən Lozanna müqaviləsinə əsasən yaradılmış nizamı möhkəmləndirmək əzmi xalqımn milli maraqları əsasında öz təsdiqini tapıb.
İclasda Türkiyənin qonşusu olan İraqla əməkdaşlıq məsələsi də müzakirə edilib. Bu əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi həm ölkələrdə, həm də regionda mühüm nailiyyətlərin əldə olunmasına töhfə verəcəyi bildirilib. Türkiyənin terrorla mübarizə, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində səylərinin səmimi şəkildə dəstəklənməsinin əməkdaşlıq üçün zəmini daha da gücləndirəcəyi qeyd olunub.
Qara dənizdə gərginlik...
İclasda Ukrayna-Rusiya müharibəsi, müharibənin gedişi və sonrakı mərhələlərdə regiona mümkün təsirləri ətraflı şəkildə müzakirə olunub - Qara dənizdə gərginliyin artmasının heç kimin xeyrinə olmayacağı bildirilib. Bütün tərəflərə danışıqlar masasına oturmağa və müharibəni gecikdirmədən bitirməyə çağırış səsləndirirlib. Taxıl sazişinin bərpasının ehtiyacı olan ölkələrdə mümkün mənfi təsirlərin qarşısını alacağı və ərzaq təhlükəsizliyinə töhfə verəcəyi vurğulanıb.
Bundan başqa, Afrikanın gələcək inkişaf perspektivləri də müzakirə edilib, son proseslər dəyərləndirilib. Qitənin problemlərinin ən uyğun həllinin ancaq qitə ölkələrinin müzakirəsi əsasında tapmağın mümkünlüyü vurğulanıb.
İslamofob meyillərin artması
Bundan başqa son dövrlərdə Qərbdə artan islamafobiya da MTŞ-nın müzakirə predmetlərindən olub. İslam dininin hədəfə alınmasının iki milyarda yaxın müsəlmanı incitdiyi bildirilib. Birləşmiş Millətlər Təşkilatı tərəfindən “nifrət cinayəti” kimi dəyərləndirilən bu hərəkətlərin qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyən dövlətlərə çağırış edilib. Bu dövlətlər ifadə azadlığı adı altında səpdikləri nifrət toxumlarının dağıdıcı nəticələrini dərk edərək münasibətlərini dəyişməyə, müqəddəs dəyərlərə qarşı hücumlara qarşı birgə mübarizə aparmağa dəvət olunublar.
Qlobal böhranlar diqqət mərkəzindədir
Nəhayət, toplantıda qlobal böhrana çevrilməyə başlayan iqlim dəyişikliyi, qeyri-qanuni miqrasiyadan sosial depressiyalara, daxili münaqişələrdən dövlətlərarası münaqişələrə qədər bir çox problemə səbəb ola biləcək təsirlər haqda danışılıb. Bildirilib ki, yalnız beynəlxalq ictimaiyyətin ədalətli və səmimi səyləri və əməkdaşlıq bəşəriyyəti bu ümumi problemin həllinə kökləyə bilər.
Yeni dövrün qlobal çağırışları
Beləliklə, Avroasiya məkanında yaşanan katklizmlərin aradan qaldırılmasında Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi yeni dövr üçün mühüm perspektivlər formalaşdırır. Qarşıdakı zaman kəsiyində proseslərin inkişafı Türkiyənin Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasətin daha da möhkəmlənməsinə yol aça biləcəyinə böyük ümidlər yaradır. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin aydınlığa qovuşmasındakı təsir imkanları Türkiyənin qarşıdakı dövr üçün hədəflərin əsas ştrixləridir.
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

