Birlik, humanitar əməkdaşlıq və yenidənqurma
14.10.2025 [14:18]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm çıxış etdi. Prezident çıxışında həm ikitərəfli münasibətlərə, həm də MDB çərçivəsindəki əməkdaşlığa dair bir sıra vacib məsələlərə toxundu, Azərbaycanın regional əməkdaşlığa verdiyi əhəmiyyətini xüsusi vurğuladı. İlham Əliyev ilk olaraq tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti Emoməli Rəhmon və Tacikistan xalqına təşəkkür etdi, eyni zamanda Tacikistanda gedən inkişaf proseslərini yüksək qiymətləndirdi. Prezident bildirdi ki, Tacikistan son illərdə sürətlə inkişaf edir, ölkədə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır və bu, hər bir dost ölkə üçün sevindirici haldır. Daha sonra Azərbaycan və Tacikistan arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrinə diqqət çəkən dövlət başçısı bildirib ki, bu münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır, bu günə qədər bir çox sahələrdə uğurlu nəticələr əldə olunub və gələcəkdə də münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyev çıxışında MDB çərçivəsində humanitar əməkdaşlığın əhəmiyyətindən də bəhs edib. Bu kontekstdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri barədə məlumat verərək, Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı elan olunmasını xüsusi vurğulayıb. O qeyd edib ki, bir vaxtlar tamamilə dağıdılmış Laçın şəhərində bu gün genişmiqyaslı quruculuq işləri aparılır və şəhər qısa müddət ərzində yaşayış üçün müasir infrastrukturla təmin olunmuş gözəl bir yerə çevrilib. MDB-nin mədəniyyət paytaxtı statusu çərçivəsində Laçında keçirilən tədbirlər isə Azərbaycanın zəngin mədəni irsinin təbliği və birliyin üzv ölkələri arasında mədəni əlaqələrin dərinləşdirilməsi baxımından mühüm rol oynayıb.
Prezident İlham Əliyev həmçinin Azərbaycanda təşkil olunmuş III MDB Oyunlarının əhəmiyyətinə də toxunub. O bildirib ki, bu idman tədbiri təkcə Gəncə şəhərində deyil, eyni zamanda Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Şəki və hətta bu yaxınlarda Azərbaycan dövlətinin nəzarətinə keçmiş Xankəndi şəhərində də keçirilib. MDB ölkələrindən və digər dəvətli dövlətlərdən 1600-dən çox idmançının qatıldığı bu oyunlar regionda dostluq və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edib. İlham Əliyev qeyd edib ki, bu cür tədbirlər gənclər arasında həmrəyliyi, sağlam həyat tərzini və MDB məkanında ümumi dəyərlərin təşviqini gücləndirir. Sonda Prezident İlham Əliyev bir daha çıxış üçün yaradılmış imkana görə təşəkkür edərək, MDB məkanında əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Azərbaycanın maraqlı olduğunu və bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regionda sülh, sabitlik və əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir, MDB çərçivəsində həm siyasi, həm humanitar, həm də mədəni əməkdaşlıq imkanlarının genişliyini ortaya qoyur. Bu çıxış eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin beynəlxalq platformalarda təqdimatı baxımından da mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30

