Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi
03.09.2025 [14:04]
Prezident İlham Əliyev nüfuzlu ərəb mediasının aparıcı platformalarından biri olan “Əl-Ərəbiyyə” telekanalına geniş müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycanın regional siyasəti, enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq, eləcə də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar barədə ətraflı fikir bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan hər zaman ədalətli və balanslı siyasət yürüdüb. Bu siyasətin mərkəzində isə regional əməkdaşlıq, sabitlik və qarşılıqlı etimad dayanır. Dövlət başçısı vurğulayıb ki, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar region ölkələri üçün əməkdaşlıq imkanlarını daha da genişləndirir. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsləri sülh, inkişaf və əməkdaşlığa xidmət edir, regionun gələcəyi isə məhz bu prinsiplər üzərində qurulmalıdır.
Müsahibədə enerji məsələlərinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan uzun illərdir beynəlxalq enerji bazarının etibarlı tərəfdaşı kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Bununla yanaşı, ölkəmiz bərpaolunan enerji layihələrinə böyük önəm verir. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan olunub, Xəzər dənizində külək enerjisi layihələri həyata keçirilir. Prezidentin sözlərinə görə, bu sahədə aparılan işlər Azərbaycanın həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyətini daha da artırır.
Dövlət başçısı müsahibəsində Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini də vurğulayıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan beynəlxalq ticarət və tranzit üçün unikal imkanlar yaradır. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin həyata keçirdiyi infrastruktur layihələri təkcə region dövlətləri üçün deyil, həm də geniş coğrafiyaya malik beynəlxalq tərəfdaşlar üçün mühüm əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanın BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarla münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan müsəlman dünyasında birliyi və həmrəyliyi dəstəkləyən, əməkdaşlığa yönəlmiş siyasət yürüdür.
Beləliklə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi beynəlxalq ictimaiyyətə ünvanladığı mühüm mesajlarla yadda qaldı. Bu çıxış Azərbaycanın regional güc və qlobal aktor kimi mövqeyini daha da möhkəmləndirdi. Azərbaycanın ədalətli, praqmatik və gələcəyə hesablanmış siyasəti dünya mediasında böyük maraq doğurur.
Müsahibə həm də onu göstərir ki, Azərbaycan müstəqil və qətiyyətli mövqeyi ilə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sabitliyin və inkişafın dəstəkləyicisi olaraq qəbul olunur.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28

