/ / Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan cəmiyyətinin rəyinin ifadəsidir
Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan cəmiyyətinin rəyinin ifadəsidir
21.06.2013 [01:27]
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın Qaradağ rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüşüb
İyunun 20-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın Qaradağ rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüşüb. Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində baş tutan görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov deyib ki, partiyanın ilk təşkilatları ilə görüşlər mütəmadi olaraq keçirilir və bundan əvvəl bir sıra rayonlarda da belə görüşlər keçirilib. İyun ayının 7-də Yeni Azərbaycan Partiyasının V Qurultayının keçirildiyini xatırladan Əli Əhmədov deyib ki, Qurultayda bir sıra mühüm qərarlar qəbul olunub. Qurultay Yeni Azərbaycan Partiyasının, o cümlədən, bütövlükdə xalqımızın namizədini rəsmi şəkildə təsdiq edib.
YAP İcra katibi Əli Əhmədov vurğulayıb ki, bu cür görüşlərin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsinə ilk təşkilatlarımızı və onların rəhbərlərini səfərbər etməkdir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində keçirilən bütün seçkilərdə uğurlar qazanıb və böyük seçki kampaniyasını yüksək səviyyədə keçirməkdən ibarət olan zəngin təcrübə toplayıbdır. Bir çox həlledici səbəblərlə yanaşı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının bütövlükdə mənimsədiyi böyük və zəngin təcrübə seçki kampaniyasının yüksək səviyyədə keçirilməsinə inamımızı artırır. Hər birinizə məlum olduğu kimi, Azərbaycan cəmiyyətinin seçkiqabağı ovqatı Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə müəyyənləşibdir. Əslində, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan cəmiyyətinin rəyinin ifadəsi idi. Eyni zamanda, bu, bütün Azərbaycan xalqının və Azərbaycan vətəndaşlarının seçkiöncəsi ovqatını əks etdirir”.
Seçkiöncəsi ovqatın məhz bu duyğular əsasında köklənməsinin səbəbləri haqqında danışan YAP-ın Sədr müavini Əli Əhmədov deyib ki, bu, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında 10 il ərzində həyata keçirilən böyük işlər və onların nəticələrinə Azərbaycan vətəndaşlarının verdiyi qiymətlə əlaqədardır. İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi altında bu illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini birmənalı şəkildə etiraf edirlər. “Həqiqətən, güman edirəm ki, sizin hər biriniz də, tək Yeni Azərbaycan Partiyasının fəalları kimi deyil, həm də xüsusilə Azərbaycan vətəndaşları olaraq, ölkəmizdə son illər ərzində iqtisadiyyatdan tutmuş, həyatın bütün sahələrində nə qədər böyük dəyişikliklərin baş verdiyinin bilavasitə şahidlərisiniz. Bu dəyişikliklər bizim hamımızın həyatımızı dəyişdirib, həyatımıza yeni çalarları gətirib, həyatımızın mənası daha da zəngin olubdur. Əgər biz 10 il bundan əvvəlki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etsək, eynilə, 10 il bundan əvvəlki həyatımızla bugünkü həyatımızın mənasını təşkil edən məqamları müqayisə etsək, nə qədər böyük dəyişikliklərin baş verdiyinin şahidi olarıq. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə inkişaf edib, insanlarımızın rifah halında ciddi dəyişikliklər baş verib, ölkəmizdə böyük yeniləşmə, modernləşmə siyasəti həyata keçirilməkdədir ki, bu siyasətin də məqsədi Azərbaycanı müasir dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevirməkdən ibarətdir. Şəhərlərimizin, kəndlərimizin simasının dəyişməsi, müasirləşməsi, yeniləşməsi həm Azərbaycanı dünyanın müasir dövlətlərindən birinə çevirir, onun ikinci daha mühüm əhəmiyyəti ondan ibarətdir ki, insanlarımızın həyatı dəyişir, yeniləşir. İstər əməkhaqlarının artması, pensiyaların, təqaüdlərin artması, istər əhalinin ümumi gəlirlərinin yüksəlməsi bütövlükdə insanlarımızın rifahını xeyli yaxşılaşdırır”, - deyə Yeni Azərbaycan Partiyasının Sədr müavini qeyd edib.
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov daha sonra qarşıda duran məqsədlər və görüləcək işlərlə bağlı ətraflı danışıb, həmçinin, ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və göstərişlərini verib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

