Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin 102 illiyi münasibətilə tədbir keçirilib
07.05.2025 [17:38]
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV – ZƏFƏR YOLUNUN MEMARI!” adlı tədbir keçirilib.
Tədbirdən öncə rəsmilər dahi şəxsiyyət Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət edib, büstləri önünə tər gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni səsləndirilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə hazırlanmış “HEYDƏR ƏLİYEV – ZƏFƏR YOLUNUN MEMARI!” adlı video-çarx tədbir iştirakçılarına təqdim olunub.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirdi ki, Ulu öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir, çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. E. Həbibullayev vurğuladı ki, Ümummilli Liderin iki fərqli dövrdə və əsrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. Bu gün haqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur – fəxr edir. İcra başçısı qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir və bugünkü qüdrətli Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandanı İlham Əliyev məhz Ulu öndər yolunu davam etdirərək qalib sərkərdə olaraq adını qızıl hərflərlə tarixə yazdırdı, xalqımızın Qarabağ arzusunu yerinə yetirdi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək söylədi ki, müasir Azərbaycan dövlətinin banisi, Heydər Əliyev fenomenal şəxsiyyət kimi dövlətçiliyimizin dirçəlməsində, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmişdir. E. Quliyev bildirdi ki, ümummilli lider öz həyat yolunu müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna qovuşmasına həsr etmişdir. Təşkilat sədri bu gün də müstəqil Azərbaycan dövlətinin uğurlarının təməlində Heydər Əliyev ideyalarının dayandığını və Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini, Azərbaycanı gələcəyə inamla aparan Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etdi. Sədr onu da vurğuladı ki, ulu öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev ulu öndərin ən böyük arzusunu gerçəkləşdirdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.
Tədbirdə Milli Məclisin deputatları və YAP-ın İdarə heyətinin üzvləri Eldar İbrahimov, Hikmət Babaoğlu, millət vəkili Samir Vəliyev, Türk Ağsaqqallar İctimai Birliyinin sədri, 91-lərin üzvü Sudeyf İmamverdiyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və Vətən müharibəsi qəhrəmanı, baş-leytenant Azad Hümbətovun bacısı, fəal gənc Fidan Hümbətova çıxışlarında dahi şəxsiyyət Heydər Əliyevlə xatirələrdən geniş bəhs edərək Onun dövlətçilik və idarəçilik prinsiplərinin mükəmməlliyini, dünya liderləri arasında nə qədər böyük nüfuz sahibi olmasını tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Natiqlər vurğuladı ki, Ulu Öndərin azərbaycanlı olması ilə fəxr etməsi və bunu dəfələrlə dilə gətirməsi hər bir vətəndaş üçün nümunə idi. Söylənildi ki, əbədiyaşar lider Heydər Əliyev və Onun azərbaycançılıq ideologiyası daim qəlblərdə yaşayacaqdır.
Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasının və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup şəxs Fəxri Fərmanla təltif olunub.
Həmçinin, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan şəxslərə partiyaya üzvlük vəsiqələri təqdim olundu.
Tədbir bədii hissəsində Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər Zaur Əmiraslanov və Münəvvər Əliyevanın ifalarında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar, şerlər səsləndirildi.
Tədbirin sonunda xatirə şəkli çəkildi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

