Azərbaycanın gələcək inkişafı məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır
29.09.2013 [10:43]
Təbliğat-təşviqat kampaniyası çərçivəsində Samux rayonunda mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Samux rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayonda mitinq-konsert keçirilib.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib: “Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu siyasət Onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də ümumilikdə beynəlxalq aləmdə böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca ölkəmizin mövqeləri daha da möhkəmlənir”.
Rayon təşkilatının sədri bildirib ki, Samux ictimaiyyəti birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi dəstəkləyir: “Rayon ictimaiyyəti dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini böyük məmnunluqla qarşılayır. Böyük ruh yüksəkliyinin fonunda qeyd edə bilərəm ki, Samux seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklər. Bununla seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar”.
Daha sonra çıxış edən millət vəkili Sevinc Hüseynova Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətindən, bu siyasətin effektiv nəticələrindən danışıb: “Ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Bu siyasətin nəticələri hər bir Azərbaycan vətəndaşının həyatında hiss edilir və həmin siyasətin davamlı olacağı şübhəsizdir”.
Millət vəkili əlavə edib ki, son illər Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və səmərəli addımlar atılıb: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı islahatlar həyata keçirilir. Təbii ki, əməkhaqlarının, təqaüdlərin artırılması əhalinin güzəranının daha da yüksəlməsi ilə nəticələnir. Bu və digər faktlar sübut edir ki, dövlətimiz insanların sosial rifahının güclənməsini prioritet istiqamət kimi qarşıya qoyub. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
S.Hüseynova deyib ki, ölkə başçısının rəhbərliyi ilə son illər ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar bütün strateji əhəmiyyətli sahələrdə əsaslı inkişafa səbəb olub. “Sosial-iqtisadi inkişafın təmin edilməsi, adambaşına düşən ümumi daxili məhsul istehsalının artımı hər bir ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet xəttini təşkil edir. Bu mənada, Azərbaycan əhəmiyyətli nailiyyətlər əldə edib. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərəm ki, seçicilər yenə də cənab İlham Əliyevə səs verəcək və Yeni Azərbaycan Partiyasının namizədi növbəti dəfə qalib gələcək” - deyə, millət vəkili vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə öz növbəsində qarşıdan gələn prezident seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən bəhs edib və seçkiöncəsi ictimai-siyasi vəziyyəti analiz edib. Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət milli maraqları təmin etməklə mühüm strateji nailiyyətlərin əldə olunmasını şərtləndirib.
Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Hikmət Babaoğlu əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “Seçki ili olan 2013-cü ildə də Azərbaycan ictimai-siyasi təfəkkürünə doğma olan modeli Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyev təqdim etdi. Bu prosesdə Yeni Azərbaycan Partiyası məhz Prezident İlham Əliyevin öz fikirlərini, məqsədlərini, ideyalarını ictimaiyyətə çatdırmaq üçün bir vasitə oldu. Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələri, proqram və nizamnaməsi 600 mindən çox partiya üzvü kimi xalqın digər böyük əksəriyyəti tərəfindən də qəbul edilib. Çünki YAP-ın 20 ildən çox tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər, artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib. Ona görə də 2013-cü ilin prezident seçkilərində YAP və onun namizədi ilə rəqabətə girəcək siyasi təşkilatlanma Azərbaycanda yoxdur. Hakimiyyətə gəlmək istəyən digər siyasi qruplar və siyasi partiyalarla müqayisədə YAP olduqca nəhəng və alternativsiz görünür”.
Baş redaktor vurğulayıb ki, bu siyasi mübarizə ilində YAP-ın namizədinin qalib olacağı hər kəsə aydındır. “Çünki YAP-ın qələbəsini təmin edəcək güclü, harizmatik bir lider var və bu lider 10 illik fəaliyyəti dövründə hər gün Azərbaycan seçicisinin gözü önündə, kütləvi informasiya vasitələrində gördüyü əməlləri ilə Özünü təbliğ edib. Beləliklə, rəsmi seçki təbliğat-təşviqat kampaniyasına start veriləndə artıq YAP finişdə idi. Çünki bu partiyanın ideya və ideologiyası Ulu öndər Heydər Əliyevin elan etdiyi prinsiplərə - hüquqi dövlət, vətəndaş cəmiyyəti, hər kəsin bərabərliyi prinsiplərinə, Qərbə inteqrasiya, milli adət və ənənələrə sahib çıxmaq, bir sözlə, neomühafizəkarlıq prinsiplərinə əsaslanırdı ki, məhz bu da Azərbaycan xalqı, azərbaycanlı sosial psixologiyası tərəfindən qəbul edilən, qiymətləndirilən bir konsepsiya idi”, - deyə o əlavə edib.
