Yeni mərhələnin başlanğıcı
17.06.2025 [16:31]
Bu gün qürurla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Şuşa beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi dəyərləndirilir. Dörd il öncə, 2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın, türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri iki dost, qardaş və müttəfiq ölkə olan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasına şahidlik etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa, azad Şuşaya ilk səfər edən dövlət başçısı kimi diqqətdə oldu. Bu səfər həm tarixi Zəfərimizin reallıqlarını, həm də iki ölkənin qardaşlığının, dostluğunun və müttəfiqliyinin rəsmi şəkildə dünyaya təqdimatı oldu.
Təbii ki, atılan hər bir mühüm, taixi addımı şərtləndirən amillər mövcuddur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Bu nöqteyi-nəzərdən yanaşsaq Şuşa Bəyannaməsinin tarixə əsaslandığını böyük əminliklə qeyd edə bilərik. Bəyannamədə böyük Öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə baxış fonunda gələcəyi barədə aydın təsəvvür yaradan “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fikirləri öz əksini tapıb. Şuşa Bəyannaməsinin imzalanmasına gedən yolu şərh edərkən təkcə 44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək iki qardaş ölkənin bir-birlərinə dəstəyinə diqqət yetirmək kifayətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı dünyaya mesaj olmaqla yanaşı, ölkəmizə böyük güc verdi, sabaha daha inamla addımlamağa stimul oldu. Tarixi Zəfərimiz həm Azərbaycan-Türkiyə münasibətlərinə, həm də ümumilikdə türk dünyasının birliyinə böyük töhfələr verir. Son beş ilə yaxın müddətdə qeyd olunan istiqamətlərdə qazanılan uğurlar göz qabağındadır.
Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, qardaşlığın yeni tarixi mərhələsidir. Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Sənəd yeni sərmayə qoyuluşu prosesini də stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Şuşa Bəyannaməsi imzalanarkən Prezident İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini belə ifadə etmişdir: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

