“Əbədiyaşar Lider” adlı tədbir keçirilib
08.05.2025 [19:12]
Mayın 8-də Konstitusiya və Suverenlik İli çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilən videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Nizami Mönsümov, RİH başçısının müavini Xanım Rüstəmova, Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, idarə-müəssisə rəhbərləri, siyasi həmfikirlər, qazilər və QHT-lərin yerli nümayəndələri iştirak ediblər.
YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxışında vurğulayıb ki, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, dövlətçiliyin inkişafına və azərbaycançılıq ideologiyasının formalaşmasına mühüm töhfə verib. O, geniş dünyagörüşü və qlobal düşüncəsi ilə ölkənin gələcəyini düzgün qiymətləndirir, strateji qərarlar qəbul edirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir və Azərbaycan sürətli inkişaf yolunda irəliləyir.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Nizami Mönsümov çıxışında qeyd edib ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ölkəmizin güclü iqtisadiyyatı, ordu quruculuğu və beynəlxalq arenada nüfuzu məhz onun müəyyən etdiyi strateji xəttin davam etdirilməsi ilə mümkün olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda lider dövlətə çevrilib və tarixi Zəfər qazanıb.
Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov və digər çıxış edənlər də diqqətə çatdırıblar ki, Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqının rifahı üçün misilsiz xidmətlər göstərib. Onun rəhbərliyi altında ölkəmiz inkişaf edib, müasir dövrdə isə onun ideyaları əsasında Azərbaycan daha da güclənir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