Hikmət Babaoğlu onu da qeyd edib ki, hazırki situasiyanın fonunda nə ikinci, nə üçüncü, nə də dördüncü qüvvənin Azərbaycanda seçkiləri udmaq şansı qalmır: “Mövcud situasiyanı isə formalaşdıran Azərbaycan Prezidentinin fəaliyyəti və Azərbaycan seçicisinin bu fəaliyyətə adekvat münasibətidir. Azərbaycan xalqı ölkəmizdə təşəbbüskarlığı, inkişafı, tərəqqini, pozitiv dəyişkənliyi obyektiv kriteriyalarla qiymətləndirməyi bacaran bir xalqdır. Məhz bu siyasi təfəkkür, bu siyasi mövqe 2013-cü ildə də seçkilərin taleyini həll edəcək əsas faktorlardan biridir. Beləliklə, sadalananlardan aydın olur ki, 2013-cü il 9 oktyabr seçkilərində qalib gələcək namizəd Prezident İlham Əliyevdir. Mən bütün seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev isə bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət bütün sahələrin inkişafına səbəb olub. Professor qeyd edib ki, sürətli inkişaf tempi səhiyyə sektorunda da müşahidə edilib. Onun sözlərinə görə, səhiyyə sektorunun sürətli inkişafı ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir.
Surxay Musayev vurğulayıb ki, Azərbaycanın gələcək inkişafı məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Şübhəsiz, vətəndaşlar bu inkişafın, sabitliyin davam etməsi üçün yenə də cənab İlham Əliyevə səs verəcəklər. Çünki ölkəmizi parlaq gələcəyə apara biləcək yeganə lider məhz cənab İlham Əliyevdir”.
Professorun sözlərinə görə, əldə edilmiş uğurlar, əhəmiyyətli inkişaf göstəriciləri Heydər Əliyev ideyalarının, cənab Prezident İlham Əliyevin siyasətinin alternativsiz olduğunu göstərir.
Gəncə Dövlət Universitetinin prorektoru, professor Yusif Yusifov isə bildirib ki, Prezident İlham Əliyevin çoxşaxəli siyasəti Azərbaycanın sürətli inkişafının qarantıdır: “Ayrı-ayrı sahələrə nəzər salsaq, görərik ki, həm iqtisadiyyatın inkişafında, həm yeni iş yerlərinin açılmasında, həm də abadlıq-quruculuq işlərində, bütövlükdə, xarici və daxili siyasətdə, cəmiyyətin bütün sahələrində uğurlu addımlar atılıb. Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir”.
Elm və təhsil sektorunun inkişafı istiqamətində atılmış addımlardan və əldə edilən uğurlardan bəhs edən Yusif Yusifov əlavə edib ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir: “Prezident İlham Əliyevin alimlərə, təhsil sahəsində çalışan müəllimlərə, bütövlükdə ziyalılara qayğısı hər zaman hiss olunur. Ulu öndər Heydər Əliyevin ideyalarının davamçısı olan Prezident İlham Əliyev Azərbaycan təhsilinin yüksəldilməsi siyasətini uğurla davam etdirir. Məhz dövlət qayğısının nəticəsidir ki, bu gün ölkənin təhsil müəssisələrində, ali məktəblərində çalışan müəllimlərin, Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının əməkhaqları ilbəil atırılır. Dövlət başçısı dəfələrlə bəyan edib ki, müəllimlərin məvacibləri mütəmadi olaraq artırılır və dövlət bu məsələyə diqqəti daha da artıracaqdır”.
Professor elm və təhsil sektorunda çalışanların, bütövlükdə, Azərbaycan ictimaiyyətinin öz seçimlərini cənab İlham Əliyevin lehinə edəcəklərinə əmin olduğunu bildirib.
Sonra tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirilib.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27

