Salyan seçicilərinin bir seçimi var-Prezident İlham Əliyev
29.09.2013 [10:41]
YAP Salyan rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinq-konsert keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində sentyabrın 27-də rayonda mitinq-konsert keçirilib. Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov son 10 ildə Azərbaycanda aparılan inkişafa yönəlik siyasətdən danışıb. O deyib ki, son 10 ildə Salyan rayonunda bir sıra mühüm addımlar atılıb: “Tikilən yeni məktəblər, xəstəxana, sənaye müəssisələri Salyan rayonunun simasını dəyişib. Bu inkişaf tək Salyan rayonunda getmir, bütünlüklə Azərbaycanı əhatə edir. Biz inanırıq ki, ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında gələn beşillikdə də öz inkişafını davam etdirəcək”.
Çıxış edən millət vəkili Əliağa Hüseynov hər bir seçiciyə qarşıdan gələn seçkidə uğurlar arzulayıb. Natiq 9 oktyabrda Salyan seçicilərinin seçiminin Prezident İlham Əliyev olacağına şübhə etmədiyini dilə gətirib: “Mən bu qərarınıza görə, sizlərə təşəkkür edirəm. Cənab Prezident İlham Əliyevin fəaliyyəti xalqımızın ali mənafeyinə xidmət edir. Seçicilərimiz 10 illik fəaliyyətə özləri qiymət verə bilirlər. Son illərdə aparılan abadlıq-quruculuq işləri kəndləri də əhatə edib. Bir sıra təhsil, səhiyyə obyektləri təmir olunub. Bu proses gələn beşillikdə də davam etdiriləcək. Bu davamlılıq isə siz seçicilərin etimadından asılıdır. Əgər siz sabitliyin, inkişafın davam etməsini istəyirsinizsə, cənab Prezident İlham Əliyevə səs verməlisiniz və əminəm ki, belə də olacaq”.
Çıxış edən YAP-ın İdarə Heyətinin üzvü Kərim Kərimov Prezident İlham Əliyevin 10 il ərzində verdiyi vədlərin reallığa çevrildiyini önə çəkib. O bildirib ki, təhsil, səhiyyə sahələrində ciddi işlər planlaşdırılmışdı ki, onlar bu gün artıq həyata keçirilib. Növbəti beş ildə biz həm də ona görə Prezident İlham Əliyevə səs verməliyik ki, bu işlər davam etdirilsin: “Sözsüz ki, bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan xalqı həm də ona görə xoşbəxtdir ki, Ümummilli liderimiz özündən sonra bu inkişaf kursunu davam etdirən bir siyasi varis qoydu. Eşq olsun Azərbaycanı inkişafa daşıyan Prezidentimiz İlham Əliyevə!”
Çıxış edən YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev Prezident İlham Əliyevin başladığı işlərin gələcək illərdə də davam etdirəcəyini və inkişaf prosesinin daha da genişləndiriləcəyini deyib: “Bu gün sözün əsl mənasında Azərbaycan çiçəklənir. Bunun səbəbkarı, Azərbaycanı inkişafa aparan Prezident İlham Əliyevdir”.
Mitinqdə çıxış edən millət vəkili Fəzail Ağamalı oktyabr ayının 9-nu Azərbaycanın dövlətçilik tarixində mühüm və son dərəcə vacib hadisə kimi önə çəkərək hər bir Azərbaycan vətəndaşının bu prosesdə fəal iştirak etməsini vətəndaşlıq borcu kimi dəyərləndirib. Millət vəkili cənab İlham Əliyevin prezidentliyi dövründə onun həyata keçirdiyi daxili və xarici siyasətin konkret nəticələrinin hər bir Azərbaycan vətəndaşının həyatında özünü ifadə etdiyini əsaslandıraraq, seçiciləri növbəti illərdə də inkişafımızı, əmin-amanlığımızı, firavanlığımızı, dövlətimizin və hər bir azərbaycanlının təhlükəsizliyini təmin edəcək cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü, ATXƏM-in sədri İlham İsmayılov sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyasının, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinin dayandığını önə çəkib. Onun sözlərinə görə, gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

