Xalqın seçimi Prezident İlham Əliyevdir
17.09.2013 [10:11]
Şəmkir rayonunun Aşağı-Seyfəli kəndində seçicilərlə görüş keçirilib
Dünən YAP Şəmkir rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının başlanması ilə əlaqədar olaraq qəsəbə və kəndlərdə seçicilərlə görüşlərə start verib. İlk görüş rayonun Aşağı-Seyfəli kəndində keçirilib. Tədbirdə prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri, professor Vaqif Şadlınski iştirak ediblər.
Seçicilər qarşısında çıxış edən millət vəkili Mübariz Qurbanlı bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsinin ən aparıcı ölkəsidir. Onun sözlərinə görə, Azərbaycanın razılığı olmadan bu bölgədə hansısa bir iqtisadi layihəni həyata keçirmək mümkün deyil. Eyni zamanda, hamıya məlumdur ki, Cənubi Qafqazın iqtisadi potensialının 85 faizi Azərbaycanda cəmləşib.
M.Qurbanlı bildirib ki, bizim namizədimiz digər namizədlərdən qat-qat üstündür. Çünki 10 il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı və ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində görülən işlər bunu deməyə tam əsas verir. O vurğulayıb ki, cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanda ÜDM 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 4-5 faiz civarına endirilib. “Cənab İlham Əliyev xalqla daha yaxın təmas qurmaq, xalqın içərisində olmaq, Özünün şəxsi harizması və şəxsi nüfuzuna görə beynəlxalq miqyasda Azərbaycanın maraqlarını yüksək səviyyədə qorumaq baxımından digər namizədlərdən fərqlənir. Ümumiyyətlə, dövlət idarəçiliyi təcrübə tələb edir. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi varisidir və Onun siyasətinin davamçısıdır. Güclü Azərbaycanı güclü lider qura bilər. Güclü lider isə bütün səviyyələrdə xalqımızın maraqlarını qorumağa qadir olmalıdır. Bu baxımdan, mən bütün seçiciləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verməyə çağırıram” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Tədbirdə çıxış edən professor Vaqif Şadlınski bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizi bütün sahələrdə irəliyə aparıb. Ölkə daxilində də mütəmadi olaraq rəy sorğularının keçirildiyini deyən natiqin sözlərinə görə, həm YAP-ın, həm müstəqil təşkilatların, hətta müxalifət dairələrinin keçirdiyi rəy sorğularında Prezident İlham Əliyev həmişə öndədir. Bu da Prezidentimizin apardığı siyasətin tamamilə məntiqi nəticəsidir. “Görünən odur ki, xalqımız cənab İlham Əliyevi dəstəkləyir, sadəcə sizi oktyabrın 9-da seçki məntəqələrinə gedərək öz mövqeyinizi rəsmiləşdirməyə çağırıram” - deyə, o bildirib.
Görüşdə çıxış edən kənd sakinləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

