/ / Qaradağda fəaliyyət göstərən Rus, Ukrayna icmaları və digər millətlərin nümayəndələrinin seçimi cənab İlham Əliyevdir
Qaradağda fəaliyyət göstərən Rus, Ukrayna icmaları və digər millətlərin nümayəndələrinin seçimi cənab İlham Əliyevdir
03.10.2013 [10:31]
Bu fikir Qaradağ rayonunun Lökbatan qəsəbəsində Rus, Ukrayna icmaları və digər millətlərin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda səsləndirilib
Qaradağ rayonunda fəaliyyət göstərən Rus, Ukrayna icmalarının və digər millətlərin nümayəndələrinin iştirakı ilə rayonun Lökbatan qəsəbəsində geniş toplantı keçirilib. Toplantıda Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayonun rus, Ukrayna icmaları və digər millətlərin nümayəndələri iştirak ediblər.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin toplantıda çıxış edərək qaradağlıları qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırıb. O daha sonra deyib ki, Rus İcması SSRİ-nin dağılmasından sonra Azərbaycanda yaranan ən böyük və nüfuzlu ictimai təşkilatlardan biridir. Azərbaycan rusları, inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş demokratik, suveren, iqtisadi cəhətdən uğurla inkişaf edən dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır. Biz sevincimizi və kədərimizi birlikdə bölüşmüşük, dövlətimizin ərazi bütövlüyünün müdafiəsində azərbaycanlılarla hər zaman çiyin-çiyinə dayanmışıq və birlikdə dinc həyat qururuq: “Məlum olduğu kimi, oktyabr ayının 9-da Azərbaycanda prezident seçkiləri keçiriləcək. Rus İcması olaraq, biz də bu prosesdə aktiv iştirak etmək niyyətindəyik. Bəzən beynəlxalq toplantılar çərçivəsində postsovet ölkələrindən olan həmkarlarımız tez-tez bizə Azərbaycanda yaşayan ruslara olan münasibət barədə suallar verirlər. Cavabında bildiririk ki, Azərbaycanda indiyədək ruslara qarşı hər hansı bir diskriminasiya faktı qeydə alınmayıb. Əksinə, burada ruslara, rus dilinə daim isti münasibət olub. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda rus millətinin nümayəndələrinə daha çox hörmət olunur, nəinki Rusiyanın özündə. Ölkə ərazisində rusdilli məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr olunur, informasiya agentlikləri sərbəst şəkildə fəaliyyətlərini qurublar, ali məktəblərdə rus dilində tədris proqramları mövcuddur, rus millətindən olanlar işə götürülərkən heç bir məhdudiyyətlə rastlaşmırlar. Yəni, bəzi postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda gənc rusların işə qəbulunda heç bir problem yoxdur. Çünki onların böyük əksəriyyəti, Azərbaycan dilində çox sərbəst şəkildə danışa bilirlər. Bu, onlara iş tapmaqda çox kömək edir. Bu gün ruslar ölkəmizin idarəetməsində aktiv iştirak edirlər. Rus millətindən olan ölkə vətəndaşlarını müxtəlif səviyyədən olan dövlət məmuru postlarında görmək mümkündür. Mən özüm artıq dörd çağırışdır ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilirəm. Sözün qısası, ruslar müstəqil Azərbaycan Respublikasında özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edirlər və bunun müqabilində gündən-günə inkişaf edən respublikamızın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz əməli töhfələrini verirlər”.
Daha sonra ölkəmizdə həyata keçirilən siyasi kursun uğurlarından danışan Mixail Zabelin deyib ki, Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətləri rus-Ukrayna icmasının nümayəndələri də dəstəkləyir və onlar qarşıdan gələn prezident seçkilərində seçimlərini bu reallıqlara uyğun edəcəklər. “Ölkə ərazisində yaşayan etnik azlıqların nümayəndələrinin cənab İlham Əliyevə böyük rəğbətləri var. Cənab İlham Əliyevi digər namizədlərdən fərqləndirən əsas cəhət Onun bilik və bacarığı, güclü idarəetmə və iqtisadi biliklərə malik olması, səriştəli siyasətçi olmasıdır. Dövlət başçımız ölkəni çox böyük uzaqgörənliklə idarə edir. İndi regionlardakı inkişaf, abadlıq-quruculuq işləri paytaxtdan heç də geri qalmır. Geniş magistral yollar, yaraşıqlı park və xiyabanlar, hündürmərtəbəli binaların inşası, yeni-yeni istehsal müəssisələrinin yaradılması regionların simasını tamamilə dəyişib, indi iri şəhərlərimiz paytaxt Bakı ilə rəqabət apara biləcək qədər müasirləşib. Bax budur ağıllı idarəetmə bacarığı. Odur ki, kimin hansı fikri söyləməsindən asılı olmayaraq, dövlət başçısı ölkəni məharətlə idarə edir. Onun bu sahədəki bacarığı, eyni zamanda, xalq arasındakı nüfuzu heç müzakirə mövzusu belə ola bilməz”, - deyən Mixail Zabelin əlavə edib ki, məhz bu səbəblərdən də digər ölkə vətəndaşları kimi, Azərbaycanda yaşayan ruslar da qarşıdakı prezident seçkilərində cənab Prezident İlham Əliyevə səs verəcəklər.
Daha sonra çıxış edən Qaradağ rayonunda yaşayan rus icmasının üzvü Qalina Petrovna onların həyat səviyyəsini yüksəldən, Azərbaycanda onlara yaradılan bütün imkanlara görə cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayaraq deyib ki, ölkəmizdə bütün millətlərin nümayəndələri mehribanlıq və əmin-amanlıq şəraitində yaşayır. Əlbəttə ki, bu, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətin nəticəsidir.
