Tarixdə ilk dəfə...
30.09.2023 [11:30]
Mərkəzi Avropa və Asiya bir masa arxasında
Günel ABBAS
Mərkəzi Asiya regionu yeni geosiyasi nizamlanmada mühüm əhəmiyyətə malik coğrafiyalardandır. Şərq-Qərb tranzitinin mərkəzində yer alan, hətta iqtisadi layihələrin əsas keçid stansiyalarından biri kimi xarakterizə olunan region bütün güclər üçün xüsusi anlam kəsb edir. Yeni dövrdə dünyanın aparıcı dövlətləri Mərkəzi Asiya ilə münasibətlərin inkişafında maraqlı olduğunu açıq şəkildə biruzə verirlər. Təbii ki, bu amil Azərbaycan və Türkiyə üçün də olduqca müsbət özünəməxsus perspektiv yaradır. TDT-də yaxın tərəfdaş qismində təmsil olunan bu dövlətlərin yaxın gələcəkdə iqtisadi əlaqələri daha da şaxələnə bilər. Çünki Qərbin regiona marağının artması yeni layihələri gündəmə gətirə bilər.
Belə ki, Almaniya Kansleri Olaf Şolts sentyabrın 29-da Berlində beş Mərkəzi Asiya ölkəsinin prezidentləri ilə görüş keçirib. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilk dəfədir Avropa İttifaqına üzv olan dövlətin başçısı ilə birgə danışıqlar aparıblar. Almaniya hökuməti daha əvvəl bildirmişdi ki, görüşdə xüsusilə ikitərəfli münasibətlər, iqtisadi əlaqələr və enerji sektorunda əməkdaşlıq müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl də O.Şolts və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında ikitərəfli danışıqlar olub. Danışıqlarda Qazaxıstan Prezidenti “Drujba” kəməri ilə neft nəqlinin həcmini artırmağa hazır olduğunu açıqlayıb. Bununla yanaşı Mərkəzi Asiya ölkələrinin liderləri may ayında Çin sədri Si Cinpinlə də görüşüblər.
Politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu görüş olduqca əhəmiyyətlidir: “Onu da qeyd etmək lazımdır ki, on gün əvvəl Amerika Birləşmiş Ştatlarında ABŞ-Mərkəzi Asiya formatında bir görüş keçirilib. Görünür, uğurlu olduğundan bu format çərçivəsində müxtəlif ölkələr analoji sammitlər təşkil edirlər. Yeri gəlmişkən, may ayında Çin Xalq Respublikasında keçirilən bu tipli sammiti də qeyd etmək lazımdır. Bu kimi görüşlər həm də ondan xəbər verir ki, Mərkəzi Asiya ölkələrinin qlobal və regional siyasətdə rolu artıb. Eyni zamanda bu regionla əməkdaşlıq edən və qonşuluqda olan ölkələrin əhəmiyyəti artıb. Bunu xüsusilə Qərb üçün vurğulamaq lazımdır. Belə ölkələr siyahısında Azərbaycan mühüm yer tutur. Azərbaycan Prezidentinin sentyabr ayında Mərkəzi Asiya ölkələrinin liderlərinin toplantısında iştirak etməsi də ölkəmizin bu region üçün böyük əhəmiyyət daşıdığını. Bu mənada, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı regionda gedən və proqnozlaşdırılan bütün peoseslər üçün müsbət təsirə malikdir. Almaniyada keçirilən görüş əsnasında qəbul olunmuş qərarlar çox güman ki, Azərbaycan üçün də müsbət təsirlərə malik olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23

