“Biz müstəqilliyə, firavanlığa, inkişafa, sabitliyə və güclü dövlətə səs verəcəyik”
21.09.2013 [10:06]
YAP Samux rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini Əlibayramlı və Qarabağlar kəndlərində keçirib
YAP Samux rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini Əlibayramlı və Qarabağlar kəndlərində keçirib. Öncə çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyası 21 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti rəhbər tutaraq fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də möhtəşəm uğurlar qazanıb: “Bu gün YAP Prezident İlham Əliyevin Sədrliyi ilə Azərbaycanın inkişafına böyük töhfələr verir. Təsadüfi deyil ki, YAP ümumxalq partiyası adlanır. Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinin ən nüfuzlu və güclü siyasi təşkilatı olması təsadüfi xarakter daşımır. Bu, bilavasitə Heydər Əliyev ideyaları və cənab İlham Əliyevin siyasəti ilə bağlıdır”.
“Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. Partiyanın ideyalarına, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, həmçinin, ziyalılar, Vətəninə, millətinə bağlı olan insanlar bu partiyada təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafında, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var” - deyən, G.Bayramov əmin olduğunu bildirib ki, 9 oktyabr tarixində keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi ilə başa çatacaq.
Daha sonra çıxış edən Samux rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev isə deyib ki, müasir müstəqil Azərbaycan hər bir vətəndaşımızın qürur mənbəyidir: “Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan sürətlə inkişaf edir, yeni nailiyyətlər əldə olunur, ölkəmiz beynəlxalq aləmdə güclü, nüfuzlu dövlət kimi tanınır. Əminəm ki, Samux seçiciləri yenə də cənab İlham Əliyevə səs verəcək. Biz inkişafın, sabitliyin bundan sonra da davam etməsinin tərəfdarıyıq”.
Təbliğat qrupunun üzvü İlham Həsənov çıxışında ötən 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdən və əldə edilmiş nailiyyətlərdən bəhs edib, Azərbaycanın müstəqil inkişaf yolunda olduğunu söyləyib. Ölkəmizin iqtisadi inkişafa və ictimai-siyasi sabitliyə görə nümunə olduğunu bildirən İ.Həsənov əmin olduğunu deyib ki, seçicilər layiqli namizədə - cənab İlham Əliyevə səs verəcək.
Təbliğat qrupunun üzvü İlkan Həsənov isə bildirib ki, Samux ictimaiyyəti hər zaman seçkilərdə aktiv olub: “Samux seçicilərinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir. Biz müstəqilliyə, firavanlığa, inkişafa, sabitliyə və güclü dövlətə səs verəcəyik. Bütün bunlar cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursu sayəsində mümkün olmuşdur. İlham Əliyev inkişafın Azərbaycan modelinin əsasını qoyub, ölkəmizin inkişafı bir çox dövlətlərə nümunədir. Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf göstəriciləri qeydə alınmasın. Azərbaycan bütün sahələrdə inkişaf etməklə bir daha dünyaya sübut edib ki, müstəqilliyimiz əbədidir”.
Kənd sakinləri Şücayət Gözəlova, Elmira Aslanova və digərləri qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər. Qeyd edilib ki, cənab İlham Əliyevin nümunəvi fəaliyyəti ölkə ictimaiyyətində olduğu kimi, Samux sakinlərində də dövlətimizin başçısına dərin inam, rəğbət və etimad formalaşdırıb. Kənd sakinləri regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən işlərdən, əldə edilmiş mühüm nailiyyətlərdən danışıblar və diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