Qaradağ rayon sakini Qalina Qasımova da Azərbaycan dövlətinin inkişafının hər bir vətəndaşımızın həyatına müsbət təsir göstərdiyini, ölkəmizin yüksək dinamika ilə inkişaf etdiyini vurğulayıb. O, rus icmasının nümayəndələrinin artıq öz seçimlərini etdiklərini və prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bildirib.
Qaradağ rayon Rus icmasının nümayəndəsi Yekaterina İvanovna da Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin hüquqlarının dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunduğunu və ölkəmizin imkanlarından bütün vətəndaşlarımızın bəhrələndiklərini söyləyib.
Ukrayna Konqresinin Qaradağ rayonu üzrə nümayəndəsi Oksana Jabina da bütün Rus və Ukrayna icmasının nümayəndələrini Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Digər çıxışçılar Nəzakət İmamverdiyeva, Zahid İbrahimov da Azərbaycanda bütün millətlərin nümayəndələri üçün bərabər imkanların yaradıldığını, ölkəmizin tolerantlıq baxımından dünyanın digər dövlətləri üçün örnək olduğunu vurğulayıblar. Onlar bütün qaradağlıları, o cümlədən burada yaşayan Rus və Ukrayna icmalarının təmsilçilərini 9 oktyabrda cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Qaradağ rayon ictimaiyyəti adından danışan Bəhruz Qəndilov da çıxışında Azərbaycanda olan tolerantlıq mühitindən, hər bir xalqın burada sərbəst yaşamasından danışıb. O, qarşıdakı prezident seçkilərində həmişə olduğu kimi, bu dəfə də Rus və Ukrayna icmalarını aktivlik göstərərək cənab İlham Əliyevə səs verməyə çağırıb.
Qaradağ rayon sakini, Rus İcmasının Qaradağ rayonu üzrə nümayəndəliyinin rəhbəri Nataliya Paramanova da çıxışında Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşadığını vurğulayıb. N.Paramanova Azərbaycanda yaşayan rusların hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarını söyləyib. O, Azərbaycanda həyata keçirilən bütün tədbirlərdə rusların, xüsusən də Rus İcmasının həmişə aktiv olduğunu, onların qarşıdan gələn prezident seçkiləri ilə bağlı kifayət qədər informasiyalara sahib olduqlarını bildirərək seçimlərinin yalnız cənab Prezident İlham Əliyev olacağına əminlik ifadə edib. N.Paramanova Qaradağda yaşayan bütün rusların 9 oktyabrda yeganə seçimlərinin məhz cənab İlham Əliyev olacağını və onların böyük aktivlik nümayiş etdirəcəklərini də söyləyib.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatın sədri Aydın Hüseynov da çıxışında rus və Ukrayna icmalarının nümayəndələrinin tarixin bütün dönəmlərində azərbaycanlılarla eyni məkanda yaşamaqla yanaşı, birlik nümayiş etdirdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan tolerant ölkədir və ölkəmizdə yüksək milli əxlaqi dəyərlər mövcuddur. A.Hüseynov tarixən Azərbaycanda ruslar, ukraynalılar və başqa xalqların nümayəndələrinin dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və eyni amal uğrunda birləşdiklərini söyləyib. “Ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələrinə eyni münasibət göstərilir. Azərbaycan nəinki qonşu ölkələrdən, hətta Avropa ölkələrinin çoxundan daha tolerantdır. Azərbaycanda bütün xalqların nümayəndələri qardaşlıq, dostluq şəraitində yaşayır. Sözsüz ki, Rus İcması öz fəalliyəti ilə artıq ölkəmizdə ictimai-siyasi proseslərdə aktiv iştirak edir. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rus İcması da öz mövqeyini dəfələrlə nümayiş etdirib. Eyni zamanda, Rus İcması mədəni kütləvi tədbirlərdə həmişə böyük fəallıq göstərib. Qaradağ rayonunda da ruslar, ukraynalılar bir ailə kimi yüksək mədəni şəraitdə qarşılıqlı münasibətdə yaşamaqdadırlar. Biz sevincimizi də, kədərimizi də birlikdə bölüşmüşük. Dövlətimizin ərazi bütövlüyünün müdafiəsində sizlər hər zaman bizimlə çiyin-çiyinə dayanmısınız. Rus və Ukrayna icmalarının nümayəndələri müstəqil Azərbaycan Respublikasında özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edirlər və gündən-günə inkişaf edən respublikamızın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz əməli töhfələrini verirlər”.
Daha sonra A.Hüseynov qarşıdan gələn prezident seçkilərinin ölkəmizin və xalqımızın tarixində əhəmiyyətini qeyd edərək əmin olduğunu vurğulayıb ki, Rus və Ukrayna icmaları da bu prosesdə aktiv iştirak edəcəklər. Rayon təşkilatının sədri sözügedən icmalara xitabən bildirib ki, Azərbaycan dövləti həmişə sizin yanınızda olub, sizin hər bir probleminizdə şəxsi işlərinizdə sizinlə həmrəy olub. “Bizim üçün sözsüz ki, növbəti həmrəylik günü 9 oktyabr prezident seçkilərində olacaq”, deyən təşkilat sədri 9 oktyabrda Qaradağda yaşayan Rus və Ukrayna icmalarının nümayəndələrinin cənab İlham Əliyevə səs verəcəklərinə inamını vurğulayıb.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

