/ / Prezident İlham Əliyev Düşənbədə Azərbaycanın geostrateji önəmini daha mötəbər mərtəbəyə qaldırdı
Prezident İlham Əliyev Düşənbədə Azərbaycanın geostrateji önəmini daha mötəbər mərtəbəyə qaldırdı
14.10.2025 [21:10]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutmuş MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın uzaqgörən diplomatiyasını, ölkəmizin beynəlxalq nüfuzunu və regionda liderliyini bir daha nümayiş etdirdi.
Dövlətimizin başçısının nitqi, son dərəcə açıq-aydın fikirləri bird aha göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də bütün regionda sabitliyin, iqtisadi tərəfdaşlığın və dostluq əlaqələrinin inkişafına aparıcı töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı birliyə üzv dövlətlərlə ölkəmizin qarşılıqlı münasibətlərinin yüksələn bir xətlə inkişafda olduğunu göstərir. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəkləmələri bunun aydın təzahürlərindən biridir.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər MDB məkanında birliyin ruhuna uyğun olaraq həmrəylik, qarşılıqlı dəstək və inteqrasiya ideyalarının daha da gücləndirilməsinə xidmət edir. Dövlətimizin başçısı həmçinin bildirdi ki, Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf etməkdədir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir
Azərbaycanın işğaldan azad olunan dilbər guşələrindən olan Şərqi Zəngəzur rayonunun Laçın şəhəri MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilmişdi.
Bu, hər bir azərbaycanlıda məmnunluq və fəxarət hissi oyadır. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar.
İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır.
Azad Laçına Azərbaycan Prezidentinin səfərləri zamanı dövlət başçısı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir.
Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Bildiyimiz kimi, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın ilk karvanı yola düşmüşdü.
Böyük Qayıdışın ilk sorağı Ağalı kəndinə əhalinin köçürülməsi oldu. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən, daha ağır şəraitdə yaşayanlardır.
Azərbaycan MDB-də formal iştirakçı olsa da, hər bir ölkə ilə də ayrılıqda enerji, logistika, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əməkdaşlığa, böyük təsir gücünə malikdir. Prezident İlham Əliyevin iclasdakı çıxışında diqqətçəkən məqam əməkdaşlığın qarşılıqlı maraq əsasında davam etdirilməli olduğu mesajı idi. Bu, Azərbaycanın xarici siyasətində dəyişməz prinsipə – tarazlıq və suveren qərarverməyə əsaslanır.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında III MDB Oyunlarına da toxunaraq bildirib ki, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu: "Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir".
Dünyanın idman arenasında, artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Buna son on bir ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb.
Digər tərəfdən, Tacikistan paytaxtında keçirilən görüş Azərbaycan-Rusiya münasibətlərində diplomatik yumşalmanın əlaməti kimi qiymətləndirilir. Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu gün Tacikistanın paytaxtı Düşənbədə təkbətək görüş keçirdilər. Görüş çoxtərəfli diplomatik tədbirlər çərçivəsində - Mərkəzi Asiya-Rusiya ikinci Sammiti və MDB Dövlət Başçıları Şurasının iclası zamanı baş tutdu. Son illər Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluq hiss olunsa da, Düşənbə görüşü iki ölkə arasında diplomatik əlaqələrin davam etməsinə və mövcud gərginliyin yumşaldılmasına işarə edir.
Xüsusi vurğulamaq lazımdır ki, Cənab Prezident İlham Əliyevin çıxışı MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsi, dostluq və qarşılıqlı etimad mühitinin dərinləşdirilməsi istiqamətində vacib siyasi mesaj oldu. Azərbaycan bu gün regionda dayanıqlı inkişafın və sülhün təmin olunması yolunda aparıcı rola malikdir.
Əminliklə deyə bilərik ki, Düşənbədəki toplantı Azərbaycanın regional siyasətində sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. Bir sözlə, Prezident İlham Əliyev Düşənbədə Azərbaycanın geostrateji önəmini daha mötəbər mərtəbəyə qaldırdı.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

