Azərbaycanın beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir
15.10.2025 [22:38]
Ötən on gündə baş verən hadisələrə nəzər yetirsək, Azərbaycanın siyasi salnaməsində Prezident İlham Əliyev diplomatiyasının miqyasını göstərən dövrü bir daha görə bilərik. Ölkə başçısı təqribi 10 gün ərzində dörd fərqli məkanda — Avropanın qəlbi Kopenhagendə, ölkəmizin gözəl diyarlarından biri olan Qəbələdə, Mərkəzi Asiyanın strateji nöqtəsi Düşənbədə keçirilən sammitlərdə və son on gündə Azərbaycanın keçdiyi üç strateji mərhələnin məntiqi davamı olaraq Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etdi. Dövlətimizin başçısının səfərləri coğrafi xəritədə bir-birindən minlərlə kilometr uzaqda olsa da, mahiyyət etibarilə eyni strateji xəttin, Azərbaycanın çoxşaxəli diplomatiyasının və qlobal mövqeyinin güclənməsinin davamı idi.
Azərbaycanın xarici siyasət strategiyası qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına istiqamətlənib. Ölkəmiz beynəlxalq təşkilatlar və regional ittifaqlarla əməkdaşlıqda hüquqi çərçivəyə və qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafını prioritet hesab edir. Bu kontekstdə Azərbaycan öz milli maraqları çərçivəsində Müstəqil Dövlətlər Birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə mühüm əhəmiyyət verir. Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfəri və keçirdiyi bir sıra yüksək səviyyəli görüşlər olduqca əhəmiyyətli keçdi. Regional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraqların müzakirəsi baxımından bu səfər Azərbaycan-Tacikistan, eləcə də MDB ölkələri arasında münasibətlərin inkişafı üçün mühüm addım kimi yadda qaldı.
Tacikistanın paytaxtında keçirilən Düşənbə sammiti isə diplomatik marafonun Mərkəzi Asiya həlqəsini tamamladı. Burada Prezident Əliyev Mərkəzi Asiya liderləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda mühüm görüşlər keçirdi. Ölkə başçısının MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı da bir sıra əhəmiyyətli mesajlarla yadda qaldı. Prezident çıxışı zamanı Tacikistan ilə ikitərəfli münasibətlərin yüksələn xəttlə inkişafını qeyd etdi, əlaqələrin dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğuladı. Ümumiyyətlə, ölkəmiz tarixi-mədəni bağlılıqla yanaşı, strateji enerji və nəqliyyat körpüsü funksiyasına görə Mərkəzi Asiya regionunda etibarlı tərəfdaş kimi qəbul olunur. Xəzərdən başlayıb Çin sərhədlərinə qədər uzanan yeni logistik xəttlərdə rəsmi Bakının iştirakı Düşənbə danışıqlarında bir daha təsdiqləndi.
Rusiya prezidentinin Düşənbədə səsləndirdiyi fikirlər bir dövlətin digərinin mövqeyinə verdiyi sadə diplomatik reaksiya deyil, Azərbaycanın prinsipial mövqeyinin və siyasi çəkisinin təsdiqi kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti 200 illik tariximizdə dövlət və millət adına daha bir qürur anına imza atdı. Məsələ, Rusiya ilə münasibətlərin yoluna qoyulmasında deyil. Arxada qalan aylar onu göstərdi ki, Azərbaycan istənilən dövlətə qarşı öz haqlı mövqeyindən geri çəkilməmək gücündə və qətiyyətindədir. Amma 200 illik tariximizdə Rusiyanın inadından çəkilərək Azərbaycan liderinin və onun simasında xalqımızın iradəsini qəbul etməsi gerçəkdən tariximizin qürur nöqtəsidir.
Dövlətimizin başçısının Tacikistan səfəri olduqca önəmli siyasi və strateji əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin Düşənbədəki çıxışı və görüşləri Azərbaycanın regional əməkdaşlıqda fəal rolunu bir daha nümayiş etdirdi. Bu səfər MDB məkanında Azərbaycanın mövqeyinin güclənməsi baxımından mühüm siyasi addım kimi yadda qaldı.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

