Ötən 10 ilin uğurlarından Şabrana da pay düşüb
04.10.2013 [10:02]
YAP Şabran rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin Şabran rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasına uğurla davam etdirir.
Dünən kampaniya çərçivəsində rayonun Ağalıq kəndində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki, ölkəmizin bütün regionlarında olduğu kimi, qədim İpək Yolunun üstündə yerləşən, tarixi adı bərpa edilən 2300 yaşlı Şabranda da sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işləri uğurla davam etdirilir: “Rayonun sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla və müvəffəqiyyətlə həyata keçirilir. Rayonun ərazisində dövlət investisiyaları hesabına irimiqyaslı bir neçə layihə yerinə yetirilir. Buna misal olaraq bu günlərdə açılışını cənab Prezidentimiz İlham Əliyevin etdiyi dövlət əhəmiyyətli “Taxtakörpü” Su Anbarını, tikilən su elektrik stansiyasını xüsusi qeyd etmək olar. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu tikintinin əhalinin sosial rifahına yönəldilmiş çox böyük əhəmiyyət daşıyan nəhəng layihələrdən biri adlandırıb”.
Rayon təşkilatının sədri deyib ki, son illərdə Şabran rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması sakinlər tərəfindən razılıqla qarşılanır: “Şabranlılar məhz buna görə 9 oktyabrda cənab Prezident İlham Əliyevi dəstəkləyəcəklər”.
Tədbirdə çıxış edən millət vəkili Tahir Süleymanov bildirib ki, Prezident İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək üçün bir sırada addımlar atılıb: “Bu sahədə ilk növbədə, qanunvericilik bazası təkmilləşdirilib. Dövlət proqramları və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib.
Şabran rayonunda da bu sahədə çox ciddi islahatlar aparılıb. Şabran əhalisi ölkə başçısı cənab İlham Əliyevi hər zaman dəstəkləyiblər və bundan sonra da dəstəkləyəcəklər”.
YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev tədbirdə çıxış edərək bildirib ki, cənab İlham Əliyev Prezident seçildiyi gündən taleyüklü problemlərin həllinə diqqət yetirir: “Artıq dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünü arxada qoyan Azərbaycan Respublikasında sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə səmərəli nəticələrini göstərir. Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq, Azərbaycan artıq iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında islahatçı ölkə kimi tanınır”.
Tədbirdə iştirak edən şabranlılar da cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

