Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
06.10.2025 [18:53]
YAP Kəlbəcər rayon təşkilatı, Şərqi Zəngəzur Regional təhsil idarəsinin Kəlbəcər rayon sektoru və Kəlbəcər rayon Ağsaqqalar Şurasının birgə təşkilatçılığı ilə 04 oktyabr 2025-ci il tarixində 5 oktyabr-Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,rayon Ağsaqqalar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon Təhsil Sektorunun məsul əməkdaşı Zəhra İbrahimova, rayon həmkarlar komitəsinin sədri Əli Bağırov, və təhsil sahəsində çalışan müəllimlər iştirak edirdilər.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edərək onlara təhsil sahəsindəki fədakər əməklərində uğurlar arzulamışdır. Sədr Həbib Misirov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl, müəyyən etdiyi prinsiplər bu gün də Azərbaycan təhsil sisteminin inkişafında əsas istiqamətləri müəyyənləşdirir. Onun təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni məktəblər inşa olunur, müəllimlərin sosial rifahı yaxşılaşdırılır, dünya standartlarına cavab verən islahatlar həyata keçirilir.Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti nəticəsində azad edilmiş ərazilərdə məktəblərin sürətlə tikilməsi dövlətin təhsilə verdiyi önəmin parlaq nümunəsidir. “Böyük Qayıdış” proqramı çərçivəsində təhsil müəssisələrinin bərpası prioritet istiqamət kimi müəyyən olunub.
Kəlbəcər rayon Ağsaqqalar şurasının sədri Aqil Məmmədov çıxış edərək bildirdi ki, Dövlətimiz bu gün təhsil sahəsini prioritet istiqamət kimi müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə məktəblər yenilənir, müəllimlərin sosial vəziyyəti yaxşılaşdırılır, gənclərə dünya səviyyəsində təhsil almaq üçün geniş imkanlar yaradılır. Bütün bu işlərin əsasında isə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu təhsil siyasəti dayanır. İşğal illərində dağıdılmış bütün məktəblər dövlətimizin qayğısı ilə yenidən tikilir. Artıq Ağalı kəndində, Füzulidə, Zəngilanda, Laçında, Kəlbəcərdə və digər ərazilərdə yeni məktəblər istifadəyə verilib.
Kəlbəcər rayon Həmkarlar komitəsinin sədri Əli Bağırov, Kəlbəcər rayon təhsil sektorunun əməkdaşı Zəhra İbrahimova, rayon Təhsil işçiləri həmkarlar komitəsinin sədr müavini Bəylər Əliyev, Əməkdar müəllim Hidayyət Əliyev, qocaman pedaqoq Eyvaz Musayev, müəllimlərdən İsməli Kamalov, Vəsilə İsgəndərova, Bənurə Əhmədova, Ellada Süleymanzadə və digərləri çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev bütün həyat və fəaliyyətində təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etmiş, Azərbaycanın gələcəyi üçün bilikli, savadlı və milli ruhda formalaşmış gənc nəslin yetişdirilməsini daim ön plana çəkmişdir. Natiqlər müəllimlik peşəsinin müqəddəs missiya olduğunu, bu peşənin cəmiyyətin tərəqqisi və gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər. Göstərilən diqqət və qayğı müəllimlərin əməyinə verilən yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirilmişdir. Vətən müharibəsi bir daha göstərdi ki, gənclərin vətən sevgisi, dövlətə sədaqəti onların aldığı tərbiyə və təhsil ilə birbaşa bağlıdır. Müəllimlərimizin illərlə şagirdlərdə formalaşdırdığı milli-mənəvi dəyərlər, torpaq və dövlət sevgisi bu müharibədə öz bariz nəticəsini verdi.
Tədbirin sonunda bir qrup təhsil işçilərinə YAP Kəlbəcər rayon təşkilatının Fəxri fərmanları təqdim olundu. Həmçinin YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 5 oktyabr – Müəllimlər Günü münasibətilə Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant, şəhid Anar Əliyevin valdeyinləri təhsil işçiləri Vaqif Əliyevi və Səkinə xanımı evlərində ziyarət edərək, onları Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik etdi. Ziyarət zamanı şəhidimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anıldı, ailəsinə bir daha minnətdarlıq və təbriklər çatdırıldı.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

